strategy-P5y611
A TƏLİM və KURSLAR

Sahibkarlar və Rəhbərlər üçün İDARƏÇİLİK KURSU

     SAHİBKAR və ya RƏHBƏRSİNİZSƏ, bu sualları özünüzə verin :

  • İşiniz şəxslərə bağlıdır və hərkəsdən çox Siz işləyirsiniz?
  • Siz işdən uzaqlaşan anda işlər zəifləyir? İdarə etmədə sistem yoxdur? 
  • İşdə illərdir işləyirsiniz, yorulursunuz, amma işlər bitmir?
  • Hər gün kiçik işlərlə məşğulsunuz?
  • Şirkətin strategiyası, böyük şayihələrə və gələcək inkişafına heç zaman ayıra bilmirsiniz?
  • Həftədə 7 və ildə 365 gün işləməkdən bezmisiniz?
  • Bütün işlərin yükünü daşımaqdan yorulmusunuz?
  O zaman bu idarəçilik kursu Sizin üçündür!

Kurs sonunda nələr öyrənəcəksiniz və nələr əldə etmiş olacaqsınız?

  • Şirkətdə sistemin qurulması
  • Daha az, amma daha məhsuldar işləməyi öyrənəcəksiniz
  • İşi şəxsxlər bağlamamaq üçün nə və necə edilməlidir?
  • Kiçik işlərdən uzaqlaşacaq və böyük işlərə artıq zaman ayıra biləcəksiniz
  •  Satış, müştəri xidmətləri, marketinq, insanların işə alınması mövzularında mühim və müasir məlumatlar
  • Uzun müddətli və ancaq Sizə bağlı olmayan sistemin qurulması

     Əgər Sizin “BU KURS MƏNİM ÜÇÜN FAYDALI OLACAQ MI???” sualınız yaranırsa, cavabı kursda iştirak edən sahibkar və rəhbərlərin RƏYLƏRİDİR və onları bu linkdən oxuya bilərsiniz : İştirakçı RƏYLƏRİ  (keçid almaq üçün yazını klikləyin)

Kursda bu şirkətlərin sahibkar, təsisçi və rəhbərləri iştirak ediblər

kurs

     Kursda iştirak etmək üçün fahriagayev@yandex.ru mail ünvanına yazılı şəkildə müraciət etmək lazımdır

Kurs MÖVZULARI

  • Rəhbərin əsas funksiyaları və vəzifələri;
  • İdarəçi nələri bilməlidir və necə öyrənməlidir;
  • Şirkətdə idarəçilik sisteminin qurulması;
  • Rəhbərləri və əməkdaşları necə işə seçməli və işə almalı;
  • Biznesin məqsədləri;
  • Ünsiyyət qurma;
  • Müştərilərlə əlaqələr;
  • Biznesin əsasları;
  • Azərbaycanda biznesin problemləri və həlli yolları;
  • Böyüməkdə olan şirkətin böyüməsinin idarə edilməsi;
  • Gələcək üçün rəhbərlərin yetişdirilməsi.

ff

Kursu keçirən insan haqda

FƏXRİ AĞAYEV

Ali təhsili Türkiyədə, Mərmərə Universiteti, İktisadiyyat və Biznesin İdarə Edilməsi fakultəsində alıb.

     Peşəkar idarəçidir: 17 il Azərbaycanda və xaricdə beynəlxalq və yerli şirkətlərdə rəhbər vəzifələrdə işləyib.

     Biznes konsultantdır. Müasir idarəçilik sistemlərinin tətbiqi mövzularında şirkətlərə konsultasiya xidmətləri təqdim edir.

     Məqalələri biznes, idarəçilik, peşəkar fəaliyyət kimi mövzularda Azərbaycanda və xarici mətbuatda dərc edilir.

     2 kitab müəllifi və idmançıdır

 

     Kursun ÜSTÜNLÜKLƏRİ
  • Dərhal kursdan sonra istifadə edə biləcəyini praktiki məlumatlar;
  • Kurs formulası. 25-17-2. Kurs, 25 illik ümumi iş təcrübəmin, 17 illik rəhbər vəzifələrdə işləməyimin və 2 illik əməyin nəticəsidir;
  • Təlimçi təcrübəsi. 25 il ərzində xaricdə və Azərbaycanda yerli və qolbal şirkətlərdə rəhbər vəzifələrdə işləmişdir, fərqli sahələrdə olan şirkətlərdə müasir idarəçilik sistemlərini tətbiq etmişdir;
  • Real biznes keyslər. Kurs müddətində REAL iş həyatından alınan biznes keysləri iştirakçılar bir yerdə təhlil edərək həll edirlər;
  • Maraqlı insanlarla yaxından tanış olma. Kursda ancaq sahibkar və idarəçilər iştirak etdiyinə və müsahibə nəticəsində seçildiyinə görə, eyni dəyərləri paylaşan insanlar iştirak etmiş olur.
  • Klub üzvlüyü. İDARƏÇİLİK KURSU bitdikdən sonra isə iştirakçılarla əlaqələr bitmir – qapalı idarəçilər klubu üzvü olurlar və ayda bir dəfə müxtəlif tədbirlərdə (səhər yeməkləri, idmanlar, vs) faydalı görüşlər keçirilir;
  • Aktivlik. 2 gün və 18 saat ərzində kurs ÇOX dinamik və aktiv keçir.

 Amma kursun FAYDALARI alacağınız məlumatlarla bitmir

     – Fərqli sahələrdən sahibkar, qlobal və yerli böyük şirkətlərin rəhbərləri ilə tanış olma imkanınız olacaq;

     – Biznesinizin problemləri və qarşılaşdığınız mövzu və məsələləri kursda müzakirə etmək və həll yollarını bərabər düşünmək;

     – Kurs sonunda dəyişikliklə və inkişaf etmək üçün güclü motivasiya alacaqsınız;

     – Ancaq bu da tam deyil.  Kursda iştirak edənlər, işadamları klubunun üzvü olurlar. Beləliklə də, ayda ən az bir dəfə keçirilə görüşlərdə, bir yerdə idman etmə və səhər yeməkləri fəaliyyələrində iştirak edəcəksiniz, digər qruparda kursda iştirak edən sahibkarlar və rəhbərlərlə tanış olacaqsınız.

  

     İdarəçilik bir elmdir. Müasir qeyri-müəyyənliklərlə dolu və  davamlı böyük sürətlə dəyişən iş dünyasında vacib olan idarəçilik sisteminin qurulması, doğru insanların işə alınaraq onlarla işləməyi bacarmaq və daim bir addım irəlini düşünmək vacibdir. Bunları etmək istəyirsinizsə, bu kurs Sizin üçündür!

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

39 comments

    1. Kurs ANCAQ sahibkar və rəhbərlər üçündür, İlqar bəy.
      Zəhmət olmasa yaşınız və peşəkar fəaliyyətiniz (firmalar, vəzifələr) haqqında məlumatları ilkin dəyərləndirmə üçün fahriagayev@yandex.ru mail ünvanına göndərin

    1. Yazıda yazılıb – mail ünvanıma müraciət etmək lazımdır.
      Amma birinci şərt budur ki, insan sahibkar olmalıdır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *