Yeni telim1
A TƏLİM və KURSLAR

KARYERA və PEŞƏKAR İNKİŞAF təlimi

     Təcrübəm göstərir ki, bəzən yaşlı insanlar belə uğurlu karyera qurmaq üçün nələlrin lazım və peşəkar və şəxsi inkişafa nələrin daxil olduğunu bilmirlər.  Bu təlimin ANA MƏQSƏDİ karyera və peşəkar inkişaf haqda insanlara əsas məlumatların sadə formada verilməsidir. 

     Bir insan təsəvvür edin. 30-35-40 yaşlarındadır. Fərqli sahələrdə işləyib.

     Özünü savadlı və təcrübli sayır. Lakin iş yerindən narazıdır. Karyerasında yüksəlik üçün nələr edəcəyini bilmir. “Peşəkar və şəxsi inkişafına necə, nə qədər, hansı formada yatırım edilməlidir?”  sualının cavabını verə bilmir. Yaş da keçir. Öhdəliklər, məsuliyyətlər və xərclər artır.

     NE ETMƏLİ?

     Bu vəziyyətin yaranmaması üçün artıq işləyəndə  :

     – 10 il sonrası üçün məqsədlər olmalıdır;

     – məqsədlərə görə inkişaf planları olmalıdır;

     –  doğru iş yeri seçilməlidir.

     Bu təlimin NƏTİCƏSİNDƏ nələr əldə edəcəksiniz?

     – 10 il sonrakı özünüzü görəcəksiniz;

     – 10 il sonrakı özünüzə necə getmək lazım olduğunu biləcəksiniz;

     – Peşəkar inkişafın nə olduğunu biləcəksiniz;

     – Peşəkar inkişafınız üçün plan və xətirəniz olacaq;

     – Sizi məqsədlərinizə aparan işlərinizə zaman ayırmağın yollarını öyrənəcəksiniz.

    Təlim müddəti və saatı : 2.5 saat.  18.00-20.30.

     Qısa, amma effektiv zaman ərzində fırtına kimi və dolu formada əsas bir neçə ana mövzuları  keçəcəyik. 

   Təlim qiyməti : 30 AZN

     Birinci qrup üçün təlim 08.05 tarixində olacaq.

     İştirak etmək istəyənlər lütfən qeydiyyat  FORMUNU doldursunlar – Qeydiyyat FORMU

     Təlimçinin fikirlərini hiss etmək üçün youtube kanalında videolara baxın 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *