Untitled1
A TƏLİM və KURSLAR

MENTORLUQ proqramı

     Mentorluq proqramı kimlər üçündür?

   ANCAQ sahibkar, işadamları və rəhbərlər üçün.

     Mentorluq proqramının ANA MAHİYYƏTİ haqda yazmadan öncə artıq ucun  müddər proqramda iştirak edən işadamı. sahibkar və rəhbərlərin proqram haqda RƏYLƏRİNİ paylaşmaq istəyirəm. Adları qeyd edilən insanlar minlərlə insanları və milyonlarla dövriyyələri idarə edənlərdir. 

     Zəka Camilov, AzRİB şirkət satış direktoru müavini

     Mentorluq proqramı yarandığı ilk gündən -18 ay öncə- qoşulan biri kimi deyim ki, həm peşəkar həyatımda həm də şəxsi inkişafımda böyük dəyişikliklər olub. öncələr şəxsi inkişafıma vaxt ayırsam da, inkişaf istədiyim kimi getmirdi, öyrəndiklərim ancaq təlimlərdə təlimçilərin verdiyi qədər idi.

     İNKİŞAF – mentorluq proqramında inkişafıma  Fəxri bəyin tələbkarlığı, verdiyi tapşırıqlar, praktik izahlar yaradılan mühitin çox böyük təsiri oldu. Mentorluq proqramında iştirak etdiyim müddət ərzində Təlimlərdə öyrəndiklərimdən başqa 1000+ fərqli sahələr üzrə məqalələr oxumuşam. Bununla bərabər onlarla iş dünyasında uğurlu olan insanların həyatı, idarəetməyə dair kitablar oxumuşam.

     Əlavə olaraq bildirim ki bu müddət ərzində iş dünyasından olan yüzlərlə fərqli insanlarla təlim vasitəsi ilə  tanış olmuşam.

     Bütün sadaladıqlarımın hamısı mənim vizyonuma müsbət təsir edib.

     MÜHİT – yaradılan mühitin özü qrupda olan insanların inkişafına böyük təsir edir. Burda olan müzakirələr verilən suallar, edilən tənqidlər də qrupun güclənməsində böyük rol oynayır.

     ƏLAVƏ DƏYƏR – bundan əlavə qrupda Fəxri bəy başda olmaqla digər yoldaşlarımında gənclərimizin inkişafı, onların maariflənməsi  üçün böyük səylər göstərməsi ayrı bir dəyərdi.

     Burda hər birimiz özümüzü inkişaf etməklə bərabər çalışdığımız qədərdə digər insanlara fayda olmağa çalışırıq, bu da təbii ki hamımızın vətənpərvər və ölkənin gələcəyini düşünən bir ortamda olmağımızın bariz nümunəsidir.

     Gələcək peşəkar həyatında uğurlu olmaq istəyənləri sıralarımızda görməkdən məmnun olardıq.

     Bura gəlməklə insanlar

  1. İş dünyası üst nümayəndələri ilə eyni mühit və məkanda müzakirələr aparma imkanı əldə edəcəklər;
  2.  Şəxsi və peşəkar hıyatda inkişaf edəcəklər.

3. Peşəkar əhatələri genişlənəcək.

4. Zamanlarını necə düzgün idarə edə biləcəklərini öyrənıcəklər

5. Ən əsası möhtəşəm bir mühitdə olacaqlar.

     Ramin Quliyev, SOCAR  

     Qeyd edim ki, harada çalışmağımdan asılı olmadan fərdi inkişafıma diqqət yetirmişəm. bilik səviyyəmi artırmaq üçün əlavə təhsil almışam, müxtəlif növ təlimlərdə iştirak etmişəm, xarici dil biliklərimi gücləndirmək üçün kurslara getmişəm.

     Bütün bunlara baxmayaraq beynimdəki bilikləri kosmosdakı gəminin içindəki əşyaların xaotik gəzdiy kimi görürdüm. Bu bilikləri nizama salmaq və idarə olunan vəziyyətə gətirmək üçün daim hansısa bir proqram axtarmışam.

     Məşhur türk və xarici mütəxəssislərin tövsiyyə xarakterli videolarına qulaq asdığım kimi Fəxri müəllimin də videolarına mütəmadi qulaq asırdım.

     Mentorluq proqramı haqqında ilk məlumatım olan kimi müraciət etdim. Bu gün bu proqramda iştirak etməklə istər gündəlik həyatımda, istərsə də inkişafımda ciddi dəəcədə effect görürəm. Mentorluq proqramının ən üstün cəhəti kimi maksimum dərəcədə inkişafla yanaşı sağlam həyat tərzinin olmasının aşılanmasıdır.

     Bu proqramda iştirak etməyə başladıqdan sonra olan dəyişikliklər

1. Zamani planlamaqda dahada effektiv oldu.tv ve diger zaman israflari minimuma endi.

2. Ferdi inkisafa mane olan behanelere son qoyur.

3. Kitab oxyma hecmi artir.

4. Saqlam tenqid etme ve olmaya dozumluluk yaradir.

5. Muzakire etmek ucun dusunme ve fikir ifade etmekde zehni aciqliq verir.

6. Ritorika inkisaf edir.

7.Tapsiriqlara gore Arasdirmalar elave biliy ucun cox eladi.

8.İdman ve saqlamliqa diqqet artib.

9.İnkisaf uchin fokuslanma daha coxdu.

     İlqar Kərimov – Azərsun Holdinq, Planlama üzrə Bölmə Rəhbəri

     İlk öncə inkişafımlız ücün “ Mentorluq proqramı ” ilə bizlərə yaratdığı imkanlara görə Fəxri bəyə minnətdarlıgımı və təşəkkürümü bildirirəm.

     Mentorluq proqramının mənə verdiyi faydaların bəzilərini aşagıda qeyd edirəm :

– Nitq ve ünsiyyət bacarıqlarımın inkişaf edilməsi,

– Vizyon ve baxış bucagımın inkişaf edilməsi,

– Gündəlik kitab , məqalə oxumaq və inkişaf etmək ücün digər vəsaitlərdən istifadə etmək vərdşi,

– İdmanla məşqul oxumaga başlamışam,

– Daha effektiv Zamanın idarə edilməsi ve işlərimin planlaşdırılması və görülməsi,

– Satış , Marketing , İdarəcilik və digər sahələrdən daha cox məlumatlı olmuşam,

– “Saglam təngid” edilməsinə müsbət yanaşıram artıq .

     İNKİŞAF ÜCÜN HEC VAXT GEC DEYİL

     Azər Camalov, Qax şəhərində sahibkarlıqla məşğul olan işadamı

     Azər bəy hər həftə dərslərimizdə iştirak etmək üçün Qaxdan Bakıya gəlir

     Mən əvvəl şirkətlərdə işləyib və sahibkrlıqla əlaqəm yox idi. İş qurmağa başladığım an  elə bilirdim ki, YouTube-da izlədiyim və azca xəbərim olduğu bacarıqlarım ilə hər bir iş qurmağa və rahatca idarə etməyə qadirəm. Elə birilirdim bir ildən sonra böyük gəlirlər , bir neçə ildən sonra finansal azadlığa çıxacam)))). Hər şey mən təsəvür və xəyal etdiyim kimi deyiliymiş. İş dünyası o qədər qəliz və o qədər çox bacarıqlar tələb edir ki, sadəcə zaman olaraq hamsını etməyə çatmırsan, üstəlik olaraqda gündəlik stress, gecə gündüz necə edim – necə edim düşünmək, gəlir oldu – olmadı maaşı gözləyən işçilər və daha nələr nələr insanı o qədər yükləyir ki… Təzə təzə idarə edirdim , sonra bir an gəldi, hal hazırda yaşadığım an, bütün miflər darma dağın oldu. Səhər 7-8 də işə gəlib, gecə 11-12də evə getmək, xərcləri azaltmaq üçün işçi sayını azaldıb onlarında yerinə işləmək, gecələr yuxusuz yük maşını sürərək sifarişləri çatdırmaq…

     Mentorluq proqramına qoşuldum. Bu mentorluq proqramı və təlimlərə qoşulmasaydım bütün bu çətinliklərə hazır olmazdım

– İş dünyası necədir və orda çalışan insanların “supermen” yox sadəcə əzimkar və bacarıqlı insanlar olduğunu bildim.

– Fəxri bəyin topladığı böyük təcrübədən öyrənərək, irəli getməyə davam etmək.

– Gözəl dostlar qazanmışam, irəli getməyə qorxmuram, çətinə düşdüyüm və məsləhətə ehtiyacım olanda müraciət edə bilirəm.

-İstəyərəm məndə bu işdə təcrübə qazanım və öyrəndiklərim ilə dostlar ilə paylaşım, ancaq hələki bunun üçün savadım və təcrübəm çatmır

     Elgün Abbasov – Apteklər şəkəbəsi üzrə üst idarəçi və həkim

     Hər zaman yeniliklərə açıq olduğum üçün mütəmadi olaraq şəxsi inkişafıma zman ayımağı həyatımın en vacib elementlerinden hesab edirem. Lakin işlərimin çoxluğu, bəzən zamanı düzgün qiymətləndirə bilməmək, eyni zmaanda inkişafa açıq və oxşar düşüncəli insanlarla eyni ortamı tapmaq çətinliyi çox vaxt bu istəyi məhdudlaşdırırdı. 2017ci ildə Fəxri bəyin idarəçilər üçün təşkil etdiyi 2 günlük təlimə qatıldıqdan sonra şəxsi inkişafa dair öyrəndiyim vacib alətlərin ikisi inkişaf üçün MÜHİTİN və RƏHBƏRİN olmasıdır.

     O zamandan bəri seçimim bu rəhbər FƏXRİ bəy, bu qrup isə MENTORLUQ oldu.

     Uzun müddetdir ki qatıldığım MENTORluq qrupu mənim üçün :

  1. RƏHBƏR – yanlışlarımızın doğru korreksiyası və doğru həllərin tapılması;

2 MÜHİT – daim yenilənən açıq fikir mübadiləsi aparmaq;

3.Davamli inksaf- teyin olunmus vaxtda,hər istirakcinin individual tapsirigi,hər gun kitab oxumaq telebinin olmasi,ferqli sirket cetinliklerinin ve real keyslerin helli..

     Kimi vacib bir deyerdir

     ANA DƏYƏRLƏR və ÜSTÜNLÜK

     Mentorluq proqramının ANA DƏYƏRİ MÜHİTDİR. Dərslərimizin keçdiyi otağa daxil olduqda sahibkarlar və rəhbərlər BÜTÜN status və vəzfələrini qapının arxasında qoyurlar və otağa inkişada ac və istəkli tələbələr daxil olur.

     Digər vacib məqam – Sizin kim rəhbər, işadamı və sahibkarlar bir ortamda ANCAQ  iş dünyasının üst hissəsində olan insanların maraq dairəsində olan bütün məsələlərin müzakirəsi.  

     Proqramın mahiyyəti,məzmunu və digər şərtləri ilə tanış olmaq istəyənlər

     MENTOR kimdir?

     Mentor – öz sahəsində mütəxəssis olub qarşı tərəfin karyera və iş həyatında qarşlaşdığı vəziyyətlərin çözülməsi, məqsədlərini müəyyən etməsi, inkişaf planlarını qurmaı və onları tətbiq etməsi mövzularında dəstək olan insandır.

     Biznes və idarəçiliklə bağlı fikirlərimlə tanış olmaq üçün aşağıda qeyd edilən videolarıma baxmağınızı məsləhət edirəm  :

      

       

     

     

     

     

     

     

     

     

      PROSES NECƏ BAŞ VERİR?

  1. Hər müraciət edən rəhbər, işadamı və ya sahibkar proqrama alınmır. Seçim edirəm və buna görə də müraciət edən hərkəslə şəxsən görüşürəm.
  2. Təsdiq verildikdən sonra məqsədlər müzakirə edilir və fəaliyyət planı hazırlanır. Fəaliyyət planı bir neçə istiqamətdə olur : məqsədlərə uyğun aylıq, həftəlik və gündəlik planlar + şəxsi və peşəkar inkişaf + effektivliklə əlaqəli addımlar + nitqin düzəlməsi, vs.
  3. Həftəlik qrup görüşlərində fərdi və qrup tapşırıqları verilir və hərkəs hər dərs etdikləri ilə əlaqəli hesabat təqdim edir. .
  4. Hər görüş növbəti görüş üçün tapşırıqlar verilir – araşdırmaq, oxumaq, nəticə çıxarmaq.
  5. Hər ay ortalama 8 görüş keçirilir.

          QEYD 

     Mentorluq biznes konsultasiyası deyil- şirkətin inkişafı və fəaliyyəti deyil, şəxsin inkişafı ilə əlaqəlidir. 

    Qoşulmaq və iştirak etmək istəyənlərin bu formu doldurmalarını və ya mail ünvanına fahriagayev@yandex.ru müraciət etmələrini xahiş edirəm.

6 comments

  1. Salam,Fəxri bəy. Bir dəfə danışmışdım sizinlə 1-2 ay öncə yerlər yox idi. indi yenidən müraciət edirəm

  2. Salam Fəxri bəy,
    Mən, 25 ilə yaxındır ki, xarici şirkətdə Maliyyə Müdiri vəzifəsində çalışıram.
    Bilik və bacarıqlarımı daha da inkişaf etdirmək üçün sizin kurslara və ya konsultasiyalara qatılmaq istəyirəm.
    Məsləhətinizi və fikrinizi bilmək istərdim.
    Hörmətlə.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *