sokr
A TƏLİM və KURSLAR

İDARƏÇİLİK kursu keçirildi – SAHİBKAR və RƏHBƏRLƏR üçün

     Biznes sahibləri və rəhbərlər üçün nəzərdə tutulan idarəçilik kursu artıq 4.cü qrup üçün keçirildi.

     Fərqli sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlar üçün nəzərdə tutulan bu kursda 2 gün ərzində rəhbərin əsas vəzifələri, idarəçilik sistemləri, şirkətlərdə müasir idarə etmə sistemlərinin qurulması, biznesin effektivliyi kimi mövzularda müzakirələr aparıldı, yerli və tanınmış qərb şirkətlərindən REAL nümunələr verildi.

 9    Bir qrup insan düşünün – sahibkarlar və rəhbərlər.
     18 saat ərzində – durmadan – bir yerdə – biznesə aid olan mövzuları, rəhbərlərin əsas funksiyalarını, idarəçilik əsaslarını, şirkətlərin böyüməsi və inkişafını müzakirə edirlər, bir yerdə 25.ci mərtəbəyə Bakı mənzərəli məkanda narhara çıxırlar, yeməkdən sonra zarafatlaşırlar, gülürlər, şirkətlərin problemlərini həll edirlər.

     Təbii ki, eyni dildə danışan, eyni dəyərləri paylaşan insanların hər biri nəticədə dostlar qazanır.
     Hamınızı tanıdığıma çox şad oldum və əminəm ki, bu biznes kurs böyük bir yolumuzun sadəcə ilk mərhələsidir. 

     (Kursdan olan fotoları görmək üçün yazının sonuna baxın)

    Kursda iştirak edənlərin RƏYLƏRİNİ aşağıda oxumaq mümkündür :

     10.03.2018-11.03.2018 tarixində  Biznes Kursunda iştirak etdim, kursa öyrəndiyim bir cox şeyi öz biznesimə bu gündən tədbiq elədim., Ən əsası yorulmamağa, davamlı idman eləməyə, davamlı işçilərimin arasinda olmağa və onlara qarışı taha tələbkar olmağa qərar verdim.
Bizdə istehsal şirkətidi və montaj var işimizdə. Piramida cədvəli inaniram ki, mənim üçün çox ugurlu olacaq. Montaj qrupunun müştəri davranışını dəyişməyi fikirləşirəm.
Faxri bəy Məni bu kursa layiq gördüyünüz üçün və kurs seçimlərində seçdiyiniz üçün Cox sag olun.
Dostlugumuz daim və özümüzün inkşafı üzərində olacaq, Sizdən öyənəcəyimiz cox şey var))

     Əbülfəz Quliyev

     “Piramida” Reklam şirkəti təsisçisi və rəhbəri

 

     2 gün intensiv davam edən 18 saatlıq kursda yorulmadım,çünki biliklərinizi və təcrübənizi bizə yüksək enerjiylə ötürdünüz.

     Məni bu kursda cəlb edən məqam, sahibkarın və ya idarəçinin özünə investisiya qoyması və inkişaf etməsidir.

     Çox dinamik və faydall bir kurs oldu. Fəxri bəyin şəxsində necə aktiv olmağı öyrəndim. (Biz naharda olanda Fəxri bəy idman zalına məşqə getməyiylə zamana və sağlamlığına necə önəm verdiyini gördüm)

     Öyrəndim ki :

     – Sahibkar sağlam olmalıdır;

     – Sahibkar zamanını dəyərləndirməlidir;

     – Sahibkar networkingdə aktiv olmalıdır;

     – Sahibkar daim inkişaf etməlidir;

     İnkişaf etmək və gələcəyinizə investisiya qoymaq üçün mütləq bu kursda olmaq lazımdır.

     Çox faydalı oldu,hər şey üçün təşəkkürlər Fəxri m.

     Şahin Səfərli

     Müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkar

 

     Kurs çox səmimi ortamda və pozitiv keçdi.

     İdarəçilikdə rast gələ biləcəyimiz problemli məsələlərin daha düzgün və zamanında həlli yollarını, sistemli idarəetməni və daxili inkişaf sisteminin yaradılmasını öyrəndik. 

     Sizə təşəkkür edirəm və daima uğurlar arzulayıram

     Fariz Tapdıqli

     Cahan Holdinq, Audit Şöbəsi Rəhbəri

 

     Kursa  gəlməmişdən əvvəl ilk öncə ilk məni düşündürən sual bu idi ki, iki gün oturaraq necə səbrli olacam çünki iş həyatım çox hərəkətlilik tələb edir, ancaq kursun il saatlarından artıq bu düşüncədə olduğuma yanıldım və daha çox dərin  düşüncələrlə kursa fokslandım. Təbii ki, oda Faxri müəllimin sayəsində oldu. Kurs mənə iş həyatımda və özəl həyatımda daha düzənli və  planlı olmağımın lazım olduğunu öyrətdi. İşçilərlə daha dəqiq və sistemli çalışmaq onları öz postlarına və potensiyalına görə davranmağı öyrətdi. Müştərilərlə münasibətlərdə nələrə diqqət etməli lazım olduğunu öyrəndik.

     İş və şəxsi həyatımızda  özümüzü ifadə edə bilmək, gördüyümüz  işi ən yaxşı formada təqdim etmək uğurumuzu artırır. Başqalarının bizi maraqla  dinləməsini təmin etmək, razı salmaq , qəbul olunmaq, seçilmək və hədəflərimizə çatmaq istəyirik.  kütlə qarşısında çıxışlarımızda nələrə diqqət edilməsi lazım olduğunun xüsusilə natiqliyin sirlərinə yiyələnməyin vacib olduğunu düşündürdü və öyrətdi bizə bu kurs .

     Ramil Əmənov

     Hazırlıq kursu və uşaq bağçaları təsisçisi və rəhbəri

     

     Doğurdanda kurs menim üçün çox maraqlı oldu. Semimi deyim kursdan evvel fikirleşirdin ki, gün erzinde bu qeder vaxtı fasilesiz keçirtmek hardas sıxıcı olar belkede özüm özüme deyeceyem ki ay Anar sene bu lazımdı ?!. 

     Amma tam tersi inandırım vaxt mevhumu heç yadıma düşmürdü sizin o enerjili ve biri birinden maraqlı, dolğun, yeni teqdimatlarınız olduqca gözel idi.

     Kursun faydaları : birinci növbede qarşına doğru meqsede tehsilli yox doğru insanlarla başlamaq, inkisaf sistemini qırmaq ve onu planlı inkişaf etdirmek, elindeki kadırların özleri kimi insanların yetişdirilmesine teleb yaratmaq ve s..  

     İnsanların brend olması üçün hansı addımlarının ardıcıl atılmasının ehemiyyetini, hedef kütlesinin düzgün seçilmesini ve onlarla ünsiyyetin vacibliyini,  her şeyin cenab müşterinin başında cerayan etdiyini ve s…

     Anar Ağayev

     Fərdi Sahibkar

     Kurs haqqında əsas məlumatları almaq üçün bu linkə keçid alın : Sahibkarlar və Rəhbərlər üçün İDARƏÇİLİK KURSU

     Bu günə qədər kursda iştirak edən insanların rəylərini bu linklərdə oxumaq mümkündür  (keçid almaq üçün yazıları klikləyin) :

     Birinci qrup üçün keçirilən kurs haqqında yazım və iştirakçıların RƏYLƏRİ 

     İkinci qrup üçün keçirilən kurs haqqında yazım və iştirakçıların RƏYLƏRİ 

     Üçüncü qrup üçün keçirilən kurs haqqında yazım və iştirakçıların RƏYLƏRİ 

8 7 6 5 4 3 2

  Məlumatlandırma

       YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *