nav5
A TƏLİM və KURSLAR Müsahibələrim

İdarəçilik Kursu haqqında Navigator Business Review Jurnalı

     18 aprel tarixində Navigator Business Review jurnalında İdarəçilik kursu haqqında dərd edilən məqalənin Azərbaycan dilinə tərcüməsi

     Biznes sahiblərinin və top menecerlərin şuurunda dəyişiklik edilməsə, son yaxınlaşır.

     5 il bundan qabaq partlayan devalvasiya bombası qarşısında silahsız qalmış ölkə bir çox iflasların şahidi oldu. Böyük şirkət rəhbərləri, müvəffəqiyyətli iş adamları hazırlıqsız olduqlarından şirkətləri üçün suiqəsd tərzli qərarlar qəbul etdilər. Əsas söz burada “hazırlıqsız olmaq”dır, lakin bu haqda bir az sonra danışacağıq. Bildiyimiz kimi, top mərmisinin partlayışı tüstü və alovdan əlavə olaraq nəticələri ilə də pisdir. Ölkənin 2 devalvasiya və böhran yaşadığı bu son 5 ildə istehlakçıların da tələblərində çox böyük dəyişikliklər baş verdi.

     Bu halı biz peşəkar idarəçi və biznes-konsultant Fəxri Ağayevlə müzakirə etdik. Ona müraciətimizə səbəb isə budur : 25 illik iş təcrübəsi var, onun 17 ilini müxtəlif sahələrdə rəhbər  vəzifələrdə çalışıb, hal hazırda da bu təcrübə ona kiçik və böyük biznes sahibləri üçün aparıcı mentor sayılmağa imkan verir. Fəxri Ağayevin rəhbərlər üçün vaxtaşırı təşkil etdiyi kursları ziyarət etdikdən sonra, fərdi söhbətdə hətta ən gəlirli biznesin sahibini uçuruma nələr gətirə biləcəyi  və sıfır bank hesabı ilə “həyatın dibində” olmaması üçün nələrin edilməsini müzakirə etməyi qərara aldıq.

nav

     Lakin gəlin bizim son illər baş verənlər nəticəsində daha da səmərəli, tələbkar və seçici olan istehlakçılarımıza geri dönək. Potensial alıcıların davranışının dəyişməsi müxtəlif növ biznes tərzinə təsir etməyə bilməzdi. Əgər uzun illər bir şirkətin xidmətlərindən istifadə edən müştəri birdən birə vərdişlərini dəyişirsə, istehsalçı artıq bu haqda düşünməlidir. Müştərinin tələbi yeniliklərdir və bu tam olaraq ədalətlidir. 10 il öncə bu və ya digər məhsulun yeganə istehsalçısı olan şirkət sahibi cəsarətlə “biz yaxşı satışlar edirik” söyləyə bilirdi, lakin bu əslində heç də yaxşı satış deyildi –  alternativ rəqib məhsulların olmadığına görə sadəcə “yaxşı alış idi”. Bu gün isə bazarın müxtəlifliyini nəzərə alsaq, ancaq qazanmaq arzusu ilə uğurlu olmaq mümkün deyil.

     Biznes, ancaq satış deyil. Müasir bazarın  reallıqları artıq peşəkar bünövrə üzərində biznesin qurulmasını tələb edir və bura da satışa əlavə olaraq idarəçilik elmi də daxildir. Bir vaxtlar müvəffəqiyyətli olan intuitiv-məntiqi səviyyədə idarəetmə bu gün biznesin müxtəlif sahələrində xüsusi peşakar biliklərin olmasını tələb edir. Balığın başdan iyləndiyini qəbul etdiyimizə görə, təklif edirəm başlanğıc üçün müasir idarəçinin obrazının necə olmasını dəqiqləşdirək ki, biznesin “bədəni” iylənməsin.

nav1

     Fəxri Ağayevin sözlərinə görə “ rəhbər – biznesin əsaslarını, marketinqi, satış prosesinin xüsusiyyətlərini bilən, işçilər, müştərilər, tərəfdaşlar, orta rəhbərlik ilə düzgün ünsiyyət bacarıqlarına malik olan və bir çox digər funksiya və öhdəlikləri həyata keçirə biləcək bir şəxsdir”. Bu bir elm deyilmi? Şirkət işçiləri üçün bir çox treninq, seminar, master-klasslar keçirilir. Lakin orta idarəçilər və əməkdaşların necə təlim almasından asılı olmayaraq, istədikləri və tətbiq etməyə hazır olduqları  hər dəyişikliyin rəhbərlik tərəfindən qarşısı alına bilər. Və məhz buna görədə ilk öncə sahibkarların, təsisçilərin və biznesin üst rəhbərlərinin şüurunda dəyişiklik etməkdən başlamaq lazımdır,  və asan olmasa belə bu olduqca real bir işdir. Uzunmüddətli müsbət nəticələrin mümkünlüyünü göstərə biləcək hər şeyə bir yanaşma və konkretləşmə vacibdir.

     Fəxri müəllimdən onun kurslarının mənbəyi ilə maraqlandıqda xoş təəcübləndik ki, onun kursları ölkənin bazar  şərtlərini nəzərə alaraq hazırlanmış və bu gün Azərbaycan biznesinin zəngin nümunələrinə əsaslan müəllif kurslardır. Rəhbərlərin kursa qəbul meyarları ilə də maraqlandıq. Fəxri müəllimin hesab edir ki, təcrübə vacibdir – kursda iştirak etmək üçün bir insanın rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi və yaşı 28  üzərində olmalıdır.  

     İndi isə biz gəlirin azalması və hətta iflasın səbəbi olan maliyyə böhranları qarşısında bir çox biznes sahiblərin və şirkət rəhbərlərinin  “hazırlıqsız olmalı” mövzusuna yaxınlaşdıq. Rəhbərlərin dəyişikliklərə hazırlıqsız olmaları müxtəlif səbəblərə bağlı ola bilər, biznesin əsaslarının bilinməməsindən idarəçilik elminin incəliklərinə qədər. İdarəçinin birbaşa funksiyaları – uzun müddətli idarəetmə sisteminin formalaşdırılması, işə qəbul və işdən azad edilməyə dair qərarların alınması, strateji satış sisteminin yaradılması, müştərilərlə münasibətlərin qurulması, ünsiyyət, networking və şəxsi brend yaratmaq bacarıqlarına malik olma. Nəzərə alsaq ki, kurslar 2 gün 9 saat ərzində keçirilir (09:00-18:00), istər istəməz bütün məlumatların iştirakçılar tərəfindən qəbul edilməsinin çətinliyi ilə bağlı sual yarandı.  25 illik iş təcrübəsi məlumatları üçün cəmi 2 gün az deyil mi?

nav3

     «Qrupda adətən 10 rəhbərdən çox olmur – Fəxri müəllim deyir – Təbii ki, 9 saat az deyil, lakin bu o qədər də çox deyil. Bütün hər şey məlumatı necə çatdırmaqdan asılıdır. Həmçinin kurs minimum nəzəriyyə və  maksimum Azərbaycan biznesində baş vermiş real hallardan ibarət keyslər əsasındadır. Buna əlavə olaraq, iştirakçıların istədikləri zamanda kofe və çay iççəsi və arada verilən nahar beynin işləməsinə yardım edir.

     İştirakçılarla münasibətlərimiz kurs bitdikdən sonra bitmir. Bütün iştirakçılar “Azərbaycan Sahibkarları və Menecerləri Klub” –un üzvü olur, və növbəti kurs bitdikdən sonra biz onlarla otellərin birində görüş təşkil edirik. Son görüşümüz Pullman otelində keçirildi – səhər birgə məşq etdik, sonra yoqa ilə məşqul olduq, daha sonra səhər yeməyi  və klubun üzvlərinin bir-biri ilə tanışlığı. Həmçinin müxtəlif vaxtlarda mən kurs iştirakçılarının ofislərini ziyarət edirəm və yaranmış problemlərin həllinə individual qaydada yardımçı oluram. Bilik əldə etməklə birgə bu kurslarda müxtəlif şirkət və müəssisə sahibləri ilə tanış olmaq olar.

     Gələcəkdə ayda bir dəfə biznesə faydalı ola biləcək müxtəlif insanlarla da görüşlər keçiriləcək – dövlət müəssələrinin nümayəndələri, ixtisaslaşmış peşəkarlar.».

     Asanaya tab gətirən Fəxri müəllimi təsəvvür etmək çətin idi, lakin onun marafonçu və idman zallarının daimi qonağı olduğunu eşitdikdə, sakitçə bir küncə kısılıb siqaret yandırmaq istədim. Axı necə daim biz idman zalına yazılmaq və işlərimizi sonlandırmaq kimi mövzuların sona çatırmasını sabaha saxlayırıq.

     Fəxri müəllimin kurslarında iştirak etdikdə idarəçi o qədər dərin eneji hiss edir ki, öz səhvlərini doğru şəkildə dəyərləndirir və öz eqosunu kənara qoyaraq, özünə dərs deməyə və nəsə öyrətməyə icazə verir. Böyük şirkətlərin rəhbərlərinə idarəetmədə səhvlərini göstərmək heç də asan deyil.

     Nəticədə, hər şey insana bağlıdır. Hətta ən bahalı avadanlıqla belə  uğursuzluqla qarşılaşa bilərsiniz. Biz hələ “işləmək, işləmək, bir də işləmək” şuarı ilə yaşamağa gəlib çatmamışıq. Vacib olan odur ki, siz biznesə sahib olasınız, biznesiniz sizə yox və hər gün işinizin 24 saat və həftədə 7 günününü alması heç doğru deyil. 24/7 iş qrafiki rəhbərin mikromenecmentə itirdiyi vaxtın nəticəsidir – rəhbər sistemin ümumi operatoru olmaqdansa, onun birbaşa iştirakçısına çevrilir və bütün proseslər onun şəxsiyyəti ətrafında qurulur. Rəhbər tərəfindən özünü idarə edə biləcək idarə etmək sistem qurulmadığı təqdirdə onun biznesi hər zaman böhran dalğasının təsiri altında olan zonada olacaqdır.

     İnsanın özünün müdrik hesab edərək dəyişməməsi və ya ən kiçik imkanlar və bacarıqlardan faydalanaraq dəyişməsi hərkəsin öz qərarıdır. Seçim isə hər zaman var.

     İdarəçilik kursu haqqında geniş məlumat üçün bu linkə keçid alın : Kurs haqqında 

     Kursda iştirak edən işadamlarının RƏYLƏRİNİ oxumaq üçün : İştirakçı RƏYLƏRİ

 

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *