Untitled
A TƏLİM və KURSLAR

İdarəçilik kursu, 10.cu qrup iştirakçı RƏYLƏRİ

 

     Yanvar ayında 10 nəfərlik qruplla başlayan İDARƏÇİLİK KURSU 1-2 sentyabr tarixlərində artıq 10.cu qrup üçün keçrildi və beləliklə də Sahibkar və İdarəçilər Klubu üzvlərinin sayı artıq 70 nəfəri keçmiş oldu.

     Oktyabr ayında klubun böyük bir günlük qapalı tədbirinin keçirilməsi planlaşdırılır – gün boyunca Pullman otelində işadamları və sahibkarlar üçün 6 saatlıq geniş idarəçilik mövzularında master klass keçiriləcək, axşam isə bərabər şam yeməyi və əyləncə proqramı olacaq. 10.cu qrup iştirakçıları RƏYLƏRİ ilə isə aşağıda tanış olmaq olar

 

     Hüseyn Humbatov

    “Saat Store” Təsisçisi və Direktoru, Gənc sahibkar

     Fahri  bəyin peşəkarlığını əvvəlcədən bilirdim, amma kursu gözləntimdən daha yüksək təcrübə, bili və praktik bacarıqlar qazandırdı! Azərbaycanda bir çox şirkətlərin və sahibkarların üzləşdiyi ən böyük problem böyümə və orta dövrlərdə öz təcrübələrinə arxalanmasıdır ki, idarəçilikdə və bir çox praktiki məsələlərdə böyük şirkətlərin illəri sınağından keçmiş peşəkar təcrübələrindən xəbərsizdirlər.

     Kursda bu aspektdən CRM əsaslarını, əməkdaş seçimi, idarə olunması və yetişdirilməsinin nəzərdən qaçırdığımız məqamlarını xatırladım. İşlərin bölünməsi və icrası mövzusunda “Meymunlar strategiyası” faydasını ilk gündən göstərməyə başladı.

     Ən əsası donub qalan, başlaya bilmədiyim bütün işlərin açarını, dönüş nöqtəsini, məntiqi izahını sadə bir sözlə anladım. Düşünürəm ki, bu kurs yaxın 3 ildə məni və şirkətimi çox irəli çəkəcək.

     Bir çox kurslarda olmuşam və əminliklə bir daha vurğulaya bilərəmki bu kurs ona görə ən yaxşısı və möhtəşəmidir ki, burada nağıllardan deyil, real təcrübədən keçmiş, uğurlu və uğursuz mövzular üzrə simulativ müzakirələr aparılır, kursa ödənilən və itirilən vaxta görə məncə qat qat artıqlaması ilə bizə lazımlı bilik və bacarıqlara yiyələnirik.

 

     İdarəçilik kursu haqda məlumat almaq üçün bu linkə keçid alın : İDARƏÇİLİK KURSU         

     

     Rusif Hüseynov

    “Caspian Inspection Company” Təsisçi və Direktoru
Əvvəla onu bildirim kursdan sonra möhtəşəm bir enerji ilə başlamışam yeni iş hətəmizə və bu etkinin sizinlə keçirdiyimiz 2 günün nəticəsi olduğundan əminəm. 
     Kurs haqqında onu deyə bilər ki, hər gün gördüyümüz işə tam başqa prizmadan baxmağa başlayır və daha professional davranmağa çalışıram nəticə olaraq.
     Bütün iş adamlarına və idarəçilər elə məhz ona görə mutləqdir ki, bu tipli tədbirlər yeni enerji toplayıb yeni fikirlərlə yanaşma xarakteri formalaşdırılır rəhbərdə.
     Bir daha çox sağ olun hərşeyə görə və bir daha xahiş edirik ki, bu tipli tədbirləri davamlı olaraq təşkil edin və sistemli olaraq fəaliyyətimizi davam etdirək.

 

 

      Amil Calalov

    Bureau Veritas əməliyyatlar üzrə Direktoru

     “Rəhbərlik və İdarəçilk elminin öyrənilməsi üçün bir neçə ildi aktiv şəkildə məşğul olsamda dünən kursu bitirib tərk etdikdə qazandıqlarım aşağıdakılar idi. 

     – Bu sahədə dəyərli müəllim

     – Rəhbərlik və idarəçilk hakkında yeni biliklərin öyrənilməsi

     – Biliklərimin sistemləşməsi 

     – Zəif tərəflərimi görmək imkanı

     – Yüksək motivasiya 

     – Yeni və eyni düşüncədə olduğum insanlar

     Sabaha ? Əminəmki ilk gün sadaladıqlarımdan daha çox faydalar görəcəm.

     Könüllü olaraq bugünə kimi çoxlu sayda kurs və seminarlarda iştirak etsəmdə bu yegənə kurs idiki 18 saatın 1 dəqiqəsinin belə maraqsız və mənə faydasız olduğunu düşünmürəm,,,

 

 

     Fuad Ağayev

    Karton istehsalı üzrə fabrik Təsisçisi və Direktoru

     Uzun müddət satış sahəsində işləmişəm. Son 5 ildə istehsalatla məşğulam. Müəyyən uğurlara nail olsam da, idarəçiliklə bağlı özümdə boşluqları hiss edirdim. 
     Düzünü desəm, təlim və kurslara həmişə skeptik yanaşmışam. Amma, müştərilərimdən birinin Fəxri bəy haqqında xoş sözlərindən sonra Fəxri bəyin təlimində iştirak etməyə qərar verdim. 
     Çox səmərəli iki gün oldu. Bloknotum demək olar ki, tam doldu. Biznesə başlayanlar, oturuşmuş sahibkarlar, rəhbər vəzifədə işləyən şəxslər üçün yeni biliklər qazanmaq, sistemləşdirmək üçün çox gözəl şansdı.       

     Fəxri bəyə təşəkkürlər edirəm.

 

     Rəşid Həsənov

   MEHİN Collection, Sahibkar

     Bu kursan gözləntilərim məni yanıltmadı.
     Bu kurs insana özünü və işini qıraqdan müşahidə etmə imkanı verir. Və hər bir sahibkara işindəki boşluqları görmə imkanı yaradır. Mənim üçün ən faydalı olanı yeni sahibkarlarla tanış olmaq və onların problemləri həll yolları oldu. Sonda onu bildirmək istərdimki, kursun əsl faydası kurs bitəndən sonra başlayır.

 

 

     Samirə Məlikova

    “Coffeshop Company” Direktor Müavini

     Əvvəl kursa vaxt edib gedə bilməyəcəyimi düşünsəm də sonra öz-özümə qətiyyətlə dedim ki, bu kursda nə olursa olsun iştirak etməliyəm. İlk gün Fəxri bəy danışdıqşa sankı mən özümü görürdüm. İş həyatında səhvlərimi və eləcə də Fəhri bəy danışdıqca bu səhvləri necə düzəldə bilərəm çözüm yollarını tapırdım. Sən demə əslində hər şey çox sadə imiş. “Meymunlarla” o qədər yüklənmişdim ki, el arasında deyildiyi kimi özümü belə unutmuşdum. Daim iş iş və yenə də iş. Ən pisi də o idi ki, dayanmadan mən bu işləri görsəm də işlər azalmırdı. Sağ olun Fəxri bəy, bu işlərdən necə qurtılacaöımı mənə göstərdiniz. Artıq günüm plan üzrə gedir. Deməzdim ki, 100% ancaq yavaş-yavaş olacaöına əminəm. Sən dəyiş ki, dünyan dəyişsin. Bunu da tez tez sizin məsləhət etdiyiniz kanallardan öyrəndim :)

     İdarəçilik kursu haqda məlumat almaq üçün bu linkə keçid alın : İDARƏÇİLİK KURSU         

g11 g12 g14 g15 g17 g19 g111

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *