Joan Sutherland Theatre Renewal
Məqalələrim

Sahibkarlıq haqda əfsanələr-2

     Adətən işçilərdən eşitdiyimiz cümlələr :
     – Biz işləyirik, o qazanır;
     – Biz bütün günü yoruluruq, o isə oturub pul sayır;
     – Səhər tezdən işdə olan biz, aldığımız maaş 500 manat, o isə ayda rahat 20.000 manat qazanır, gələcəyini gözəl qurur.
     Bir SİRR açacam belə düşünənlərə. Bu cümləmi diqqətlə oxuyun. Bəli, sahibkar      QAZANIR – ürək, mədə, qara ciyər xəstəliyi. Və gələcəyi qurur – infarkt üçün.
     Əməkdaş işini saat 18.00-da bitirib edə gedəndə, sahibkar qalır və gecə gec saatlara qədər işləyir. İşləmək məcburiyyətindədir, çünki özündən yuxarı heç kim yoxdur. Şikayət edəcəyi, narazıçılıq edəcəyi, küsəcəyi də heç kimi yoxdur. Özündən yuxarı naz edəcəyi adam da yoxdur.
     Ay sonunda hərkəs maaşlarını alıb evinə gedərkən, sahibkar vergilər, kirayələri, kommunal və digər ödənişləri etdikdən sonra anlayır ki, ona heç nə qalmadı.
     Yox, səhv edirəm, qaldı – üzərinə aldığı risklər və öhdəliklər ona qalır.
     Sahibkarlıq, daim qeyri-müəyyənliklərlə və risklərlə dolu olduqca gərgin bir    fəalilyyətdir. 
     Tanıdığım əksər sahibkarların da vəziyyəti eynidir.
     Daha öncə paylaşdığım yazılarımdan birində demişdim – 20.000 manat qazanan sahibkarın gəlirini görənlər xərclərini, risk və öhdəliklərini görmürlər.
     25 Aprel 2017.ci ildə Sahibkarla Günü kimi təyin ediləndə mən ASAN Radioya müsahibəyə dəvət edildim və orada sahibkarlarla əlaqəli bir neçə ana məqamı qeyd etdim :
     – Sahibkarlıq, olduqca mürəkkəb və məsuliyyətli fəaliyyətdir;
     – Azərbaycanın gələcəyi ANCAQ 2 məqama bağlıdır : təhsilin və sahibkarlığın inkişafına;
     – Azərbaycanda sahibkarlıqla məşğul olmaq QƏHRƏMANLIQDIR.
     Sahibkarlarımıza dövlət və xalq olaraq sahib çıxmalıyıq!

Sahibkarlar və Rəhbərlər üçün İDARƏÇİLİK KURSU (kurs haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

Sahibkarlıq haqda digər məqaləm – ƏFSANƏLƏR (keçid almaq üçün klikləyin)

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *