51477315_10156467512993649_9047595711377440768_n
A TƏLİM və KURSLAR

RƏHBƏRLƏR üçün İdarəçilik Təlimi 3.cü qrup iştirakçıları RƏYLƏRİ

  9 fevral tarixində bir qrup rəhbərlərə mənim üçün UNUDULMAZ təlim keçdim. “Bağçam” bağçalar şəbəkəsi rəhbərləri üçün təlimin “sərgüzəştləri” təlimdən öncə başladı :)

     Təlimin unudulmazlığının əslində bir neçə səbəbi var

     Birincisi, ona görə ki, məni rəsmən təlim verməyə məcbur etdilər :) 
     İkincisi – ANCAQ xanımlardan və ANCAQ üst idarəçi xanımlardan ibarət bir qrup oldu və bütün enerjimlə hər sözümdə belə diqqətli olmağa çalışdım. Aparılan müzakirələrdən və verilən suallardan çox böyük zövq aldım. 
     Bir digər məqam –təcrübəmdə bu qədər əyləncəli bir qrupum olmamışdı. Məsələlərə bəzi hallarda emosional yanaşan xanımlara məntiqi izah vermək bəzən çətin olur :)  Təlimin ortasında misal olaraq “Azərbaycanda ən güclü marketinq aləti üzərrikdir” dedim. Mənə “çakdırmadan” bu xanımlar… burada diqqət….. kiməsə üzərrik və onun üçün xüsusi qab sifariş edirlər və TAKSİ İLƏ otelə gətizdirirlər :) Tənəffüsdən sonra isə mənə “ən güclü marketinq alətini” hədiyyə edirlər :)

     Təlimdə Azərbaycanda idarəçilik, Müştərilər, daxili idarə etmək piramidası, əməkdaşların və komandanın inkişafı kimi biznesi bznes edən mövzularda danışdıq.

     Fəxri edirəm ki, ölkəmizdə belə işgüzar, işinə bağlı, Müştərisinə əhəmiyyət verən xanımlar var. Və sevinirəm ki, bu şirkətdə və bağçalarında artıq illərdir istifadə edilən elə idarəçilik tərzi və alətləri var ki, ölkəmizdə 95 % şirkətlərdə yoxdur.
Ölkəmizdə yetişməkdə olan ciddi yerli bir brendi gördüm bu gün mən.

     Təlimdən sonra xanımlardan bir neçəsindən aldığım RƏYLƏRi böyük məmnuniyyətlə bloqumda paylaşıram

 

     Yaddaşımıza və təcrübəmizə əvəzolunmaz bir gün əlavə etdiyiniz üçün ilk öncə sizə dərin təşəkkürümü bildirirəm. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, sizin kimi demək istədiklərini həm auditoriyanın yorulmadan anlayacağı, həm də bütöv bir fikri ifadə edəcək tərzdə çatdırmağı bacaran təlimçilərə, təəssüf ki,  hər zaman rast gəlmək olmur. Bu sizin özünə məxsusluğunuz, həm də bizim şansımızdır. İştirak etdiyimiz təlimin təcrübəmizə qatdığı dəyərlər əvəzsizdir. Günümüzdə,gələcək üçün yeni nəfəs olmaq və eyni zamanda insanların düçüncələrinə xitab etmək biraz çətin məsələdir. Sizi dinlədikdən sonra onlara çatmağı asanlaşdıran fərqli yollar kəşf etdim. Bu yolda mənə və həmkarlarıma işıq olduğunuz üçün Sizə təşəkkür edirəm. Bir şam yanarsa bir gələcək işıqlanar. Ümid edirəm işığınız nəsillərə sıçrasın.

     “Bağçam Uşaq Bağçaları Şəbəkəsi”nin HR meneceri

     “İndigo Nərimanov Uşaq Bağçası”nın meneceri Sevda Babanlı

     Təlim haqda məlumat almaq üçün bu linkə keçid alın (keçid almaq üçün yazını klikləyin) : İDARƏÇİLİK TƏLİMİ HAQDA MƏLUMATLAR

     Salam Hörmətli Fəxri bəy

     Mən 09.02.2019 cu il tarixində  Sizin təqdimatınızda keçirilən İdarəçilik Təlimində ” Bağçam “Uşaq Bağçaları Şəbəkəsinin İdarə Heyyətinin  üzvü olaraq  iştirak  etdim.  Təlimdən  öncə, Təlim vaxtı və Təlimdən sonrakı təəsuratlarımla bölüşmək istəyirəm.

     Təlimdən öncə Sizin Şəxsiyyətiniz , Təcrübəniz,, Həyat tərziniz,  Dünyaya baxışınız, Maraqlarınız,, Peşəkarlığınız   barısində  ümumi məlumatım  olduğundan  Təlimə  Yüksək Motivasiya ilə qatılmışdım.

     Təlim  boyu  Dinamikliyiniz,  İnformasiyanı dəqiq çatdırmağınız   Möhtəşəm idi.

     Təlimdən sonrakı  təəsuratım  olduqca müsbətdir.  belə ki  Mən aldığım İnformasiya ilə bərabər onun mənə bəxş edəcəyi əhval ruhiyyyəyə olduqca böyük önəm verirəm.

     Təlimin  verdiyi faydalar barəsində onu demək istəyirəm ki,   qarşıya çıxan problemlərin daha effektiv həlli yolları mənim üçün vacib oldu.   Təlimdə bir çox   İdarəçilikdə  önəmli olan “Açar sözlər” səsləndi.  Düşünürəm Təlim mənim İdarəçilik bacarıqlarımı   müsbət tərəfdən Kooreksiyasına təkan verdi.  o baxımnan ki,  bizim idaeə etdiyimiz sfera bir başa İnsan Həyatı ilə bağlıdır.  Bu sahətə hər xırda detal  düşünülüb  yerinə yetirilməlidir.  Bu sahə  Ailə, Valideyn , Uşaq faktoru var deyə  Hisslərlə bir başa bağlıdır.   Mənim üçün xüsusi faydalı olan məqam Emossional  vəziyyətlərdə  qərarların verilməsi oldu.    Təlimdə    müəssisənin inkişaf mərhələləri, Dəyərlər. İnsan Resursları,  Şəxsi Effektivlik, Zamanın İdarə olunması  və.s.məsələləri  ətraflı müzakirəli şəkildə həyata keçməsi halı müsbət idi. 

     Mən  “Bağçam” Uşaq bağçaları Şəbəkəsi və Şəxsən öz adımdan Sizə Dərin Minnətdarlıq bildirirəm.   Düşünürəm  Sizin  ərsəyə gətirdiyiniz  və Bizim qatıldığımız Təlim  ümumi Ölkənin inkişafına xidmət edir.  Bu İnkişaf yolunda Sizə  Uğurlar Diləyirik.

     Xalidə Rzayeva .” Bağçam “Uşaq Bağçaları Şəbəkəsi

 

     В первую очередь, хотела бы  поблагодарить за интересный тренинг и конечно же, за положительный, поучительный и позитивный субботний день, который мы провели 9 февраля, не побоюсь сказать с большим удовольствием. Такого плана тренинги и встречи  мотивируют и помогают сконцентрироваться на поставленной цели, найдя при этом пути решения всех проблем в сфере своей деятельности, а также  помогают направить по максимуму свои силы в правильное русло, при этом умело и правильно расставляя приоритеты и конечно же наше драгоценное время, которое нужно ценить! 

     Этот тренинг запомнился мне, не только потому что, было интересно,а ещё из-за предыстории до начала тренинга, которая началась как “Ледниковый период” и завершилась “Африкой “:))) “от негативного до макси-позитивного “.

     Хотела бы завершить свое письмо утверждением Наполеона Бонапарта, которое мне очень нравиться: «Кто не умеет говорить, карьеры не сделает !». Этот афоризм актуален и по сей день!

     По моему мнению, нужно говорить всегда чётко, лаконично, интересно  и по факту, умея доводить свои мысли до сидящего напротив на простом языке, который для него доступен, другими словами на его языке.

     У  Вас это прекрасно получилось,всё было гармонично и я с удовольствием Вас слушала! Ещё раз благодарю за интересный  день ! 

     Ульвия Гасанова

     Директор Baby Star Kindergarten

Təlim haqda məlumat almaq üçün bu linkə keçid alın (keçid almaq üçün yazını klikləyin) : İDARƏÇİLİK TƏLİMİ HAQDA MƏLUMATLAR

51628694_10156467513373649_5804994066886164480_o 51503065_10156467513108649_6828034995957792768_o 51677740_10156467512978649_1496935478639722496_o 51687411_10156466928823649_6670260600699879424_n 51716731_10156467513148649_5358552974043906048_o 51779277_10156466928863649_275843114944430080_n 52263508_10156467513243649_7491657668537352192_o 52350885_10156466929003649_634498817172963328_n

     Təlim haqda məlumat almaq üçün bu linkə keçid alın (keçid almaq üçün yazını klikləyin) : İDARƏÇİLİK TƏLİMİ HAQDA MƏLUMATLAR

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin