fd
Kitabların xülasəsi Məqalələrim

“Təsir etmə və qalib olma” kitabı haqqında

     Bu ay oxuduğum kitablardan biri ““Təsir etmə və qalib olma” adlı kitabdır. Satış, ünsiyyət qurma, insan psixologiyası mövzusundadır.

     Giriş hissəsində bu sözlər yazılıb : “Müasir satış və idarəçilik texnikaları öncəki dövrlərdə olanlardan fərqlənirlər. Dünya biznesi rəqəmsal eradadır artıq. Bu kitab, insanlara istənilən realıqlarda təsir etmə haqqındadır.”

     Kitabda bəyəndiyim cümlələr və fikirlər :

  • Yaxşı satıcını hansı sözlərlə ifadə etmək olar? Əminlik və sadəlik. İnsanlarla ünsiyyət qurma üzrə usta olanlar özlərindən və məhsullarından əmindirlər və öz fikir və düşüncələrini insanlara ən sadə və aydın şəkildə çatdırla bilirlər;
  • E-divar və e-pong. Elektron ümnsiyyətin yayılmasından sonra artıq hər şey maksimal sürətdə olub. Hər insanı 24 saat ərzində tapmaq olur. Amma bu sürətlə bərabər “e-divar” adlı bir məqam çıxıb ortaya – insanlar biri birindən elektron məktublarla uzaqlaşırlar və sanki elektron məktublarla ping-pong oynayırlar, yəni e-pong. Vacib məsələlərin isə qalır həllsiz;
  • Qədim sözü “Tələbə hazır olanda müəllim və meydana çıxacaq”. Bu sözə ÇOX bəyəndim və hər zaman da demişəm : heç kimə heç nəyi öyrətmək olmaz – hərkəs öyrənməyə açıq olduğu dərəcədə öyrənəcək;
  • Yaşlı insanlarla danışanda onların nə etdiklərindən narazı olmadıqlarını görmək olur. Onlar, etmədiklərinə görə üzülürlər;
  • Mənə gərgin müdir göstərin, və mən sizə gərgin komanda göstərərəm. Mənə gərgin müəllim göstərin və mən sizə gərgin sinif və şagirdlər göstərərəm;
  • Enerji – qərardır. Enerjili olmaq – qərardır. Bazar gününü təsəvvür edin. Bütün həftəni işdə olmusunuz. Yorğunlu çöküb üzərinizə. Divanda uzanmısınız. Televizoru yandırmaq istəyirsiniz, amma taqətiniz yoxdur. Bu anda otağa ananız daxil olur və “bax, gör necə tort bişirmişəm – şokoladlı. Dadına baxmaq istəyirsən?” deyir. Dərhal divandan qalxırsınız və “təbii ki, istəyirəm” deyirsiniz. Bir anda enerji gəlir insana. Çünki enerjili olmağa qərar verirsiniz. Və bütün işlərimizdə, bütün həyatımızda da belədir – qərar versəzni, enerjili olacaqsınız;

     Bu kitabda  bəyəndiyim bölümlər :

     Bu kitabı oxumağı məsləhət edirəm mi?

     Bəli. Olduqca faydalı kitabdır.

     Azərbaycan biznesi və reallıqlarında istifadə edilən biləcək dəqiq texnika və alətlər başa salınır. Kitabın ana mesajlarından biri bütün mövzularda istənilən mürəkkəb düşüncə və fikirləri sadə dildə başa salmaqdır – və kitab özü də çox sadə dildə yazılıb.

     Hərkəsə xoş mütaliələr arzu edirəm!

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *