ku
A TƏLİM və KURSLAR

Biznes kurs üçün MÜSAHİBƏ şərti

     Dekabr ayının sonunda elan etdiyim “Biznes Kurs”un ana mahiyəti qısaca budur : orta idarəçi olaraq uzun illər işləyən insan top menecer olma zamanının gəldiyini anlayır, amma nəyi, necə və hansı formada edəcəyini bilmir. Biznes kurs, məhz bu mövzulardadır. (ətraflı məlumat almaq üçün klikləyin)

     Bu biznes kursla əlaqəli bir neçə gözlənilməz yeniliklər etdim. Birinci növbədə, elan etdim ki, ödəniş etmək istəyən hərkəs iştirak edə bilməz. Şərt budur ki, iştirak arzusunda olan insanla müsahibə keçirəcəm, və uyğun görüldüyü zaman bu şəxs kursda iştirak edə bilər.

     Adətən ödənişli təlim və ya kurs keçirən insan istəyir ki, çox insan müraciət etsin və onun gəlirləri də artsın. Amma burada mən nəinki çox insan cəlb etməyə çalışmıram – tam tərsi, müraciət edənləri də bəzi hallarda qəbul etmirəm. İlk baxışda nə qədər də bu yanaşma absurd görünsə də, bu prinsipin altında bir söz yatır : HÖRMƏT.

     Kurs spesifikdir. Kursda iştirak edən insan müəyyən həyat təcrübəsinə malik olmalı və peşəkar təcrübəsi olmalıdır ki, deyinlənlər tam başa düşsün. Amma başa düşməklə də iş bitmir – kursda iştirak edən insan verilən məlumatları həm də istifadə etməlidir. Kiminsə pulunu qeyri effektiv şəkildə istifadə etməsini istəmirəm və buna görə də müsahibə keçirərək, kursun onlara faydalı olub olmayacağını görürəm. Amma müsahibə sonunda insana sadəcə “bu kurs Sizə uyğun deyil” demirəm – nələr etməsi gərəkdiyi mövzusunda da fikir və tövsiyyələrimi verirəm.

     Məsələnin digər tərəfi, kursda iştirak edən insanlarla əlaqəlidir.  İlk 2 qrup tam dolub. Üçüncü qrup dolmaqdadır. Məsələ budur ki, hər müsahibəni keçən insanın da ən yaxın qrupa daxil etmirəm. Qruplar daxilində də eyni vəziyyətdə və peşəkar təcrübədə olan insanları yerləşdirirəm ki, mövzular hərkəsə eyni dərəcədə faydalı olsun. Sadə misal : 8 nəfərlik bir qrupda 5 nəfər sahibkarın və 3 nəfər orta idarəçinin olduğunu düşünün. Sahibkarlara aid olan mözvuda danışdığımda, 3 orta idarəçi darıxacaq.

     Buna əlavə olaraq, müsahibə vaxtı verdiyim suallara görə qruplara mövzular əlavə edilir və ya çıxarlılır. Misal üçün, 27-28 yanvar tarixlərində birinci qrup üçün keçiriləcək kursda “Şəxsi effektivlik” mövzusu yoxdur, amma 3-4 fevral tarixlərində olacaq 2.ci qrup üçün bu mövzu var, çünki orda olan insanların bu mövzuya ehtiyacları var.

     Qruplarda insanların yerləşdirilməsi mövzusunda maraqlı istisnalar olur. Eyni bilik dərəcəsi və peşəkar ehtiyaclar mövzusunda mən müsahibələrdən birində danışanda, qarşımda olan şirkət sahibi Ruslan bəy məndən xahiş etdi ki, onu fərqli qrupa salım :)

     Kurs üçün seçilən insanlar kimlərdir? Bu insanları birləşdirən bir neçə əsas amil var :

  • Öz zəhməti, iradə gücü və əzmkarlığı ilə karyera və ya iş quranlar;
  • Bəxtə inanmayanlar və möcüzə gözləməyənlər;
  • Özünü hələ də tələbə görən inkişafa meyilli insanlar.

     Bu biznes kursla əlaqəli bir neçə ana məqama toxunmaq da istəyirəm :

  • Məqsədim, çox insana kurs keçmək deyil – maksimum sayda doğru insanlara kurs keçməkdir.
  • Kursun keçməsindən sonra əlaqələrimiz iştirakçılarla bitməyəcək – ayda bir dəfə səhər yeməyi, birgə idman etmək kimi maraqlı tədbirlərdə toplaşayacıq;
  • Kurs, tamamən öz məhsulumdur;
  • Real həyatda qarşılaşdığım real biznes keysləri bir yerdə həll edəcəyik;
  • Kurs sonrası hər iştirakçıya yazılı şəkildə feedback-məsləhətlərim veriləcək;
  • Kurs haqqında rəqəmlər bunlardır : 25-17-2. Yəni 25 illik təcrübəm, 17 illik top menecer təcrübəm və 2 il ərzində hazırlanan kurs;
  • Kursda deyəcəyim HƏR nəzəri cümlə arxasında real beynəlxalq və Azərbaycan təcrübəmdən praktiki misallar var.

     Əminəm ki, biznes mühitində ciddi dəyişikliklər olan dövrdə bu biznes kurs işturakçılar üçün çox faydalı olacaq. 2 gün ərzində, 09.00-18.00 arası 8-10 nəfər sahibkar və idarəçinin fikirlərini paylaşacağı bir kursda öyrənməmək və inkişaf etməmək mümkün deyil.

     Biznes kurs haqqında ilkin məlumatları əldə etmək üçün bu linkə keçid alın : RƏHBƏR OLMAQ İSTƏYİRSİNİZ?

     Birinci qrup üçün kurs, 27-28 yanvar tarixlərində keçirilmişdir. İştirakçıların rəylərini bu yazıda olxumaq olar :Birinci qrup üçün biznes kurs

     İkinci qrup üçün kurs, 3-4 fevral yanvar tarixlərində keçirilmişdir. İştirakçıların rəylərini bu yazıda olxumaq olar : İkinci qrup üçün biznes kurs

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin