beh
Kitabların xülasəsi Məqalələrim

Bəhanələrin işləmə mexanizmi

     Bu ilin artıq ikinci kitabımı oxuyuram : “Təsir etmə və qalib olma”. Bəhanələrin insan həyatında sıxıntılara necə yol açdığı sadə bir alqoritmlə çox  yaxşı başa salınır.

     Alqoritm belədir :

alqor     İki misal verilir : şəxsi və peşəkar həyatdan.

     Özəl həyatdan misal :

     Narahatçılıq hissi mərhələsi. Bir xanım xarici görünüşündən narahatdır və özünə söz verir ki, artıq idmanla məşğul olacaq. “Bu axşam mütləq başlayıram” deyə hər səhər düşünür.

     Ertələmə. Amma hər axşam bunu ertələmək və etməmək üçün də səbəblər tapır.

     Müdafizə pozası. Daha sonra jurnalda bir xanımın şəklini görür – xarici görünüşündən hiss edilir ki, mütəmadi idmanla məşğul olan insandır. “Mənim də bu qədər işim və zamanım olsaydı, mən daha da yaxşı olardım” tərzində düşünərək özünü müdafiə edir.

     Mənfi addımlar. Bir gün axşam həyat yoldaşı evə gələrkən ona sual verir : “Bu gün idmana gedəcəyini demişdim. Getmədin?” Cavab “Nə? Artıq bəyənmirsən məni? Səncə mən kökəm?”

     Peşəkar həyatda isə bu belə baş verir.

     Narahatçılıq hissi mərhələsi . Satış mütəxəssisi ay başlayanda bilir ki, müştərilələ əlaqə qurmaq və aktiv ünsiyyətdə olmaq lazımdır.

     Ertələmə. Müştərilərə zəng etmək, onlarla əlaqə qurmaq lazımdır, amma hər gün müxtəlif bəhanələrlə bu iş ertələnir, son anda isə e-mail göndərilir ya da səthi əlaqə qurulur.

     Müdafiə pozası. Şirkət rəhbəri ay sonunda bu mütəxəssisə onun nəticələrindən narazı olduğunu bildirəndə bu insan özünü müdafiə etməyə çalışır : zamanım olmadı, əlavə işlər mənə verildi, zəng etdim, cavab vermədilər, reklam zəifdir, vs.

     Mənfi addımlar. İnsan başlayır şirkətdə olan şəraitdən, rəhbərlik və maaşından narazıçılıq bildirməyə. 

   

     İnsan özünü günahkar hiss edəndə, ən təbii qoruyucu mexanizmi onun mənfi və müdafiəvi duruş almasıdır. Bəhanələr divarı arxasında gizlənən insan özünü nə qədər də güvəndə hiss etsə də, cəmiyyət qarşısında özünü “doğru” və “haqlı” göstərməyə çalışsa da, özü səhv olduğunu çox yaxşı bilir.

     Burada isə insanların digər mexanizmi işə qoşulur – səhvlərimizdən çıxardığımız dərslər : kimisi artıq bəhanələr arxasında gizlənmir və davranışlarını dəyişir, kimisi isə bəhanələr divarını hər gün gücləndirərək, mənfilərlə dolu həyat yaşayır.

26543122_10155522154163649_955754465_o

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *