Good-Time-Management-For-Online-Entrepreneurs
A TƏLİM və KURSLAR

Zamanın İdarə Olunması Təlimi

 

  • İş həyatı bütün zamanınızı və enerjinizi alır? 
  • Çox yorulursunuz, amma yenə də bitirilməyən işlər qalır?
  • Xarici dil öyrənməyə, idmanla məşğul olmağa illərdir zaman yoxdur?
  • Peşəkar inkişaf, sağlamlıq, şəxsi həyata zamanınız yoxdur?
  • Günlər, həftələr, aylar keçir, amma eyni yerdə durduğunuzu görürsünüz?

     O zaman bu təlim SİZİN üçündür.

     Bu təlim Sizəm niyə lazımdır?

  • Çox işləri daha az yorularaq edə bilmək üçün;
  • Boş zaman xərclərinin qarşısının alınması üçün;
  • Uzun zamandır “etməliyəm” deyib, edə bilmədiyiniz işlərə başlamaq üçün;
  • Gündəlik rutin işlərlə bərabər həm də ailə, sağlamlıq, idman, peşəkar və şəxsi inkişaf və istirahətə zaman  ayıra bilməyiniz üçün;
  • Böyük layhiləri zamanında təslim edə bilmək üçün.

     TƏLİM MÖVZULARI 

  • Məqsədlərin müəyyən edilməsi
  • İllik + aylıq + həftəlik + gündəlik
  • 24 saat hara gedir? Görmədiyimiz zaman rezervləri
  • Zamanla əlaqəli problemlər
  • Oğrularla mübarizə
  • Zamanın idarə olunması texnikaları
  • Gün ərzində bütün vacib işlərini necə çatdırmaq olar?
  • Enerjiin idarə olunması
  • Effektivliyə nə təsir edir?
  • Biznes və zamanın idarə olunması

     BU TƏLİM KİMLƏR ÜÇÜNDÜR?

     Gününü ancaq işlə keçirən və peşəkar inkişaf, sağlamlıq, ailə kimi vacib dəyərlərə və məqamlara zaman ayıra bilməyən hərkəs üçündür.

  • Orta və üst idarəçilər;
  • Sahibkarlar;
  • Peşəkar həyata yeni başlayan gənclər

TARİX                           : 10.02.2018, şənbə

TƏLİM MÜDDƏTİ         : 6 saat. 10.00-16.00

KEÇİRİLMƏ YERİ        : iştirakçılara bildiriləcəkdir         

Təlim ödənişlidir. İştirak etmək istəyənlər, fahriagayev@yandex.ru  mail ünvanına müraciət etməlidirlər.

     Daha öncə təlimdə iştirak edənlərin rəyləri :

     İqbal Ağayev, Gilan Sənaye Qrupu HR Direktoru :
     Fəxri müəllim, Sizin “Zamanın İdarə Edilməsi” təliminiz bir çox insan üçün ciddi alətdir. Bu alət vasitəsi ilə insan bütün həyatının gedişini dəyişdirə bilər. Təlimdə iştirak edənlər rahat anlayırlar ki, daha çox “vaxtım yoxdur” deyən insanların əslində daha çox vaxtları var. Mövzunun qoyuluşu və məsələyə yanaşma nəticəsində elə təlimdəcə insan dəyişmə qərarı verir. Buna yüz faiz əminəm ki, təlimə  daxil olan insanlarla çıxan insanlar fərqli insanlardır.

     Fərhad Əli, CELT Colleges Bakıxanov Rəhbəri

 Fəxri müəllimin 2 seminarında iştirak etmişəm. “Zamanın İdarə edilməsi” və  “Şəxsi effektivlik.

     Bu seminarlara özəl olaraq dəvət olanlar arasında oldum və sonra öyrəndiyim zamanın yönləndirilməsi texnikaları və aldığım yüksək pozitiv enerji və motivasiya ilə həyatımı 39 yaşımda yenidən qurmağa başladım.

     İşim saat 9 dan axşam 9 a qədər olmasına baxmayaraq səhər qaçışına zaman ayırmağı bacardım (bu öncələr mümkünsüz idi). Qaçış zamanı audio kitablar dinləməyə başladım. İşdəki dağınıq zamanı qaydaya salıb kitab oxumaq üçün zaman ayırdım. İş həyatım köklü dəyişdi.

     İndi 41 yaşımın içindəyəm effektiv və məhsuldar olmağım şəxsi və maliyə uğurlarıma gətirib çıxartdı. İndi Fəxri müəllim kimi marafonçuyam. Bir rəsmi olmayan Bakı və bir də İstanbul marafonunu qaçmışam. (O marafon ki, Fəxri müəllim qaçmışdı). O seminarlara qatılmasaydım bu gün bu uğurlarım olmayacaqdı. Bu uğurları Fəxri müəllimə borcluyam.

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

12 comments

  1. Salam size ugurlar mende size qatilmaq isteyerdim zehmet deyilse yeri ve qiymet neceye olacaq yazardiniz.Onceden tewekkur.

    1. Salam Fəxri bəy. Kaş hər bir rəhbər sizin kimi olardı. Mən sizin təlimlərinizdə 3 dəfə iştirak etmişəm. Və bu gün təsəvvürümə belə gətirə bilmədiyim yerdəyəm. Allah sizi bizə çox görməsin inşAllah. Xahiş edirəm mümkünsə ödənişi mənədə bildirərdiniz mütləq gəlmək istəyirəm.

      1. Xoş sözlər üçün ÇOX təşəkkür edirəm.
        Təlimlərimiin faydalı olmasına sevindim
        Təlimləri universitetlərdə keçirməyə başlayanda, məqsədim də bu idi – gənclərə faydalı olmaq.

  2. Salam.Sizin təliminizə qatilmaq isteyerdim zehmet deyilse yeri ve qiymet neceye olacaq yazardiniz.Onceden tewekkur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *