174
A TƏLİM və KURSLAR

Sahibkarlar üçün İDARƏÇİLİK kursu 17.ci qup RƏYLƏRİ

     9-10 noyabr tarixlərində artıq 17.ci qrup sahibkarlar üçün də idarəçilik kursu bitdi.
     8 nəfər sahibkar və rəhbərlərlə biznesdə qarşılaşdığımız müxtəlif vəziyyətlər, idarə etmənin əsaslarını, işə götürmədə nələrə diqqət edilməsi gərəkədiyini, müştərilərlə əlaqələri, idarəçilikdə sistemin qurulması kimi olduqca mühim mövzularda 2 gün – 18 saat durmadan danışdıq.
     Yorulduq mu? Xeyr. Hətta zamanın necə keçdiynii belə fərqində olmadıq.
     Bu kursu 2015.ci il yanvar ayında hazırlamaşa başladım.
     Şəxsi məhsulumdur.

     TAM şəxsi məhsulumdur.

     İllərdir xaricdə və Azərbaycanda biznesdə gördüyüm əsas məqam odur ki,  şirkətdə HƏR ŞEY sahibkarla başlayır və onunla bitir və şirkətdə personal da, idarəçilər və yazılmayan qanun-qaydalar və dəyərlər məhz sahibkarın aynası və əksidir. Sahibkar dəyişməsə, vizyonu genişlənməsə, daim inkişaf etməsə şirkətin və biznesin sağlam, uzun müddətli və effektiv böyüməsi mümkün deyil.

     Buna görə də neft qiymətinin düşməsi ilə bərabər iqtisadiyyatda və biznesdə dəyişikliləri düşünəndə ağlıma birbaşa Azərbaycanlı sahibkarlara idarəçilik mövzusunda dəstək olmağı özümə məqsəd qoymud.

     3 il zəhmət nəticəsində 2018.ci ildə yanvar ayında birinci qrupla başlayan ANCAQ sahibkarlar üçün olan kurs bu gün artı 17.ci qrup üçün keçirildi. Qlobal şirkətlərin rəhbərləri və üst idarəçiləri, Azərbaycanın kiçik, orta və böyük şirkətlərinin sahibkar, ortaq və rəhbərləri bu günə qədər kursda iştirak edib.

     Kurs haqda qısa yazı yazmadan öncə Pullman otelin dərin təşəkkürümü bildirmək istəyirəm. Başda Gulnara xanım olmaqla otelin satış və marketinq komandasına minnətdaram! Bu otel ilə uzun zamandır əməkdaşlıq edirəm və diqqətimi çəkən bir məqam o oldu ki, hər mövzuda məni elə diqqət və qayğı ilə əhatə edirlər ki.. Mənim ağlıma belə gəlməyən mövzularda sanki məndən irəlidə gedir komanda və mən ancaq öz işimi görürəm. Buna görə də peşəkarlar peşəkarları seçir.

     KURSUN ANA DƏYƏRİ – doğru insanlara maksimal şəkildə faydalı olmaqdır.

     Paradoksal bir məqam var kursda – kurs ANCAQ sahibkarlar üçündür amma eyni anda hər sahibkar iştirak edə bilməz. Öz işini zəhməti ilə özü quran, həyatda möcüzə gözləməyən, kursdan sonra dəyişikliklərə ilk öncə özündə başlayan insanlar iştirakçı ola bilir.
Məhz buna görə də kursda iştirak etmək HƏR SAHİBKARLA bir-bir şəxsən görüşürəm.
Sahibkar və/və ya rəhbər olmaq ilk öncə böyük məsuliyyət və ciddi zəhmət deməkdir. Bunun ən bariz sübutu 8 nəfər şirkət təsisçisi və rəhbəri həftə sonu 2 gününü – 18 saatını özünü inkişaf etməyə ayırması.

     Azərbaycanda biznesin inkişafı, göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şirkətlərin inkişafı və böyüməsində, idarəçilər və sahibkarlar arasında peşəkar əlaqələrin qurulması və möhkəmləndirilməsində mənim də payımın olması mənim üçün ciddi motivasiyadır.

     Kurs iştirakçılarının RƏYLƏRİNİ yazılı şəkildə aldım və böyük fəxr hissi ilə paylaşıram

     Ruslan Haqverdiyev

     TOTAL İT Təsisçisi 

     Azərbaycanda bir çox sahibkar və ya idarəçi, idarəçiliyin bir elm olduğundan xəbərsizdir. Bir çoxları öz nail olduqlarına belə parktiki və ya digər yollarla əldə etdikləri idarəçilik bilikləri hesabına əldə etdiyindən xəbərsizdir. Amma bu bir həqiqətdir ki, idarəçilik bir elmdir və buna hər bir idarəçi nail olmalıdır. Əks təqdirdə nail olduqlarını itirməyə məhkumdur. Ölkəmizdə olan ən böyük problemlərdən birisi isə, idarəçilərin bu elmi öyrənməsi üçün nə tədris müəssisələri, nə də lazımi tədris materialı mövcud deyil.

     Fəxri bəyin öz şəxsi təşəbbüsü ilə hazırladığı tədris planı və kursu, idarəçilər üçün yeni, sərhəsiz üfiqlərin açılması üçün əvəzolunmaz bir fürsətdir. İdarəçilərimizi qısa da olsa, məlumatlandırır və hansı istiqamətlərdə özünü inkişaf etdirməli olduğu haqqında kifayət qədər istiqamətləndirir. İdarəçilər həm kursda, həm də kurs sonrasında sahibkar qrupu daxilində, aparıçı idarəçilər və sahibkarlar ilə fikir mübadiləsi apara bilir, fərqli, işlək idarəetmə prinsipləri haqqında məlumatlanmış olur.

     Bu kurs daxilində tək təəsüf hissi keçirtdiyim mövzu, kursun çox qısa olmasıdır. Amma bu da bir həqiqətdir ki, bu qədər professional hazırlanmış kurs nə qədər uzun olsa belə, inkişaf etmək istəyən idarəçi üçün yenə də qısa gələcəkdir. Fəxri bəyə öz dərin təşəkkürlərimi bildirir və bu elmə yiyələnmək istəyən idarəçilərə və sahibkarlara bu fürsətdən yararlanmalarını tövsiyyə edirəm.

    İdarəçilik kursu haqda məlumat almaq üçün bu linkə keçid alın : İDARƏÇİLİK KURSU       

     Elgün Abbasov

     “Zəfəran” apteklər şəbəkəsi üst idarəçisi

     İlk olaraq qeyd edim ki, ikinci dəfə iştirak etməyimə baxmayaraq  bunu dəfələrlə etsem bele her defe eyni xett uzre davam eden yeni movzular yeni bilikler ve yeni baxis terzi elde edecem qenaetine geldim…Bu telim mene mohtesem derecede ehemiyyetli olmaqla yanasi fergli baxis acisindan baxmagi oyretdi.Dusunurem ki bu telimin evezedilmezliyi istirak edecek yoldaslarin secimden baslayir.Teskilatcilig cox yuksek seviyyede aparilmisdi.Her seyi diqqetle izlemeyime baxmayarag daha cox Fexri beyin 18 saati mohtesem sekilde idare etmesi,istirakcilarin movzuya aid danisdigi keysler, yurudulen fikirler ve bunlara serf olunan zamandan onceden melumati olmadigi halda meharetle idare edib kurs programina daxil etmesi oldu.Sanki her bir fikirlerimiz ve hereketlerimiz telim movzusu ile eyni zamanda onceden planlasdirimisdi.

     Once istirakim zamani elde etdiyim melumatlar ve bilikleri hazirki telimde daha profesional sekilde yeniden analiz etdim..Cox fergli baxis ve yeni bir tecrube elde etdim.Telimde istirakima gore cox memnunam buna gore once hormetli Fexri beye ve hormetli telim istirakcilarina hem istiraka gore hemde bizimle paylasdigi real is tecrubelerine gore derin tesekkurumu bilidirirem..

     Yasindan asili olmayaraq ugur elde etmek isteyen,sexsi inkisafa yuksek derecede onem veren, hazirki zamanini deyerlendirerek geleceyini dunenki sehflerle davam etmek istemeyen her bir kese siddetli sekilde bu telimde istirak etmeyi tovsiyye edirem…

     Togrul Məhərrəmov

     “Zəfəran” apteklər şəbəkəsi üst idarəçisi

     İlk dəfə idi ki, belə bir biznes kursda iştirak və səmimi olaraq hisslərimi sizinlə bölüşmək istədim. Öncəliklə bizlər üçün bu şəraiti, kursu, ən əsası da əvvəlindən sonadək belə səmimi bir ortamı yaratdığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm!

     Belə bir sualınızı xatırladım: Bu kursdan nə gözləyirik?
Hər insan gərçəklə üzləşməyənə qədər, iş həyatında “Mən düzəm və insaflıyamsa, əməkdaşlarım razı qalırlarsa qalanı düzələr” prinsipi ilə yaşayır. Halbuki men bu kursda nə qədər boşluqlar olduğunu və bir yanaşma tərzindəki səhvliklərin əslində illər sonrakı ucurumları gətirəcəyini öyrəndim. Uzun müddət həyatımızı və işimizi planlaya bilməməyin əslində bəhanə olduğunu gördüm. Verilən müsbət fikirlərin təzahürüdür ki, aylardı zaman ayıra bilmədiyim bir şeylərə 2 gündür zaman ayırmağa başlamışam. Dediyiniz filmləri izləyib, kitab oxumaq vərdişimi biraz daha inkişaf etdirib və ən əsası tənbəlliyi kənara qoyub idmana geri dönə bildim. Bu , kursun mənim üzərimdəki təsirindən azacıq bir hissə idi.
     Əlavə olaraq bildirmək istərdimki, kursda iştirak edən bütün yoldaşlardan öyrənibdə tətbiq edəcəyim çox məsələlər oldu. Yaratdığınız şərait əsasında fərqli xarakter, fərqli iş sahiblərinin real mövzular üzərindən apardıqları fikir mübadiləsi xoş təsir bağışladı!

     Fəxri bəy 2 gün yorulmadan bizlər üçün bu yadda qalan günləri planladığınız üçün və həm şəxsi həm də iş həyatımızda yaratdığınız xoş təsirlər üçün sizə təşəkkürümü bildirirəm! Bizim kimi gənc iş adamlarının sizdən örnək alacağı çox mövzular var!

     Rena Novruzova

     “AFSHAN STUDİO” dizayn şirkəti təsisçisi və direktoru

     Hörmətli Fəxri bəy. İlk  öncə, özünüzə məxsus dəstixətinizlə belə bir kursun, təlimin təşkilinə görə Sizə təşəkkür edirəm. 

     Zaman baxımından təlimlərin qısa müddətli olmağına baxmayaraq, əldə etdiyim bilik, müəlumat baxımından çox dəyərli və faydalı oldu.

      Fəxri bəyin təşkil etdiyi təlimdən, mən biznesimin idareciliyində buraxdığım səfləri, marketinq sahəsində olan boşluqlarımı, mütləq olaraq kitab oxumağa ve lazimi filmleri izlemeyede belə vaxt zaman ayırmağımın mütləq bir amil olduğunu özüm üçün aşkarladım. Fəxri bəyin təlimlərindən sonra, biznesimə yeni yanaşma tərzi yarandi. İnanın ki, burda daha daha gözəl rəylər və fikirlər bildirə bilərəm, lakin mən öz tərəfimdən, bir qadın iş adamı olaraq, töfsiyə edə bilərəm ki, Fəxri bəyin təlimləri barədə, verdiyi bilik barəsinda, lakin və lakin onun tədbirlərində iştirak edərək, və əldə etdiyin bilik və müəlumatlara nail olaraq dəyər verə bilərsiniz. 

     İdarəçilik kursu haqda məlumat almaq üçün bu linkə keçid alın : İDARƏÇİLİK KURSUSəbinə Nəcəfova

     TLC -Translation and Localization Company Təsisçisi və Rəhbəri

     Bu kursun ən üstün cəhətlərini və digərlərindən fərqləndirən xüsusiyyətlərini bu cür sıralaya bilərəm:

  1. 2 günlük “full-time” kurs olmasına baxmayaraq, insana heç bir yorğunluq və  yuxu gətirmir, əksinə enerji və motivasiya verir,
  2. Maraqlı və aktiv keçirildiyi üçün “vaxtın necə keçdiyini hiss etmək” olmur,
  3. “Peer learning” sayəsində kurs iştirakçıları yalnız Fəxri bəydən deyil, həm də bir-birindən öyrənmə imkanına malik olurlar,
  4. Nəzəri biliklər “nəzəriyyə” olduğunu hiss etdirmədən praktiki bir yolla başa salınır.
  5. Sözün əsl mənasında 2 gün içində “N sayda” biznes keyslər ilə tanış olmuş oluruq.
  6. Ən qəribəsi isə budur ki, “addiction” yaradır, bir dəfə iştirak etmək istəyən mütləq yenidən iştirak etmək istəyir.))

     Çox sevinirəm ki, belə  bir kursda iştirak etmək şansım oldu və Fəxri bəyə öz dərin minnətdarlığımı bildirirəm.

     Tehran Əliyev

     VİTAM reklam şirkəti ortağı və direktoru

     Salam DOSTLAR!

     Öncəliklə Fəxri bəyə sizin kimi həmkarlarla bizi bir araya gətirdiyinə və belə bir möhtəşəm kursu bizə verdiyinə görə təşəkkür edirəm.

     Bildiyiniz kimi bu kursu mən ikinci dəfə keçirəm. və birinci bu kurs seriyasının ilki olub. ona görə də mənim üstümə daha çox məsuliyyət düşür.

     Əvvəlcə bu kursun üstünlüklərini yazmaq istəyirəm:

  1. çox praktik, real və ən əsası da lokal keyslərlə doludur. elə keyslər ki gündəlik iş həyatımızda dəfələrlə qarşılaşırıq
  2. özünü inkişafə sadəcə motivasiya etmir, eləcə də ən qısa yollarını göstərir
  3. bu həm də həftəsonu istirahətinə bənzəyir. gün ərzində çərəz, meyvə yeyərək, çao kofe içərək maraqlı və faydalı söhbətləri dinləysən.
  4. ən əsası da bütün öyrəndiklərini dərhal tətbiq etməyə başlayırsan.

kursda öyrəndiklərimi dərhal tətbiq etməyə başladım. konkret adlandırsaq:

  1. audiokitab və tedx keyslər dinləmə (başlamışam artıq)
  2. illik planlamanın əhəmiyyəti (başlamışaq artıq)
  3. daim oxumaq (HBR və Publisher jurnallarına üzv oldum)
  4. standartlaşırma məsələində daha fərqli yanaşma

bir də networkingi unutmamaq lazımdır. mənim üçün ən vacib məqamlardan biridir. artıq qrupumuzdan ilk sifarişimi almışıq, hətta icra da etmişik))) təşəkkürlər Rəna xanım, etimadınız üçün!

 

171 172 173 175 176 177 178

İdarəçilik kursu haqda məlumat almaq üçün bu linkə keçid alın : İDARƏÇİLİK KURSU

   Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *