Artıq 18.ci qrup Sahibkarlar üçün İdarəçilik kursu 18-19.01 tarixlərində keçirildi.
2 gün – 18 saat ərzində müxtəlif şirkət təsisçiləri və direktorları ilə biznesin məqsədləri, şirkətdə sistemin tətbiq edilməsi və qurulması, idarə etmədə insan rolunun böyük əhəmiyyəti və buna görə də insan sərmayəsinə edilən yatırımların hansı formada edilməsi gərəkdiyi, sahibkar baxımından marketinq və satış kimi mühim mövzu və məqamları müzakirə etdik.
Təlimlə bərabər həm də sahibkarların firmalarında olan və qarşılaşdıqları müxtəlif vəziyyətləri müzakirə edərək həlli yollarını da düşünürük hər qrupda.
Sevindiric haldır ki, sahibkarlarımız yaşlarına, uğurlarına və qazandıqları nailiyyətlərinə baxmayaraq bizneslərini daha sağlam idarə etmək üçün artıq şəxsi və peşəkar inkişaflarına da zaman ayırırlar.
18.ci qrupda iştirak edən sahibkar və üst idarəçilərin RƏYLƏRİNİ aldım və böyük məmnuniyyətlə paylaşıram.
Fərhad Yurdsevər
CELT Kolecləri şəbəkəsi, Bakıxanov filialı Direktoru
Kamran Suleymanov
“BS GROUP”- BARRİSOL rəhbəri
İlk onca Sizə və butun iştrakçilara dərin təşəkkurumu bildirmək istəyirəm. Iki günlük təlimin təşkilatçiliği və seçilən iş adamlari boyük təsurat saxladi.
Sizlə ilk görüşümüzə , dəvət və ətrafli söhbətimiz profesional səviyyada təşkil olunmuşdu. Baxmiyarag ki, tədbir həftə sonuna düşürdü şəxsən mən bunu səbirsizliklə gözləyirdim. Təcrübəmə istinad edib təstiq edə bilərəm ki Avropada işlə bağli aldiğim təlim kurslari bu gədər bol və məlumatli olmurdu.
Yadda qalan məlumatlar və artiq bu gün həmin bir neçə təlim termin və tezisləri ofisimiz toplantisida həyata keçirtdim. Zənnimcə təkan verici oldu : 8-saatın əhəmiyyəti, , Gündəlik yazili meil hesabatlari, həftəlik son hesabatlarin təqdim olunmasi, Meymunlar nəzəriyyəsi, İşçilərə nəzarət sistemi,. Komanda və sistemin qurulmasi , yaxin gələcəyə qoyulan məqsədlər.Motivasiyalar, ofisin ən siravi isçisindən rəhbər təbəqisində olan subardinasiya ust geyimi və digər amilləri tətbiq etmələr və s…
Sonda bunu dəmək istəyərdim Böyük məmuniyyətlə klubun üzvü olmağa qatiliram. Vaxt imkanlarimdan istifada edib hər bir toplantida böyük həvəslə iştrak etmək istəyindəyəm. Məncə klub üzvüləri məndən birisidi və cümlə şəkildə hansisa bir mövzunu problemi və Ugurlarimizi bərabər muzakirə edib və nəticə əldə etməya kömək olar!
Bir daha Sizə TƏŞƏKKÜR etmək istəyi ilə…
İdarəçilik kursu haqda məlumat almaq üçün bu linkə keçid alın : İDARƏÇİLİK KURSU
Elnur Novruzov
Best Brands Group MA Direktoru
İştirak etdiyimiz təlim barədə təsüratlarımı Sizinlə bölüşmək istəyirəm. Həqiqətənde təlimdən aldığımız faydanı və mübət enerjini yazaraq izah etmək çətindir. Ümumilikdə onu deyə bilərəm ki, Xaricdə aldığım təhsil müddtəində öyrəndiyim bilikləri mükəmməl şəkildə yeniləmiş oldum. Hətta daha çox əlavə biliklər əldə etdim. Xüsusəndə təlimçi olaraq Sizin şəxsi iş həyatınızdakı təcrübələriniz, bilikləriniz və dünya görüşünüz mənim üçün həddindən artıq faydalı olduğunu düşünürəm. Təlim müddətində çox aktiv, düşündürücü və heç də yorucu olmayan bir ortam var idi. 2 gün ərzində 18 saat həqiqətəndə çox sürətlə getdi. Təlim iştirakçılarının hər birinin özünə məxsusluğu, lakin eyni zamanda hər birinin ortaq düşüncə tərzlərinin olması təlimlərə həqiəqətəndə böyük maraq qatdığını düşünürəm. Təlim boyunca yeni insanlar tanıdım və bunu tanışlıqların mənim üçün gələcəkdə hər tərəfli faydalı olacağına inanıram.
Yekun olaraq belə bir təlimi təşlkil etdiyiniz üçün Sizə təşəkkürümü bildirmək istəyirəm. Ən qısa zamanda təlimin növbəti mərhələsini səbirsizliklə gözləmiş olacam.
Aqil Hasanov
İtaliyanın EV International şirkətinin Azərbaycandakı zavod distribyuteri – EV-Azerbaijan nın Təsisçi– Direktoru, Türkiyədə EV-İstanbul şirkətinin təsisçi direktoru
Sizə məni biznes idarəçilik təliminə dəvət etdiyiniz üçün təşəkkürümü bildirirəm. Kurs çox peşəkar təşlik edilmişdi. Əminəm ki, ən xırda məqamların belə nəzərə alınması birbaşa sizin peşəkarlığınızın təzahürüdür.
Kurs əldə edilə biləcək məlumat çoxluğuna görə çox faydalıdır. Təlimin idarəçiliyin A-dan Z-yə mütün mərhələlərini əhatə etməsi görə hər kəsə faydalı olacağına əminəm.
Yaxınlarıma və ehtiyacı olanlara mütləq tövsiyə edirəm.
Hər kəs fikrindəki suallara cavab tapa, yeni metodlar öyrənə və öz məhsuldarlığını artıra bilər.
Bir daha təşəkkür edirəm!!!
Orxan Namazlı
AzPark MMC Təsisçi və Direktor
İlk once bizimle kecirdiyiniz 18 saat, deyerli tecrube ve biliklerinizi paylashdiginiz ucun size oz adimdan teshekkur edirem.
Telim ucun uygun ishtirakcilarin secilmesi, ideala yaxin sheraitin yaradilmasi ve en onemlisi telimde biznesin sirrlerini ve sistemini biznen paylashmaginiz, sizin barede onceden eshitdiyim faydali melumatlarin menim ucun eyani subutu oldu.
Meslehet gorduyunuz kinolara baxmagi, kitablari arashdirib oxumagi bashlamisham. Sizin sayenizde Sistem boshluqlarini keshf edib uzerinde ishleyirem. Shirket strukturlarinin gozden kecirirem. Deyerleri inceliyib standartlari ve keysleri tetbiq etmeye bashlamisham. Bu yuxarida sadaladigim biznesin sirrlerini emel edilmesi neticesinde ugurlarimiza ugur qatilmasina dair hec bir shuphem yoxdur.
Daha once ishtirak etdiyim telimlerin idareciliyi Azerbaycan standartlar ve bazar idareciliyine aid movzulardan ibaret olmushdur. Cox sevindirici haldir ki, artiq vetenimiz Azerbaycanda yuksek shekilde telim kecirilir, peshekar telimci-ekspert (Fexri m.) terefinden idareciliyin incelikleri kurs ishtirakcilar ile bolushur. Dushunurem ki, Artiq bu kimi telimlerde ishtirak etmek ucun Inkishaf etmish olkelere tez-tez sefer etmeyi planlashdirmamaliyiq.
Bir muddet sonra Telimde ikinci sefer ishtirak etmeyi mutleq shekilde dushunurem.
Anar Həmzəyev
Best Brands Group MA Təsisçisi
İlk önce Sizi tanidigima cox şad oldum. Hətda özümdə cox təəsüf hissi kecirdim ki, nece olub ki bu günə qədər mən sizinle rastlaşmamişam. Görünür qismet bu gune imiş.Məni və Elnur bəyi 7 nəfərin icərisində dəyərləndirdiyiniz ücün sizə və komandaniza dərin təşəkkürümü bildirirəm.
Kursla bagli fikirlerim cox yüksekdir. Heqiqeten cox yüksek seviyyədə kecirdiniz. Bizə o vaxt ərzində cox yüksək dəyər verdiniz. En cox mənim diqqətimi cəkən sizin öz işcinizin biz orda oldugumuz 18 saat erzində ayaq üstə qalaraq bizə xidmət etməsi oldu. Düşünürəm ki, siz bu xidməti oldugumuz məkanin işcilərindəndə istifadə edə bilərdiniz. Bununla siz ilk başdan özünüzü və özünüz haqda bizim düşüncəlırimizi təsdiq etmiş olduz.
Fexri müellim sizin təcrübəniz bilik səviyyəniz bir birini tamamladigi ücün size ilk başdan etibar etdim və sizdən cox şey örgəndim. Cox gözəl nitqiniz var . Hətta bizə örgətmək istədiyiniz terminləri belə sadələşdirib bizə catdirirdiz. Mənim ücün cox faydali oldu. Hetta artiq sizdən örgəndiklərimizin bir coxunu öz şirkətimizdə tətbiq etməyə başlamişiq. Bir məqamida sizin diqqətinizə catdirmaq istəyirəm ki, məni bu zaman icərisində ən cox həyacanlandiran o idi ki , sizin bu 2 gün ucun yerləşdirdiyiniz proqrami sona catdirilmasina zaman catmayacaq. Cünki biz daha cox suallarla müraciət edib zamani qisaldirdiq. Amma sizin profesonalliginiz burdada özünü göstərdi.
Fexri müellim bilirsiniz ki Azerbaycanda bu şəkildə kurslar coxdu. Amma sizin verdiyiniz bilik tam fərqlidi. En böyük ferq ondadir ki , bu biliyi Fəxri Agayevdən alirsan, həm müasir həmdə cox pozitiv bir insandan. Hətta sizin haqqinizda və kecirdiyimiz kurs haqqinda öz övladlarima danişmişam . Onlarda da sizə qarşi cox böyük və müsbət fikir formalaşib.
Bu qisa vaxt erzində cox geniş məlumatlar aldim. Esasen (müştərilər haqqinda, dahi insanlar haqqinda, sizin iş həyatinizda rastlaşdiginiz problemləri necə ugurlu həll etməyiniz haqqinda, ulduz işcilər, dəyərlər haqqinda və s .)o qədər cox informasiya aldiq ki demık olar ki 90% yadimda qaldi.Bir coxlari ilədə gundəlik iş həyatimizda rastlaşiriq və tətbiq edirik.
Fəxri müəllim,sizin vasitənizlə biz orda yeni dostlar qazandiq və İnşaAllah umid edirəm ki bundan sonrada o dostlarin sayi artacaq. Bu mənim ucun cox dəyərlidir. Sizin kursunuzun böyük fərqlərindən biridə budur. Esil zəhmətkeş iş adamlarini bir yerə yigib daim əlaqədə saxlamaq. Cox uzun olur, cox yazmaq olar amma mutleq görüşəndə qalanlarini şifahi olaraq sizlərə və komandaniza deyəcəm. Hər zaman ugurlariniz bol olsun. Size cox teşekkür edirəm. Hər zaman enerjili, pozitiv , səbirli və həyatinizda en önəmli olan saglamliq arzulayiram.
İdarəçilik kursu haqda məlumat almaq üçün bu linkə keçid alın : İDARƏÇİLİK KURSU
Məlumatlandırma
YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin
Salam. Sizin təlimlər barədə tam ətraflı məlumatı hardan ala bilərik?
http://agaev.az/pesekar-idarecilik-telimi/
Salam.Hər vaxtınız xeyir.Mümkündürsə mən Fəxri Ağayevlə görüşüb müəyyən mövzuları müzakirə etmək istəyirəm.Sahibkarlıq fəaliyyəti ilə məşğulam.Diqqətiniz üçün öncədən təşəkkür edirəm.
Telefon nömrəsi qeyd etmək üçün xüsusi bölmə olmadığı üçün şəxsi nömrəmi burda qeyd edirəm.(+994507925767)
Salam. Telefon nömrənizi qeyd edin, Sizinlə əlaqə saxlayar
Və ya sosial şəbəkələr vasitəsi ilə ona yazın
https://www.facebook.com/fahri.agayev