4.cü qrup rəhbərlər və orta idarəçilər üçün İDARƏÇİLİK təlimi 11.01 tarixində Pullman otelində keçirildi.
Müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə işləyən Dostlarımızla 8 saat ərzində Azərbaycanda iqtisadiyyat və biznesin gedişatı, karyera və peşəkar inkişaf, satış və marketinq, komanda qurucluğu kimi mövzularda nəzəriyyə və praktikanın doğru nisbətlərdə danışdıq, müzakirələr apardım, təlim keçdik.
Bu tərz təlimlər mənim üçün özünü peşəkar formada tutmaq, bilik və təcrübələrimi paylaşmaq və eyni anda fərqli sahələrdən yeni dostlar qazanmaq üçün möhtəşəm bir fürsətdir.
Bizə hər mənada 5 ulduz səviyyədə xidmət göstərən Pullman oteli və şəxsən Dostum, psixoloqum, dəstəkçim Gulnara xanımın komandasına dərin təşəkkürümü bildirirəm.
Təlimdə iştirak edən rəhbərlərin təlim haqda RƏYLƏRİNİ böyük bir qürur hissi ilə paylaşıram.
Elşən Akif Ağayev
“Royal Foods” MMC-nin Hüquqşunas
Fəxri bəy, ilk öncə 11 yanvar tarixində baş tutmuş təlim kursuna görə Sizə dərin minnətdarığımı bildirirəm.
Bu təlim kursu şəxsi düşüncəmdə, iş həyatımda, yaşam tərzimdə , bəzi vərdişlərimdən imtina etməyimdə böyük dəyişikliklərə səbəb olacaq.
Hərcənt Sahibkarlıq sahəsində Ali təhsilim(Hüquq) olmadığı üçün hər zaman sevdiyim bu sahədə uğur qazana bilməyəcəyimi düşünürdüm.Nə qədər gec olsada Sizin təlim kursunuzda iştirak etdikdən sonra bunun yanlış olduğunu ali təhsillə bərabər uğur üçün nəzəri biliklərlə yanaşı praktiki işin uğura apara biləcəyini dərk etdim.
Siz həqiqətən də Azərbaycan İqtisadiyyatı üçün böyük tapıntısınız.
Təlim kursunuzda iştirak edən rəhbər və idarəcilərin aldıqları nəzəri və praktiki bilikləri öz sahələrində tətbiq edəcəkləri və bunuda iqdisadiyyatımızın ikşafina müsbət təsir edəcəyinə əminəm.
Sonda onu qeyd edimki bu təlim kursu məndə şəxsim olaraq öz güvənimi şirkətdə idarəcilikdə uğur qazanmaqla yanaşı müstəqil olaraq fərdi işimin qurulmasına səbəb oldu.
Əminəmki bir daha seciləcəyim təqdirdə yenidən təlimlərinizdə sevə sevə iştirak edib Sizi dinləmək istəyərdim.
Hər şey üçün sonsuz təşəkkürlər.
Təlim haqda məlumat almaq üçün bu linkə keçid alın (keçid almaq üçün yazını klikləyin) : İDARƏÇİLİK TƏLİMİ HAQDA MƏLUMATLAR
Növbəti qrup üçün təlim karantin bitdikdən keçiriləcək
Xanlar Aslanov
“KLİMAT-X” MMC Satış Direktoru
Təlimdən əvvəl mən sizin bəzi məqalələrinizi oxumuşdum və bəzi videolarınızı izləmişdim- müəyyən qədər,qiyabi də olsa sizi tanıyırdım.Amma yenə də təlimin bu qədər enerjili keçəcəyini gözləmirdim,8 saatın çox böyük zaman olduğunu və təlimin yorucu olacağını düşünürdüm.
Əslində isə tam tərsini gördüm,vaxtın necə keçdiyini belə hiss etmədim.Sizin təlimdəki auranız və təlim iştirakçıları ilə yaratdığınız ortam buna səbəb oldu.
Təlimdə ən çox xoşuma gələn mövzu ” Fil” texnikası oldu.Mən bu texnikadan artıq istifadə etməyə başlamışam. Bu təlimdən aldığım motivasiya güman edirəm ki, şəxsi və iş həyatımda mənə çox köməklik edəcək.
Sonda sizə hər şey üçün təşəkkürlər edirəm!
Tofiq Ələkbərli
“Vision Academy” təhsil mərkəzinin Tədris şöbəsinin rəhbəri.
Məncə bu təlim hərbir rəhbər vəzifədə çalışan şəxsin iştirak etməli olduğu təlimdir. Çünki oxuduğumuz idarəçilik və şəxsi inkişaf mövzularında olan kitabların hamısını real şəraitdə və şərtlərdə bəzən tətbiq edə bilmirik. Lakin bu təlimdə səsləndirilən hərbir nəzəri fikrin arxasında təcrübəyə əsaslanan praktik misallar dayanırdı.
Təlimdən aldığım qeydləri hərgün səhər işə gələndə işə başlamazdan öncə nəzərdən keçirirəm. Bir idarəçinin bilməli olduğu lakin kitablardan əldə edə bilməyəcəyiniz bilikləri məhz bu təlimdən əldə edə bilərsiniz.
Zamanın idarə olunması, komanda ilə uğurlu iş, motivasiya sisteminin qurulmasl, doğru insanların işə alınması, üst rəhbərlərlə effektiv ünsiyyətdən tutmuş bu kimi vacib və eyni zamanda praktik bilikləri əldə etmək üçün bu təlim idarəçilər üçün olduqca vacibdir. Bu təlimdə yalnız iş mühitində deyil eyni zamanda özünüzün şəxsi inkişafınız üçün olduqca faydalı məlumatlar əldə edəcəksiniz. Fəxri müəllimə iş dünyasından əldə etdiyi peşəkar və praktiki bilikləri bizimlə bölüşdüyünə görə dərin təşəkkürümü bildirirəm.
Adəm Müsayev
“Sirab” şöbə müdiri
Salam Fexri bey , men size yadinizdadirsa demishdim ki , yoxsul bir insan bele kimlerese nese ver biler (İmzasını ). sizde bu telimle mende oz imzavizi qoymush oldunuz :) oz fergli fikirleriniz ve yanashmalarinizla .
Men 1 ay ara verdiyim meshge sizin telimden sonra dahada motive shekilde bahladim , dil kursuna bashlamishdim ,sizden sonra kursda net olarag dedimki men maximum 2 aya bu kursu mukemmel bitirecem ! Ve sonra ingilis dili uzre bashlayib qisa zamanda onuda yaxsi seviyyede oyrenecem.
Kitablar men cox sevirem negeder oxuya bilmesemde ancag mehz bugun belke sabah ilk olarag bir kitabxanaya gedib kitablarla tanish olmag ve bashlamag istiyirem .bugeder :) eslinde daha uzun danishardim ama bilirsiz cox yazmag sevmirem . Hersey ucun tesekkurler , bezi bilgiler maddiyyatla odenilmeyecek geder deyerli olurki cunku insanin heyatin deyise bilir .
Kamran Hacıyev
Denay Alliance Services LLC – Satış üzrə Direktor
Bir neçə il öncə Sizin “Zamanın idarə olunması” mövzusunda keçirdiyiniz seminarda iştirak etmişdim və çox məmnun qalmışdım. Seminardan öyrəndiklərim həm iş, həm də şəxsi həyatıma çox müsbət təsir etmişdi.
Neçə vaxt idi ki, Sizinlə yenidən bir araya gəlmək üçün fürsət axtarırdım. 11.01.2020 tarixində “Peşəkar İdarəçilik” mövzusunda keçirilən təlimə qatıldım və eyni ilə müsbət enerjini aldım. Seçilmiş rahat məkan təlimdə müsbət atmosfer yaratmışdı. Səmimi keçən görüşdə yeni insanlarla tanışlıq çox xoş oldu.
İş həyatında qarşıya qoyulan hədəfə çatmaq üçün tətbiq edə biləcəyim bir neçə yeniliyi öyrəndim.
Fəxri bəy təlim ərzində bilmədiyim yeni terminlər və bu günə kimi qarşılaşdığım çətinlikləri necə həll etmək yollarını başa saldı. Ümid edriəm ki, bu təlimdə öyrəndiyim yeniliklər gələcək karyeramda yeni naliyyətlərə, yeni uğurlara imza atmağıma kömək edəcək.
Ümumiyyətlə, təlimdən müsbət təəssüratla ayrıldığım üçün hər kəsə bu təlimi tövsiyə edirəm.
Fəxri bəy, çəkdiyiniz əziyyətə, ayırdığınız zamana görə Sizə və Hüseyin bəyə təşəkkür edirəm!
Orxan Həsənov,
London Language And Business School Rehberi
Hörmətli Fəxri müəllim
İştirakçısı olduğum idarəçilik kursu məndə kifayət qədər positiv təəssürat oyatdı.
Təlimdən əldə etdiklərimi aşağıdakı şəkildə sıralaya bilərəm:
– Kursun özəlliyi nəzəri biliklərin real həyatda və praktiki yöndə necə tətbiq edilməsi istiqamətində qısa və uzun vədəli strategiya və taktikaların təmin edilməsi ilə yadda qaldı.
– Təlimdə digər mühim məqam idarəçi şəxsin istər şəxsi inkişafına, istərsə də brendləşmə prosesinə eyni dərəcədə diqqət göstərməsinin vacibliyinin vurğulanması oldu
-Peşəkar həyatımızda vaxtın effektiv və məhsuldar idarə edilməsinin əhəmiyyəti, gələcək karyera imkanlarının məhz bu amildən asılı olması təlimdən aldığım növbəti önəmli mesajlardan idi
-Nəhayət, sağlam həyat tərzini bərpa etmək istər şəxsi, istərsə də peşəkar həyatımızda zirvələri fəth etməyin ən başlıca şərtidir.
Bir daha təlim üçün sizə minnətdarlığımı bildirir və gələcək işlərinizdə uğurlar arzulayıram!
Əmrah Əlisoy
“Dübrar” su zavodu Direktor köməkçisi
Salam Fəxri bəy Pekaşar həyatında insanın gedə biləcək yolları və qarşılasacağı çətinliklər haqqında qazandığınız bilik və metodiqaları bizlərnən bölüşdüyünüzə görə sizə təşəkkürümü bildirirəm.
Bir çox təlimlərdə iştirak eləməyimə baxmayaraq Siz tərəfində verilən təlim öz metodiqası və məzmun baxımdan keçirilən təlimlərdən tamamı ilə fərqlənirdi.Təlim insana idarəçiliyin əsaslarını,müasir idarəçi xüsusiyyətlərini,peşakar karyera və risklərini qısaca olaraq indiki dövürdə biz rəhbələrin qarşılaşacağı problemlərin tamamını özündə əks etdirdi. 8 saat olan təlimdə gələcəyə doğru neçə-neçə saatlar qazanıldı.
Fəxri bəy sizə çox təşəkkürümüzü bildirirəm ki sizin kimi Azərbaycanda işinin peşakarı insanlar var və biz gənc rəhbərlər olaraq sizinlərdən bilgilər alıb gələcəyə doğru öz addımlarımızı müəyyənləşdiririk. Təlim həm mənə yeni bilgilər qazandırmaqla yanaşı yeni insanlar qazandırdı.Təlimdə iştirak edən hər kəsə uğurlar arzu edirəm.
Təlim haqda məlumat almaq üçün bu linkə keçid alın (keçid almaq üçün yazını klikləyin) : İDARƏÇİLİK TƏLİMİ HAQDA MƏLUMATLAR
Növbəti qrup üçün təlim karantindən sonra keçiriləcək
Məlumatlandırma
YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin
3 comments