top
A TƏLİM və KURSLAR

İdarəçilik kursu, 6.cı qrup

     14-15 Aprel tarixlərində idarəçilik kursu artıq 6.cı qrup üçün keçirildi.

     Kurs haqqında kursun müəllifi olaraq bir ana məqamı qeyd etmək lazımdırsa, bunu deyə  bilərəm : 2 gün, 18 saat ərzində keçən kursda nəzəri və praktiki biliklərin nisbəti belədir – 99.99999999 % praktiki və ancaq 0,000000001 % nəzəri biliklər. Bu nə deməkdir?

     Kurs, nəzəri bir cümlə ilə başlayır. Və bu cümlə ilə də nəzəriyyə bitir.

     Geri qalan BÜTÜN məlumatlar praktikidir.

     Kurs iştirakçılarının RƏYLƏRİNİ aşağıda oxumaq mümkündür

     Yaqut RƏSULZADƏ

     ATEF Şirkətlər Qrupu – Satınalma Rəhbəri

    Adeten biz alismisiq, telim deyende basqa olkelere uz tutmaga. Lakin Fexri muellim bu defe basqa olkelerde olan kursu Azerbaycana getirib.  Azerbacanda Fexri muellim kimi deyerli ve pesekar  bir insanin olmasi, bu kursu teskil etmesi, bu qeder rehberi bir arada toplamasi cox qururverici bir hadisedir. 2 gun ucun kursun faydalari olduqca coxdur ve her an tetbiq edilen faydalardir. Bu kursu anlatmaqla onu tam deyerlendirmek mumkunsuzdur. Mutleq kursda istirak edib, orda onu canli yasamaq lazimdir. Kursda  neinki idarecilik haqqinda, hemcinin  bir cox  vacib movzular haqqinda bilik paylasimi oldu. En esasi bu kursun ferqi, kurs bitdikden sonra hec kim bir- biri ile elaqesini itirmir. Biznes kurs komandasina uzv olan rehberler ve sahibkarlar davamli gorusmek ve fikir mubadilesi aparmaq ucun muxtelif tedbirlerde  yeniden gorusurler. Diqqetimi  ceken meqamlardan bir digeri ise bir dana anladim ki, heyatda hec vaxt hec ne ucun gec deyil. Mumkunsuzdur deye hec ne yoxdur. Heyatda hec ne ucun, men gec qaldim dememek lazimdir. Bu kursun 2-ci ferqi ise diger olkeler ucun nezerde tutulan nezeriyye ve praktikadan behs edilmir. Real praktikadan ve keyslerden behs edir.

   Kursda istirak etmeyi oz dostlarime  boyuk memnuniyyetle tovsiye etmeye  basladim artiq.

     Kurs haqqında məlumat almaq üçün bu linkə keçid alın : Sahibkar və Rəhbərlər üçün İDARƏÇİLİK KURSU

     Yusif Davudov

     AMASS Group, Direktor

     Həftəsonu 2 günlük təliminizdə iştirak erməklə apardığımız təcrübə mübadilələri, yeni insanlarla  tanışlıqlar bu kursun özəlliyi və gözəlliyini təşkil edən ən başlıca amillər sırasındadır. Amma bu heç də hamısı deyil. Kursdan aldıqlarımız  çox oldu. Əslində orada səslənən fikirlər  idarəetmə sistemində olan hər kəsin gündəlik qarşılaşdığı və pərakəndə şəkildə bildiyi məsələlər olsa da, onların sistematik təhlili, problemlərdən birgə çıxış yollarının praktik keyslər üzərindən müzakirə edilməsi, dünya təcrübəsi və Azərbaycan reallıqlarının müqayisəsi   həm maraqlı həm də çox effektiv oldu. 

     Fəxri müəllim, Siz  zəngin bilik bə təcrübənizi çox böyük bir arxayınçılıqla  paylaşır, eyni zamanda hiss olunurdu ki, biz müdavimlərin fikirlərindən də məharətlə faydalanmağa çalışırdınız. Bu çox gözəl bir xüsusiyətinizdir ki, məxsusi olaraq qeyd etməyi vacib saydım. Siz yaradıcı və təçkilatçı insansız. Təşkilatçılıq bir sənət növü, əslində deyərdim ki, “incəsənətdir.”  İki gün ərzində  18 saatın hər bir dəqiqəsi dəqiqliklə hesaba alınmışdı. Nahar fasiləsinin sifariş bölümünün zaman almamsı baxımından köməkçinizin tətbiq etdiyi üsul da çox diqqətçəkən və təqdirəlayiq idi. :) 

     Təbiidir ki, bu kursun materiallarının ərsəyə gəlməsi  böyük zəhmət bahasına başa gəlmişdir. Zənnimcə, ölkə biznes sferasının idarə edilməsində  tətbiq olunması vacib sayılan bu məsələlərin qərarvericilik səlahiyyətlərinə malik sahibkar və üst idarəçilərin müdavim olaraq dinləməsi, zaman zaman öz sahələrində tətbiq etmələri, doğma vətənimizdə biznes etikasının daha da  təkmilləşməsinə  zəmin yaradar. Məhz bu aspektdən şiddətli tövsiyyəm olardı ki, üst idarəçilər vaxt tapıb bu təlimdə iştirak etsinlər.  Mənim vaxtım məhdududr, onsuz da bunları bilirəm deyərək, kənarda durmasınlar… Unutmyaq ki, təkrar biliyin anasıdırsa, sistemli təkrar anasının anasıdır. Çevrəmdəki sahibkar və üst idarəçi dostlarımla bu istiqamətdə müəyyən işlər aparmışam və davam edəcəm….

      Qeyd etmək yerinə düşər ki, 10 nəfər təlim iştirakçısı həftəsonu 2 gün istirahətindən də olmadı. Tam tərsinə, biz orada həm də mənəvi istirahət etdik, çay, kofe, nahar fasilələrində, hətta təlimin gedişində belə deyib güldük, bir birimizi ruhlandırdıq…

      Bu qeydlərimi yazdığımda yeni iş həftəsinin yeni iş gününə  başlamışam. İnanaın səmimiyyətimə…yazını bitirən kimi, kursdan aldığım böyük  ruh yüksəkliyi, müsbət enerji və ciddi bir entuziazmla işə başlayacağam…

     Fəxri müəllim, bütün bunlara görə Sizə təşəkkürümü bildirməklə, fəaliyyətinizdə yeni yeni yaradıcılıq uğurları arzu edirəm..

      Elgün Abbasov

     “Zəfəran” Apreklər şəbəkəsi Qrup Rəhbəri

     Hər vaxtınız xeyir olsun… 14 və 15 tarixlərində kecirdiyiniz kursdan cox aşırı dərəcədə müsbət enerji və ilham aldım….dediklərinizin hər biri biznes üçün bildiyimiz və bilməli olduğumuz çox önəmli amma oz növbəsində təqdim etdiyiniz kimi sistemləşdirilməyə ciddi ehtiyacı olan çox vacib biliklərdir…Düşünürəm bunları selektiv olaraq paylasmaq çox məqsədəuyğundur….İki gün ərzində hər gün 9 saat olmaqla keçən bu təlimlərdə ara fasilələri belə gözləmədən vaxtın necə kecdiyini xatırlamıram..Buna görə sizə və məni bu təlimi tanıdıb istiqamət verən insana dərin təşəkkürümü bildirirəm…

 

     Nizami Abasəliyev

     AZFEN B.M. Mühəndislik,İstehsalat,Tikinti,Quraşdırma – Baş Keyfiyyət Təminatı/Keyfiyyət      Nəzarəti mühəndisi

     Kurs haqqında yazmamışdan öncə sizə birdaha təşəkkürümü bildirmək istərdim, 40 nəfər kursa istəkli olan insan arasından iştirakçı 10 a düşmək şəxsim  üçün çox qürur verici haldır. 

     Kurs haqqında düşüncələrim çox yüksəkdir, iştirakçı olaraq qarşıma qoyduğum məqsədləri maksimum şəkildə yerinə yetirdiyimə əminəm. 

     Təşkilat məsələsi bir çox qərb tədris mərkəzlərindən üstün və doğru şəkildə planlaşdırılmış və yerinə yetirilmişdir. 

     Təlimdə istifadə edilən material peşəkar şəkildə hazırlanmış və təqdim edilmişdır.

     Təlimçinin materialı iştirakçıya ötürmə keyfiyyəti ən yüksək dərəcədə idi. Kurs ərzində hər bir iştirakçı ilə təlimçi arasında qurulan intelektual və emosianal əlaqə yaxşı mənada təəcübləndirir. Yaradılan öyrənmə mühütü əksər hallarda  kursun ikinci yarısında iştirakçıların yuxulamaq şanslarını sıfıra endirmiş oldu.

     Təlimçinin  pozitiv energetikası nəinki kurs iştirakçıların hətda gəzdiyi zaman ətrafında xoş aura yaratmağına vəsilə olur.

     Birdaha təşəkkür,

     Yapon Samurayları demişkən –seçildim və sizi ”Sensey” seçdim–.Yolumuz açıq olsun)

 

     Cavid Hidayatov

    TÜV AUSTRIA AZERBAIJAN  – Country Manager

     İlk öncə çox maraqlı və məhsuldar həftə sonu üçün Sizə öz təşəkkürümü bildirir, nailiyyətlərinizin davamını arzulayıram.

     Kurs haqqında olan təəssüratlarımı aşağıda qeyd edirəm: 

  1. Kurs barədə məlumatlandırma çox gözəl təşkil edilmişdir (Kursun vaxtı, yeri, saatı və s.)
  2. Məkan yerləşmə baxımından əlverişli idi.
  3. Çay və yemək çox gözəl təşkil edilmişdi.
  4. Təlimin tərtibatı maraqlı və peşəkarcasına qurulmuşdu.,
  5. Təlimçinin səs tonu və bədən dili ilə mövzunu çatdırması təlimin mövzusu ilə üst-üstə tam olaraq düşürdü.
  6. Köməkçinin davranışı və gülərüzlülüyünü bəyəndim.
  7. Növbəti təlimlərdə fövqəladə hallar zamanı toplanma və s. kimi tədbirlər də nəzərdə tutulsa çox gözəl olar.

 

      Azər Abdullayev.

     “Zəfəran” Apreklər şəbəkəsi Qrup Rəhbəri

     İki günlük kurs həqiqətən çox dinamik , faydalı məlumatlarla zəngin , pozitiv enerjili bir kurs keçdi. İki gündə vaxtın necə keçdiyini bilmədik. Müxtəlif sahələrdə yeni dostlar qazandıq. Düşünürəm ki , Siz ölkədə yeganə şəxssiniz ki , iş adamlarını məlumatlandırmaqla yanaşı, gənclərin də gələcəkdə düzgün yolda addımlaması üçün öz töhvənizi artıqlaması ilə verirsiniz.  Bütün bunlara görə Sizə təşəkkürümü bildirirəm. Düşünürəm ki , sahibkarların, iş adamlarının Sizdən öyrənəcəyi çox şeylər var.

     Sizə saglamlıq və işlərinizdə ugurlar arzulayıram.

 

     Şahin Kazımov
       Carçıoğlu Group MMC – Satış Direktoru
     İlk öncə qeyd etmək istəyirəm ki, kurs bütün detalları ilə çox gözəl təşkil olunmuşdu. Fasilə olmadan çay, kofe və su xidmətinin olması fikrin dağılmamağına və nəticədə tamamilə kursa fokuslanmağa şərait yaradır. Həmçinin nahar vaxtı iştirakçıları masanın ətrafında düzgün şəkildə yerləşdirmə və məkanın seçimi düzgün düşünülmüş alqışalayiq addımdır. Xırdalıqlarına kimi düzgün şəkildə planlaşdırılmış təşkilatçılığa görə Sizə və komandanıza xüsusi minnətdarlığımı bildirirəm.
     Təşkilatçılığına söz olmayan kursun əsas hissəsi də təbii ki mükəmməl olmalı idı. Yeganə kurs idi ki, iştirakçılar müəyyən kriteriyalar uyğun olmalı,mütləq müsahibədən keçməlidir. Kursun özünün gedişatı iştirakçıları yormadan axıcı və maraqlı keçdi. Mövzular, keyslər günümüzün Azərbaycan biznes reallığına uyğun seçilmişdi. Kursun proqram və materialları standart, şablon olmadığı tamamilə Fəxri Ağayev məhsulu olduğu üçün 2 günlük 18 saat necə keçdi anlamadım. İlk dəfədir ki, bu qədər maraqlı bir həftəsonu keçirirdim. Artıq kursdan öyrəndiyim bir çox yeniliklərin tətbiqinə başlamışam. Təbii ki burda ilk növbə Şəxsi Brendin formalaşdırılmasıdır. Bunun üçün Sizin dəyərli tövsiyyə və təcrübənizdən yararlanmaq mənim üçün çox böyük bir stimul olacaq. 
     Yekunda qeyd etmək istəyirəm ki, Fəxri müəllim-Siz Azərbaycan İdarəçilik Məktəbi üçün çox dəyərli bir şəxsiniz və hətta deyərdim ki idarəçiliyi məktəb formasına gətirəcək bəlkə də yeganə şəxsiniz. Hər şeyin kursla bitib qurtarmadığını, istər eyni istərsə də fərqli vaxtlarda Sizin kursda iştirak etmiş üst idarəçiləri hər zaman bir yerə toplamaq üçün səy göstərdiyinizinə görə Sizə təşəkkürümü bildirirəm. Yaratmaq istədiyiniz Sahibkar və Rəhbərlər Klubuna indidən uğurlar arzulayıram.
 

30708092_10155793390298649_6298379572462463520_n 30709472_10155794942983649_2559364232584027940_n 30710041_10155795246368649_7705446401519877987_n 30714296_10155793390303649_1288422498703428611_n 30714306_10155795246338649_4688237602237767179_n 30716397_10155795246358649_3357848046388201202_n 30724716_10155794942978649_677635488693103815_n 30725704_10155794943023649_1296952165040086042_n 30727040_10155794942958649_5063291475183440698_n 30727299_10155793018118649_2029033041661449558_n 30738253_10155795434508649_5345930504975395281_n (1) 30738823_10155793390293649_8640497721214491462_n

30706972_10155792667743649_1545855837544386635_n 30623839_10155786272558649_1491039839130165640_n

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *