1111
A TƏLİM və KURSLAR

İdarəçilik kursu, 7.ci qrup iştirakçıları RƏYLƏRİ

     12-13 May tarixlərində Dəmirçi Plazada Sahibkar və Rəhbərlər üçün İdarəçilik Kursu keçirildi.

     2 gün ərzində 18 saat keçən kursda biznes, idarəçilik, əməkdaşların və rəhbərlərin işə alınması, uzun müddətli idarə etmə sistemlərinin qurulması kimi mövzularda danışdıq. Amma tək bununla kifayətlənmədik – kursda iştirak edən şirkətlərin qarşılarında olan işlərin həll yollarını hamı birlikdə düşündü. Çox nadir hallarda bir işadamı satış, müştəri, idarəçilik kimi mövzularda bir masada digər böyük şirkət sahibləri ilə bərabər oturub müzakirə etmə imkanı olur.

     Bütün bu işlərə əlavə olaraq zamanımızdan maksimum faydalı istifadə etdik və güldük, danışdıq, peşəkar həyatımızda qarşılaşdığımız maraqlı, gülməli, ibrətamiz hadisələr danışdıq.

     Kursda iştirak sahibkar və rəhbərlərin RƏYLƏRİ isə aşağıdadır :

 

     Fəxri bəy –  bizimlə bərabər 18 saatin necə keçdiyini hiss etdirmədən bu vaxti çox səmərəli, yorulmadan, ilk saatini necə başladınızsa 18-ci saati da o tempdə bitirməyinizə heyran qaldim.

     Əlbətdə Siz əslində bu sirri bizimlə paylaşdınız. Biz o zaman bildik ki 18 saatin necə eyni otaqda oturaraq yorulmadan,usanmadan,bəzən zarafat dolu anlar,bəzən gərgin fikir muzakirələri,qarsimiza çixan problemlər fikir bildirərək onlarin həlli yollarını müzakirəsi və s. bunları biz Sizinlə yaşadıq.

     Bu kursa həqiqətən iş adamının bir yaşam fəlsəfəsi deyərdim. Mən kursa baslayan anda bildim ki bir iş adamı olaraq 24 saat demek ki hec də az bir zaman deyil. Bu 24 saatda biz xəyallarda qurduğumuz istirahətlərə,ailəyə,sağlamlığımıza, kitab oxumağa,uzaqda qalan bizdən kusən qohumların ziyarətinə –)) və s.kimi yığın yığın işlərin zamanın doğru bölğüsünün aparılmadığını  anladım. Demək ki Uca Tanrının bizə verdiyi bu dəyərli zamanı biz düzgün bölüşdürməyi və səmərəli istifadə etməsini də öyrənmiş olduq. Əlbətdə biz bu kursda bir iş adamının saglam həyat tərzindən tutmuş idarəetmənin incəliklərinə qədər  olan bir dəyəri əldə etdik. İnaniram ki bu cür saglam iş adamları ilə addımlamaq Vətənimizin üçün həm surətli inkişafına bir daha guc vermiş olacaq. həm də sağlam bir cəmiyyətin formalaşmasinda boyük dəstəyi olacaq.

     Bir daha təşəkkür edirəm.

     Elnur Həsənov     

     “DUFY” geyım magazası və koynek.az sahibi,

     Kurs haqqında məlumat almaq üçün bu linkə keçid alın : Sahibkar və Rəhbərlər üçün İDARƏÇİLİK KURSU

     Mohteşem bir kurs oldu. Gozlediyimden artigini elde etdim.
     Bele kurslar ne qeder cox olsa Azerbaycanda sahibkarlar bir o qeder suretle inkişaf eder. Cunki ugurun acari dogru yoldadi, bu yolu oyrenmeyimiz lazimdir.
     Fexri beyin teşkil etdiyi bu kursun sayesinde yeni dostlarda qazandiq.
     Bunlarin hamisina gore Fexri beye derin teşekkurumu bildirirem.
     Raman Məhərrəmov
     “Azad Gülüş” müasie stomatoloji klinika təsisçi və rəhbəri

     – Bu kurs Azərbaycanda bir ilkdir, bu günün və gələcəyin tələbidir, öz inkişafını düşünən, gələcəkdə işini düzgün gurmaq istəyən şəxs üçün çox vacibdir . 
     – Kurs özəlliklə rəhbər şəxslər üçün hər bir sahəni əhatə etdi, sağlamlıqdan tutmuş işgüzar iş fəaliyyətimizə, ailə dəyərlərindən şəxsi inkişafımızadək.
     – Digər sahibkarlar ilk öncə belə bir kursların olması haqqında məlumatlı olmalıdırlar. İştirak etmələri vacibdir, belə ki, inkişaf etmək istəyən sahibkarlarımız öz bizneslərini daha effektiv idarəetmə sisteminin qurmalarına kömək etmiş olar, nəticədə hər bir sahədə dəyərli mütəxəssis yetişdirmiş olarıq. 
     – Tövsiyyə olaraq, hər bir sahəni geniş izzah etməklə yanaşı beyində qısa zamanda çox məlumatların qarışıqlıq yaratdığından slayd formada hər bir iştirakçıya təqdim edilsə daha yadda qalan olar. 

     Tofiq Tağıyev,

     Sahibkar, “Kolorit” kafelər şəbəkəsi həmtəsisçisi 

 

 

     Bu kurs sadəcə bir kurs deyil, peşəkar idarəçilik məktəbidir.

     Düşünürəm ki,şirkət rəhbərləri üçün ideal bir kursdur.Kursda idarəçilikdə önəmsəmədiyimiz kiçik tərəflərin belə əslində çox vacib və şirkətin inkişaf mexanizminin işləməməsinə səbəb ola biləcəyi,şirkətlərdə yaranmış daxili intizamsızlıqların həllində diqqət ediləcək məqamları öyrəndim. Bu kursdan sonra öyrəndim ki, idarəçilik həqiqətən də bir elmdir və bu elm üzərində daima inkişaf etmək, biliklərə yiyələnmək mütləqdir. Kursdan sonra bu nəticəyə gəldim ki, artıq yeni bir biznes idarəçilik sistemi formalaşır və biz biznesdə yeni dövrə giririk. Yeni biznes dövründə idarəçilik elmindən bəhrələnmək  şirkət rəhbərləri üçün çox səmərəli olar. Bu kursa gəlib yeni dostlar qazandım. Və ən əsası bir insanın nahar belə etməndən 9 saat yorulmaq bilmədən çıxışının mümkünlüyünün şahidi  oldum. 

     Nahid Məmmədov

     “MR Group” sahibi və direktoru

 

Kurs haqqında məlumat almaq üçün bu linkə keçid alın : Sahibkar və Rəhbərlər üçün İDARƏÇİLİK KURSU 

21 24 25 32239656_10155857658453649_3456206345399697408_n b1 b4 b13 b14 b21 b44 b66 bb bloq

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *