Quotefancy-420019-3840x2160
Məqalələrim

“TOP MANAGER olmaq istəyirsiniz?” kursu 2.ci qrup üçün keçirildi

     “TOP MANAGER OLMAQ İSTƏYİRSİNİZ?” biznes kursu  3-4 fevral tarixlərində 2.ci qrup üçün də keçirildi.

     Məkan olaraq yenə də Dəmirçi Plazanı seçdik – həm rahatlıq, həm xidmət keyfiyyəti həm də binada “Gate 25” kimi yaxşı və gözəl mənzərəli restoranın olmasına görə.

27331589_10155602016723649_2492190575252383797_n

     Müsahibə nəticəsində seçilən 9 nəfərlə bərabər olduqca aktiv, dinamik 18 saat keçirdik – idarəçilik məktəbləri,  sıxıntıları və onların həlli yolları, idarəçilərin xüsusiyyətləri və ilkin vəzifə borcları haqqında danışdıq, biznes keysləri bir yerdə həll etdik.

     Kursda iştirakçılara verilən əsas mesajlardan biri də budur : rəhbər, həm özü davamlı inkişaf etməlidir, həm də onun əsas işlərindən biri rəhbərlik etdiyi insanların yetişməsi və inkişafı üçün şəraitin yaranmasıdır.

     Kursun bir digər əsas mesajı, Peter Druckerin sözləridir : “you can not manage what you do not measure” – ölçə bilmədiyiniz heç nəyi idarə edə bilməzsiniz. Biznes ancaq rəqəmlərdir, və bütün fəaliyyətləri və məqsədləri idarə etmək vacibdir, bunun üçün də onları rəqəmlərə çevirə bilmək və rəqəmlərlə ifadə edə bilmək olduqca vacibdir.

 

     2.ci qrup kurs iştirakçılarının kurs haqqında RƏYLƏRİNİ və DÜŞÜNCƏLƏRİNİ istədik və sizlərlə paylaşırıq :

     “Hem teskilatciliq, hem movzu zenginliyi, hem de effektivliyi baximindan Azerbaycanda movcud standartlarin cox uzerinde hazirlanmish bir kursda istirak etdim.

     Deyerdimki, istirak etmish oldugum bir sira beynelxalq telimlerin da uzerinde bir telim ve telimci ile rastlashdim. 

     Karyerasinda “orta seviyye idare edici ” statusa catmish ve ireliye dogru novbeti addimlarini atma erefesinde olan genclere shiddetle tovsiyye edirem!”

     Aliaga Pirguliyev

     “SOCAR Cape”,  Satinalma ve Logistika Koordinatoru

 

     “Ilk once oz tecrubelerinizden, oyrendiklerinizden  deyerli melumatlari bizimle paylasdiginiz ucun tesekkur edirem.Indi ise bu kursdan neler goturduyumu sizinle paylasmaq isteyirem.Kursdan oyrendiklerim:

     Yaxsi 1 idareci olmagin sertlerini, nelerden basliyacagimi, oz uzerimde hansi yonden islemek lazim oldugumu oyrendim.

     1) Isegoturme zamani iscilerde nelere fikir vermeliyik (inkisafameylli, ozunu ifade edebilen ve s.)

     2) Nitqimin ustunde islemeli, eeeleri yigisdirmali, ses tonuma, vurguya fikir vermenin vacibliyini

     3)Isde informatorlarin movcudlugunun hec de pis olmadigini:)

     4)Gizli teftis musterini isde tedbiq etmek

     5) Time management..Zamanlama..Her gun neler edeceyimin planini qurub ve bunlari yerine yetirmek (Mutleq bu siyahiya xarici dilden her gun 10, 15 soz oyrenmek, idmana vaxt ayirmaq,kitab oxumaq ve s. Daxil etmek)

     6) Networking nedir..

     Sabah ilk isim oturub Bakidaki butun bize reqib spa merkezlerin siyahisini cixarmaq ve onlar haqda melumatlari toplamaq olacaq.

     Yekun olaraq bunu anladimki insan isterse herseye vaxt ayirar. Ozunuinkisaf ele menim ozumun elindedir.Yeni buna zaman ayirmali ve sermaye qoymaliyam:)Ve qabagima meqsed qoyub ona dogru getmeliyem..Hersey ucun cox cox tesekkurler Fexri bey.Uzun yazib sizi yormuram.Ama heqiqeten elde etdiyim bilikler deyerlidir menim ucun. Bir daha coxsagolun.”

     İlahə Məmmədova

     “Beyaz Lotus”  Xanınlar üçün Sağlamlıq Mərkəzi Rəhbəri

 

     “Təlim fərqli idi. Belə ki, həm real nümunələr üzərində qurulması, həm də aktiv müzakirələrin olması təlimin canlı şəkildə keçməsinə səbəb oldu. İştirakçıları öz potensiallarını üzə çıxarmağa kömək edən motivasiyalı mövzular keçirildi. Şəxsən brendin yaradılması mənim üçün daha maraqlı mövzu oldu. Nəticə olaraq, qeyd edim ki, 2 günlük təlim şəxsi inkişaf istiqamətində ədəbiyyat siyahısından, təcrübi nümunələrin göstərilməsi, konkret caselərin müzakirəsi, bu istiqamətdə biliklərdən tutmuş praktiki olaraq tətbiq metodlarını verdi.

     Bütün bunlara görə, Fəxri bəy, Sizə minnətdaram!”

     Şahin Kərimov

     “Expressbank” Proqram Təminatı şöbəsinin müdiri, Oracle SQL üzrə təlimçi

 

     “Her seyden once demek isterdim ki,2 gunluk kurs ugurlu olmaq isteyen insanlar ucun yol xeritesini yaradan coxlu melumatlar toplusudur.Hemcinin network yaradilmasinda ugurlu bir addim oldu.Mene bele bir serait yaratdiginiz ucun size tesekkur edirem.Ugurlarinizin bol olmasini arzu edirem.”

     Rashad Gambarov

     “Embawood”, Azərbaycan üzrə  Satış Direktoru

 

     “Bu 2 günlük intensiv olaraq “Top Menecer” kursunda iştirak etmək mənə vacib və faydalı biliklər əldə olunmasında, yeni tərz, yeni tanışlıqlar və bəzi ümumi məlumatları yenidən üzərilərindən keçərək daha möhkəmlənməsinə yardımçı olmuşdur. Fəxri Ağayevin səlis nitqi və zəngin iş təcrübəsi nəticəsində təlim zamanının neçə keçdiyinin fərqinə varmadan dinlədikcə dinləyirsən.

     Bilgisi olmayan insanı qorxutmaq və idarə etmək asandır. Əgər Siz savadlı və təcrübəlisinizsə mütləq şəkildə şəxsi brendinizi formalaşdırmalı, təqdim etmə bacarığını yüksəltməlisiniz. Enerjinizi, biliyinizi, zamanınızı, əlinizdə olan vəsaitləri düzgün paylaşdırmaq və səmərəli istifadə etmək lazımdır. Bu halda Sizlərin uğura şansınız daha çoxalar. Təlimçinin dediyi kimi: “Bu cəmiyyətdə mürəkkəb yaşamaq asandır, çətini sadə həyat tərzi yaşamaqdır.”

     “Ramin İSMAYILOV”, QIDA PAKETLƏMƏ FABRİKİ, AZƏRSUN HOLDİNQ

     Muhasibə Sorumlusu

 

     “İlk öncə çəkdiyiniz zəhmətə görə dərin təşəkkürümü bildirirəm.

     Kurs barəsində qısa bir neçə cümlə ilə fikirlərimi belə ifadə edərdim.

     Şəxsi inkşaf yolunun çox sadə və hər kəsin özündən asılı olduğunu anladım.

     Everesti fəth edəcək qədər özgüvənim və enerjim var kursdan sonra :)

     Nurəddin Əhmədov

     “AFB Bank”, Müxbir Əlaqələr Şöbəsi Rəhbəri

 

     Biznes kurs haqqında ilkin məlumatları əldə etmək üçün bu linkə keçid alın : RƏHBƏR OLMAQ İSTƏYİRSİNİZ?

     Birinci qrup üçün kurs, 27-28 yanvar tarixlərində keçirilmişdir. İştirakçıların rəylərini bu yazıda olxumaq olar : Birinci qrup üçün biznes kurs

     Müsahibə keçirmə səbəbləri haqqında bu yazıda oxumaq olar : Niyə müsahibə?

        

IMG_5056 IMG_5090

IMG_5017

IMG_5010

IMG_5049

IMG_5046

IMG_5024

IMG_5010Biznes kurs haqqında məlumat almaq üçün linki klikləyin: kurs haqqında məlumat

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

3 comments

  1. Heqiqeten Fexri Müellim her kesin nelere qadir olduğunu gösterir ve düzgün istiqamet seçmeye kömek edir. Kitablarınızı da heyatında irelleyiş etmek isdiyen her kese tövsiye edirem.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *