Untitled12
Məqalələrim

TOP MANAGER olmaq istəyirsiniz? Bu biznes kurs Sizin üçündür

     Uzun zamandır üzərində işlədiyim layihəni – tamamilə yeni BİZNES KURSUMU yekunlaşdırdım və 2018.ci il yanvar ayından etibarən artıq təklif etməyə başlayacam.

     Açıqlama

     Azərbaycanda biznesin müxtəlif sahələrində artıq formalaşmış böyük bir kütlə var, ORTA İDARƏÇİLƏR.

     Orta idarəçi dediyimiz insanların vəziyyəti budur :

  • Yaş 30-40 arası;
  • Müəyyən vəzifələrə gələrək karyera qurublar;
  • Ailə həyatı qurulub və övladları var;
  • Qarşılarında 2 vacib məqam var :
    • Top manager yaşı və zamanı gəlib, olmaq istəyirlər, amma nəyi necə edəcəklərini və hansı istiqamətdə gedəcəklərini bilmirlər;
    • Arxadan ciddi təzyiq hiss edirlər – xaricdə təhsil almış, daha gənc, daha müasir biliklərə malik, daha enerjili və dinamik, ailə və uşaqlar kimi öhdəlikləri olmayan və buna görə də daha çox və daha az maaşla işləməyə hazır insanlar var.

     2 günlük BİZNES KURS proqramımın mahiyyəti də budur : orta idarəçilikdən üst idarəçiliyə gedən yol.

     Bu kurs kimlər üçündür ?

  • Orta idarəçilər;
  • Yeni təyin edilən üst idarəçilər;
  • İnkişaf etmək və karyerasında üst idarəçi olmaq istəyənlər.
  • Kiçik və orta şirkət sahibləri;

     Kursda iştirak etmək üçün şərtlər :

  • Minimum 5 il iş təcrübəsi;
  • Minimum 28 yaş;
  • Şəxsən ödəniş etmə (şirkət tərəfindən ödəniş edilən insanlar qəbul edilmir. Səbəb – insan özü inkişafına yatırım etməyə maraqlı və hazır olmalıdır).

     Biznes kursun ÜSTÜNLÜKLƏRİ :

  • Real biznes keyslər. 2 gün ərzində, 09.00-19.00 saatları arasında intensiv şəkildə keçən dərslərdə iş həyatımda qarşılaşdığım REAL biznes keyslər müzakirə ediləcək və bərabər həll ediləcək;
  • Materiallar. Kursda verilən HƏR NƏZƏRİ məlumat üçün beynəlxalq və Azərbaycanda olan şəxsi praktikam və təcrübəmdən dəstəkləyici nümunələr veriləcək;
  • Biznes kursda ANCAQ şəxsən mənimlə olan müsahibədən sonra iştirak etmək mümkündür. Şəxsi inkişafını və gələcəyini düşünən insanlarla bir arada olmaq və şirkət sahibləri, üst və orta idarəçilərlə tanış olma şansı olacaq;
  • Kurs sonrası. Biznes kursdan sonra iştirakçılarla fərqli formalarda aktiv ünsiyyət qurulacaq – səhər yeməkləri, bərabər idman etmələr, vs.

     Kursda iştirak haqqında

  • İştirak etmək üçün mənə müraciət etmək lazımdır.
  • İştirak edəcək insanlar müsahibə ilə seçiləcək. Müsahibənin ana məqsədi insanı yaxından tanımaq, inkişada açıq olmasını müəyyən etmək, kursa başlamadan öncə tapşırıqların verilməsi.
  • Bu kurs, ayda ancaq bir qrup üçün keçiriləcək.
  • Biznes kurs ödənişlidir.
  • Biznes kurs 2 günlükdür. 09.00-19.00 saatları arasında keçiriləcək.

     Kursda iştirak etmək üçün mənə sosial şəbəkələrdən və ya fahriagayev@yandex.ru mail ünvanıma müraciət göndərmək lazımdır.

     Birinci qrup üçün keçirilən kurs və iştirakçı RƏYLƏRİNİ bu bloq yazımda oxumaq olar : Biznes Kurs Birinci Qrup 

     İkinci qrup üçün keçirilən kurs və iştirakçı RƏYLƏRİNİ bu bloq yazımda oxumaq olar : Biznes kurs İkinci Qrup 

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

3 comments

  1. Salam.Mənə çox maraqlı gəldi.Kurs üçün sadaladığın insanlar həqiqəyən bu günki günün reallığıdır.İştirak etmək istərdim.Zəhmət olmasa kursun qiymətini yazardız.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *