CEO-Image (1)
A TƏLİM və KURSLAR

“TOP MANAGER olmaq istəyirsiniz?” Biznes Kurs keçirildi

     Son 7 ildə biznesimizdə bir məqam diqqətimi çəkirdi : Azərbaycanda idarəçilərin və biznesin ən böyük sıxıntılarından biri, şirkətdə orta rəhbər vəzifələrdə işləyən insanların mnövbəti mərhələ, üst idarəçi olmaq üçün sanki “nəfəsləri” çatmırdı. Sahəvil bililklər var, təcrübə var, bilik var, amma sanki insanların qarşısında şüşədən bir tavan var : keçmək üçün maneə görünmür, amma yaxınlaşanda da, insan yüksələ bilmir.

     Bununla bərabər digər həqiqət də budur ki, ölkəmizdə fəaliyyət göstərən kiçik və orta sahibkarlarımız müxtəlif obyektiv bə subyektiv səbəblərə görə özləri şirkətlərin idarəçiliyini icra edirlər. İlk dövrlərdə enerji, şirkətə bağlılıq, böyük zəhmət idarə etmək üçün kifayət etdiyi halda, şirkət böyüdüyü zaman artıq peşəkar biliklər lazım olur və sahibkarlarımız anlayırlar ki, ancaq enerji və istəklə işlər davam edə bilməz və şirkət idarə edə bilməz.

     Daim iş dünyasının içində aktiv olan bir insan kimi mən bu sıxıntılari müşaiyət edirdim və bunu həll etmək üçün çıxış yolunu tapdım.

     Bu mövzularda 2 günlük biznes kurs hazırladım.

      Kurs haqqında məlumat almaq üçün bu linkə keçid alın : Biznes kurs haqqında məlumat

     Biznes kursun ana mahiyyəti nədir?

  • İştiraçılara 2 gün ərzində 3 ana blok məlumatlar verilir;
  • Verilən HƏR məlumatın arxasında real və praktiki təcrübələrimdən misallar verilir;
  • Orta və üst idarəçi və sahibkarların qarşılaşacağı REAL keyslər biz yerdə həll edilir;
  • İştirakçıların şirkətlərinin problemləri bir yerdə müzakirə edilir və həlli yolları düşünülür.

     Kursda iştirak etmək istəyənlər üçün bəzi şərtlər var :

  • yaş – minimum 28;
  • iş təcrübəsi – minimum 5 il.
  • Mənimlə şəxsən müsahibədən keçmək;
  • Müsahibəni keçə bilməyən insanlar kursda iştirak edə bilmirlər.

 

     Məkan olaraq Dəmirçi Plazada 15.ci mərtəbədə Premium iclas otağını seçdim.

     Bu binanı seçməyimin bir neçə səbəbi var :

  • Xidmət keyfiyyəti ən yüksək səviyyədədir;
  • İclas otağı olduqca rahat və komfortludur;
  • Binanın 25.ci mərtəbəsində “Gate 25” adlı restoran var : artıq yemək üçün başqa yerə getməyə ehtiyac olmur.

26993531_10155582937248649_7103079347717530193_n

     İlk qrup üçün kursumuz 27-28 yanvar tarixlərində keçirildi.

     Təsəvvür edin – 2 günlük biznes kurs keçirirsiniz. Bir-bir seçilən insanlar üçün.

         Və kimlər üçün?

         10 nəfər insan :

          4 nəfər böyük şirkət Baş Direktorları

          1 nəfər Qlobal şirkət Rəhbəri

          5 nəfər sahibkar

          Və bu insanlar indiyə qədər Avropa ölkələrini gəzmiş, mübarizələr aparmış, ciddi nailiyyətlər etmiş, Azərbaycanda və xaricdə yüzlərlə təlimlərdə olmuş, sözünü sərbəst ifadə edə bilən 10 nəfər uğurlu insan.  Və bu ailəli, iş-güc sahibi, hər dəqiqəsi dəyərli olan insanlar 2 həftə sonu gününü kursda keçirməyə qərar verirlər.

27066862_10155586716878649_4728125488839468439_n

     2 gün ərzində hər gün 09.00-18.00 arası, ancaq nahara ayrılaraq və cəmi 2 dəfə kofe fasiləsi verərək durmadan kurs keçdik.

     Keçən 2 günü bir cümlə ilə belə ifadə etmək olar :  aktiv, dinamik, hər dəqiqəsini haqqını verən, enerji dolu.

     Bir düşünün…. Bir məkanda eyni dəyərləri, düşüncə və fikirləri paylaşan insanlarla 2 gün zaman keçirirsiniz.  Ölkəmizdə inkişafa meyilli, inkişafına zaman və enerjisini yatırmağa hazır idarəçilərin və sahibkarlarım olması sevindirir və gələcəyimiz üçün ümid verir.

     İŞTİRAKÇILARIN RƏYLƏRİ

     Kursdan sonra iştirakçıların mənə təəssüratlarını yazmalarını xahiş etdim və onların fikir və düşüncələrini aşağıda onları oxumaq olar.

 

     “Kurs həqiqətəndə öz ümidlərimi artıqlamısı ilə doğrultdu. Təlim otağına girdiyim andan çıxdığım ana qədər bir dəqiqəmində boş keçmədiyi, çox faydalı və praktiki məlumatlar və alətlər əldə etdiyim bir kurs oldu.

     Təlimin ən effektiv məqamlarından biri o idi ki   nəzəriyyələr real keyslərlə öz praktiki  izahını tapırdı. Bununla yanaşı iştirakçıların şəxsi peşəkar təcrübələrinin paylalşılması təlimə əlavə güc və interaktivlik qatırdı. 

     Bu sıradan bir təlim deyil idi . Təlimçi gəldi, danışdı, iştirakçılar qaz verdi və getdi.  Bizim təlimin icraat  hissəsi bundan sonra başlayır,  aylıq toplantılar, görüşlər yeni tətbiqlərin nəticələrinin paylaşılması və dəyərləndirilməsi . Və mütəmadi bu kimi görüşlərin keçirilməsi, bilik və bacarıqlarımızın daim gündəmdə saxlanılması. 

     Təlim sonrası ən böykü xəzinə isə budan sonra başlayaır, networking. Quracağınız  peşəkar idarəçilər cəmiyyətinin ilk addımları bu təlim otağında artıq atıldı və ümid edirəm ki Azərbaycana  eləcədə dünyaya səs sala biləcək cəmiyyətlərdən birinə çevriləcək.” 

     Emil Samadov

     SET Group Şirkət Təsisçisi və Rəhbəri (Tibbi avadanlıqlar)

     “Öncə deyim ki, bu təlim haqqında fikirlərim çox yüksəkdi. Əminəm, iki gün ərzində idarəçiliklə bağlı öyrəndiklərim, konkret misallar və müzakirələr mənə iş həyatımda da qarşıma çıxan problemləri həll etməyə kömək edəcəkdir.
     Təlim günlərində idarəçilik: xarici ölkələr və bizdəki fərqlər, idarəçilik haqqında qədim Misir, Yunan və Roma dövründə alimlər və idarəçilərin fikirləri, daxili inkişaf sistemi, biznesin əsasları haqqında deyilənlər mənim üçün çox maraqlı oldu.
     İdarəçinin üzərində daimi işləməli olduğu məsələlər, işçilərə verilən tələblər və onlarla münasibətin qurulması, iclasların aparılması, insanları tanımaq, biznesin intensiv ve ekstensiv böyüməsi, idarəçilk pramidası, kommunikasiyanın əhəmiyyətliliyi, şirkətlərdə yaranan problemlər və onların həll yolları şəxsən mənim üçün çox əhəmiyyətli bilgilər oldu.
     İdarəçinin natiqlik bacarığı və çıxışlara öncədən hazırlaşması, hazırlaşarkən nələrə diqqət edilməsi, çıxışlarda 3:3 məsələsi, ən əsası şəxsi brendin qurulması haqqında dəyərli məlumatlar əldə etdim.
     Case tapşırıqlarla real situasiyalarda problemin həllinə yönəlik müzakirələrimizdə maraqlı oldu.
Biznes kursu təşkil edən və təlimi aparan Fəxri Ağayevə təşəkkür edirəm.”

     Mircavid Əhməd
“Parlaq Zəka” Tədris Mərkəzinin Direktoru

 

     “Əvvəla bu kursu fikirləşib ərsəyə gətirdiyiniz üçün təşəkkür edirəm. Ən çox ehtiyac duyduğum anda bu təklif ortaya çıxdı və çox məmnunam ki, ilk iştirakçılarından biri oldum. Kursda heç vaxt eşitmədiyim, haqqında ümumiyyətlə heç bir məlumatım olmayan bir xeyli məsələ ilə tanış oldum.  Bilmədiyimi bilmədiyim bu məsələlər haqqında artıq təsəvvürüm və bunlarla necə mübarizə aparacağım barəsində fikirlərim var. Düşünürəm ki, hər şey ən üst səviyyədə təşkil edilmişdi. Kursun son saatlarında yəqin ki, yorulub-əldən düşəcəyimi gözlədiyim halda təm tərsi oldu zamanın necə keçməsindən heç xəbərim belə olmadı. İndi özümə daha çox güvənirəm çünki indi qarşımda duran işləri, problemləri daha aydın görürəm.

     Hər şey üçün təşəkkür edirəm. “

     Araz Ayyubov

     “MediaInvest” şirkəti Direktoru

 

     “İki gün dəyərli vaxtınızı bizə ayırdığınız üçün Sizə, təşəkkürümü bildirirəm.

     Təlim zamanı olunan müzakirələr və bizimlə bölüşdüyünüz 15 illik təcrübənizdən, bundan sonraki iş həyatımda çox faydalanacağımı düşünürəm. Bununla kifayətlənmirəm. Ümid edirəm ki, belə görüşlərimiz davamli olacaq. 

     Ən əsası Sizin iradəniz və vaxt bölgünüz mənə böyük örnək olacaq.”

     Səidə Qasımova

     “AzPrint” şirkəti Təsisçisi və Direktoru

 

     “2 günlük Biznes Kursun faydalı keçdiyini, bütün iştirakçılar üçün maraqlı olduğunu hesab edirem. Kurs erzinde hem nezeri melumatlar aldıq, hem Fexri beyin böyük tecrübesinden praktik nümuneleri öyrendik, hem de iştirakçıların yaşadığı real keysleri bir birimizle paylaşdıq. Ortaya çıxan suallar müxtelif rakurslardan tecrübelere esaslanaraq cavablandırıldı. Burda elde etdyimiz bilik ve melumatların gelecek professional ve şexsi inkişafda yararlı olacağını düşünürem.” 

     Anar Məmmədov

     “Nestle Azərbaycan” Direktoru

 

     “Elon Maskın ən xoşuma gələn bir sözü var. “Nəyi bilmədiyiniz haqqında heç bir təsəvvürünüz belə yoxdur.” 

     Bəli, biz bəzən elə bilirik ki, biz hər şeyi bilirik, onsuz da bildiyimiz şeyləri bizə deyəcəklər.

     Amma elə deyil. Bu kursdan sonra bir daha əmin oldum ki, insan dayanmadan öyrənməli, yeni biliklərin əldə edilməsinə sərmayə qoymaqdan qətiyyən çəkinməməlidir.

     Fəxri bəy,

     Belə bir mövzunu real təcrübələrindən tədris etmək isə əsl peşəkarlıqdır. Sizin bu təqdirəlayiq ideyanıza görə nə qədər minnətdarlığımı bildirsəm azdır.”

     Anar Adilzadə

     “YOM Logistics”,  Anbar əməliyyatları üzrə menecer.

     

     “Kurs çox maraqlı keçdi. Mənim üçün ən önəmli olan kursun nəzəriyyə deyil, real keyslərlə olması idi ki, bu da baş tutdu. Bu 2 gün ərzində aldığımız məlumatlar olduqca dəyərlidir. Bu tip məlumatları anoloji kurslarda indiyədək almamışam. Ən maraqlısı isə budur ki, bu gün öyrəndiklərimizi günü sabahdan tətbiq etməyə başlaycağıq. 

     Mənim üçün ikinci dəyərli məqam isə yeni dostlar oldu. Nəinki dostlar, həm də potensial müştərilər ???

     Üçüncü maraqlı və ən dəyərli məqam isə bu kursun bununla bitməməsidir. Gələcəkdə davamlı olması, yeni idarəçilər cəmiyyətinin yaradılması çox əla fikirdir

     Təşəkkürlər Fəxri bəy”

     Tehran Əliyev,

     “Vitam” şirkəti Direktoru

 

      “İlk öncə sizə təşəkkürümü bildirirəm bizim üçün belə faydalı təlim keçdiyiniz üçün. Təlimə gəlməmişdən öncə beynimdə bir çox cavabsız və cavabında əmin olmadığım suallar var idi. Bu 2 günlük təlimdən sonra artiq o suallarima dəqiq cavab tapmisham.Mən bu təlimdən mənim üçün vacib olan nitq,bədən dili,təqdimatın düzgün edilməsi,networking,şəxsi brendin qurulması və idarəçilik haqda dəyərli məlumatlar aldim. Real case-lar da çox maraqlı və faydali idi. Bir neçə müddətdən sonra bu təlimin 2ci hissəsi olsa məmnuniyyətlə qatılaram.J Uğurlar hər bir ışinizdə!”

     Aynur Rustamova

     “London School Of Azerbaijan”, Həmtəsisçi

     Biznes kurs haqqında ilkin məlumatları əldə etmək üçün bu linkə keçid alın : RƏHBƏR OLMAQ İSTƏYİRSİNİZ?

     Müsahibə keçirmə səbəbləri haqqında bu yazıda oxumaq olar : Niyə müsahibə?

     İkinci qrup üçün kurs, 3-4 fevral yanvar tarixlərində keçirilmişdir. İştirakçıların rəylərini bu yazıda olxumaq olar : İkinci qrup üçün biznes kurs

1

2

3

4

5

6

7

8

9

91

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *