ceo
Məqalələrim

SAHİBKARLAR, İDARƏÇİLİK və BİZNESİN İNKİŞAFI

     Azərbaycanda biznesin inkişafı, müasir idarəçilik sistemlərinin tətbiq edilməsi, ölkə məhsulları və xidmətlərinin daxili müştəriləri məmnun edəcək şəkildə isthesla və təqdim edilməsi üçün daim müxtəlif yollar və sistem üzərində düşünürəm, çünki anlayıram ki, biznesin inkişafı ANCAQ sahibkarın düşüncə tərzinə bağlıdır. Qərbin ən güclü universitetindən belə gətirilən bir peşəkarın edə biləcəkləri əksər hallarda şirkət rəhbərinin bilikləri ilə məhduddur.

     Bunu sadə bir misal ilə belə başa salmaü olar :təsəvvür edin ki, yerli böyük şirkət xaricdə təhsil almış bir Azərbaycanlı mütəxəssisi işə cəlb edir. İclasda şirkət sahibi ilə şirkətin satışlarının zəiflədiini bildirir və bu mövzuda peşəkarın fikrini soruşur. Mütəxəssis bildirir ki, indiyə qədər şirkət güclü televiziya reklamları ilə çox sayda müştərilər cəlb etsə və onlara məhsulları satsa da, bir müddət sonra müştərilərin narazı qaldıqlarını nəzərə almayıb və bu istiqamətdə hərhansısa iş aparılmayıb; ən güclü reklamın isə ağızdan ağıza olan reklam olduğuna görə, bazarda şirkətin imici haqda mənfi rəy yaranıb. Bunları nəzərə alaraq peşəkar bir fəaliyyət planı təklif edir

  • İlk növcədə uzun müddətli düşünmək;
  • Şirkətin imici üzərində iş aparmaq – amma müştərilərlə əlaqələr baxımından;
  • Son 1 ildə BÜTÜN narazı müştərilərinm siyahısını çıxarmaq;
  • Hər biri ilə bir-bir əlaqə qurmaq və mənfi halları aradan qaldırmaq;
  • Reklamı tamamilə durdurmaq, çünki bu, nəinki investisiya deyil – bu mövcud vəziyyətdə sadəcə lazımsız xərcdir;
  • Şirkətdə müştəri xidmətlərini və satış sonrası xidməti qurmaq və bunun üçün təcrübəli insan cəlb etmək;
  • Şirkətdə satış və satış sonrası şöbələrində işləyən insanların KPİ.larını müştəri məmnunluğuna bağlamaq.

     Və bunlara bənzən uzun müddətli digər addımlar.

     Şirkət sahibi diqqətlə dinləyir,  bütün deyilənlərə müsbət baxdığını bildirir və fəaliyyət planını təsdiq edir. 10 gün sonra satışların artmadığını görən şirkət sahibi iclasda bu mövzuda peşəkarın rəyini soruşur və cavab olaraq eşidir ki, illərlə dağıdılan rəy 10 gündə düzələ bilməz, bunun üçün səbir və zaman lazımdır, müştəri xidmətləri üçün mütəxəssis axtarışları davam edir, vs.

     Ətrafında olan və şirkətdə işləyən “təcrübəli” qohum-əqrəba-yerlilərin də “müəllim, biz həmişə belə işləmişik, bunlar boş şeydir, reklam verək sataq” sözlərini də dinləyərək, şirkət sahibi qərar verir – televiziyaya yenə reklam verilsin. 1 ay sonra isə eyni ətrafında olan insanların təkidi ilə peşəkar işdən uzaqlaşdırılacaq.

     Bu misaldan da görüldüyü kimi, peşəkar təkliflərinin doğruluğu, bilik və təcrübə səviyyəsi çox da həll edici olmur və onun bütün edəcəkləri, sahibkarın vizyonuna və dünya görüşünə bağlıdır.

     Bu və bənzəri hallarda daim qarşılaşdığıma görə bir neçə məqamı anladım :

  • Sahibkarlar da dəyişikliklər üçün yetişməlidirlər, amma sözün tam mənasında. Orta statistik Azərbaycanlə həkimə nə zaman gedir? Bəli, komaya girəndə. Çünki koma vəziyyətində olmasa, yenı də həkimi dinləyəcək, amma eşitməyəcək, və öz bildirkələrini edəcək. İnsanın müalicə olmasının sadəcə iki yolu var – ya insan özü pncədən öz sağlamlığının qayğısına qalacaq, ya da onu ağır vəziyyətdə xəstəxanaya aparacaqlar. Buna görə də çox vacibdir ki, şirkət sahibləri dəyişikliklər, qohumları işdən uzaqlaşdırmağa yetişsinlər – ya da şirkət komaya girsin və ancaq ondan sonra peşəkarın dediklərini eşitsinlər;
  • Şirkət sahiblərimiz özləri maariflənməlidirlər, çünki onların bir çox mövzuda nəinki bilikləri yoxdur – onlar vacib mövzuların dünyada mövcudluğu haqda məlumatlı belə deyillər;
  • Sahibkarlarımız anlamalı və qəbul etməlidirlər ki, sahibkarlıq və idarəçilik tamamilə fərqli peşələr və fəaliyyət sahələridir. Azərbaycanda ucuzlaşdırılmış sözlərdən biri “idarəçi” sözüdür – hərkəs özünü idarəçi olaraq görür və bunu bir vergi kimi dəyərləndirir. Sahibkarlarımız əməliyyatlarını həkimə etibar etdikləri kimi, şirkətlərin idarəçiliyini də idarəçilərə etibar etməyi bacarmalıdırlar. Bir zavod rəhbərinə demişdim ki, Sizə mütləq ciddi marketoloq lazımdır. 2 gün sonra qaşrımda tamamilə məsuliyyətsiz, ömründə bir səhifə belə kitab oxumamış, avtomobil sürməkdən başqa bu dünyada heç bir marağı olmayan kaprizli bir bacı oğlu çıxarılmışdı;
  • Xaricə olan səfərlərində sahibkarlarımız baxdıqları hər şeyin arxasında olan görünməyən vacib məqamları GÖRMƏLİDİRLƏR;
  • Sahibkarlarımız özlərinin marrifləndirilməsi, bilik səviyyəsinin artırılması kimi mövzuları biznesin ayrılmaz və çox vacib parçası kimi görməlidirlər ki, işə cəlb etdikləri mütəxəssislər dediklərini başa düşsünlər.

     Və sonunda illərdir daim dediyim bir məsələni bir daha qeyd etmək istəyirəm – Azərbaycanda biznesin inkişafı, sahibkarlarımızın maariflənməsi olmadan mümkün deyil.

 

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *