farhad ali1
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Fərhad Əlinin RƏYİ

Farhad Ali 22.02 tarixində bu sözlərı yazmışdı Facebook səhifəsində :

Fəxri Ağayev kimdir? 

Fahri Ağayev — həyatımı dəyişən insan. (Bəlkə də bu sözü mənimlə təlimdə olanların çoxu dilinə gətirdi o axşam)

Fəxri Ağayevin təlimləri və özörnəyi özünüinkişaf və uğur yolunda həyatımda bir İLDIRIM çaxması oldu. Bu yolda olarkən isə bizə arasıkəsilməz motivasiya ( bu yolun qaranlığına işıq) gərək idi.

Bu yaxınlarda bizlərə təqdim etdiyi ” Saxla Zamanı Gələr Zamanı” kitabı yolumuza işıq tutacaq motivasıyamız olacaq

Var olun Fəxri bəy!

KİTAB HAQQINDA RƏY

Fəxri bəyin bir neçə təlimlərində iştirak etmişdim.Bu təlimlərin toplusu olan bir kitab üzərində işlədiyini bildirəndə çox sevinmişdim , çünki kitabın hər zaman əlimizin altında olması motivasiyanın hər zaman yanımızda olması deməkdir.

Fəxri bəyin ” Zamanın idarə olunması” təlimində olanlar düşünə bilər ki, ” Mənə bu kitab gərəkli olmayacaq . Təlimdən aldığım bilgi yetərlidir. ”  O adamlara əminliklə deyə bilərəm ki , yanlış düşünürlər.

Kitab  düşündüyümdən də yararlı oldu mənə. 

  1. Təlimlərdən untutduğum çox şeylərin olduğunu gördüm çünkü , İstənilən təlimdə 80 % bilgi unudulur
  2. Təlimlərdə eşitdiyim bir ya iki cümlə kitabda 10 -20 səhifəlik bir bölüm kimi bütün ayrıtılarıyla verilmişdir .

Kitabın hər bölümü haqqında gözəl sözlər yazmaq olar çünkü hər bölümü , hər cümləsi sizə hədsiz dəyərli və yararlı olacaq. Ancaq qısa olaraq  “Saxla zamanı Gələr zamanı” kitabını sizlərə aşağıdakı sözlərlə təqdim edərdim :

“Yaşamınızı köklü şəkildə dəyişərək kariyeranızda irəli getmək və uğurlu olmaq , uğurlu bir həyat qurmaq istəyirsinizssə və bütün bunları bir sağlam bədən və sağlam həyat tərziylə əldə etmək istəyitsinizssə bu kitabı oxuyun.”  “Saxla Zamanı Gələr zamanı ” uğur bələdçiniz olacaq və zamanın necə dəyərli olduğunu öyrədəcək.

Ayrıca olaraq qeyd etmək istərdim ki, ” Özünü daimi tələbə adlandıran və Mən sizlərdən biriyəm” deyən , Fəxri bəy , həm bu kitabda həm özörnəyiylə sübut etdi ki Azərbaycan gerçəkləri içərisində və bizlərdən biri olaraq eyni imkan və şəraitlər altında uğur qazanmaq olumludur, mümkündür.

“Saxla zamanı Gələr zamanı ” kitabı , özəlliklə ,Azərbaycan gəncliyinə bir ərmağandır.

Gənclərə tələbəlik illlərindən həyata necə başlamalı olduqlarının açarlarını ötürən bu kitabı 39 yaşımın içində olarkən oxumağım mənə geridə 21 ilimin səmərəsiz keçdiyini anlatdı. Bu zaman bu kitab bucağından baxanda çox böyük görsənir , sanki mən milyardlarla  pulları heçə sovurmuşam.

18 yaşlı bir Azərbaycan gəncinin bu kitabla həyata başlaması görün indi nə anlama gəlir.

Məyyusluğum olsada bu kitabdan aldığım ilham məni ikiqat sürrətlə getməyimə kömək edəcək və geridəki səmərəsiz illərimi mütləq kompensasiya edəcəm!

Fəxri müəllim , Çox sağolun !

Farhad Ali

Fərhad Əli

CELT Colleges Bakıxanov Direktoru

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *