10583340_782654248531614_1059646753_o
Sual və cavablar bölməsi

Şirkətlər niyə gənclərə etibar etmir?

10.03.2016 tarixində Xarici Dillər Universitetində keçirdiyim seminarda qalibin suaları və cavabım.

SUAL : Şirkətlər niyə gənclərə etibar etmir?

Müəllif :  Mələk Ağayeva, Xarici Dillər Universiteti

Əgər mövzu gənclərin işə alınmamasıdırsa, bu məsələyə təklif edirəm ki, biraz geniş baxaq.

Əslində şirkətlər gənclərə etibar edirlər. Məsələ etibar edilməməsi deyil. Şirkətlər gənclərə etibar edir, amma baxır hansı gənclərə.

Bu gün ölkəmizdə fərqli sahələrdə fəaliyyət göstərən istənilən şirkətlərə baxsaq görərik ki, bu şirkətlərdə işləyən personalın bir hissəsi, bəzilərində isə böyük hissəsi məhz elə gənclərdir. Marketinq, HR, biznesin inkişafı, PR, reklam, daxili audit, maliyyə və muhasibatlıq kimi şirkətlər üçün çox vacib olan sahələrdə gənclər şirkətlərin fəaliyyətlərinə həm istiqamət verirlər, həm də icraçılıq edirlər.

Gəlin bu məsələyə şirkət tərəfindən baxaq.

Şərtlər belədir :

Siz şirkətdə HR bölümündə işləyirsiniz. 

Vakansiya var : marketinq şöbəsinə mütəxəssis. 

Tələblər : ali təhsil, inkişafa və öyrənməyə meyilli, gələcəkdə bu sahədə özünü peşəkar olaraq görən bir gənc. Nə yaş, nə xarici dil, nə təcrübə məhdudiyyəti qoyulmayıb. 

Maaş təcrübəsiz insan üçün normaldır.

Şirkətin bu gənc üçün təmin edəcəyi ən böyük üstünlük mütəxəssis yanında yetişmə imkanını verməsidir.

Elana 30 nəfər  müraciət edir.

Bu insanlara zəng edən və müsahibə üçün görüşə dəvət edən HR belə bir mənzərə ilə qarşılaşır.

  • 30 nəfərdən 5 nəfər zəngə cavab vermir və ya telefon bağlıdır.
  • Geri qalan 25 nəfərdən 10 iş axtaran görüşə heç gəlmir.
  • Geri qalan 15 nəfərdən 7 nəfəri ümumiyyətlə “bir iş” axtarırlar və heç verilən elanı və tələbləri də oxumayıblar.
  • Geri qalan 8 nəfərdən 5 nəfəri marketinqdə özlərini görmürlər və tələbəlik illərində bu sahədə işləyəcəklərini heç düşünməyiblər də. Bu müsahibədə də danışdıqları, fikir və gələcək planları bunu açıq şəkildə göstərir.

Geri qaldı 3 nəfər. Bu üç nəfərlə də öncə HR, daha sonra marketinq rəhbəri müsahibələr nəticəsində 1 nəfər seçirlər.

Bir digər məqamı da nəzərə almaq lazımdır.

Biznesin gücü effektivliyindədir. Hər şirkətin effektivliyi, o şirkətdə işləyən insanların effektivliyinə birbaşa bağlıdır.

Bu o deməkdir ki, şirkətdə eyni həcimdə işi 100 nəfər də edə bilər, 30 nəfər də. Niyə şirkət 70 nəfər əlavə insanı işə alsın, xərclərini və maliyətini artırsın və rəqabət gücünü zəyflətsin?

Buna görə də şirkətin bir vakansiyası üçün müraciə edən 50 nəfərdən birini seçir, amma ən güclüsünü, ən çox iş görə bilən, ən çox inkişafa meyilli olanı, ən zəhmətkeşini. 

Ümumi fikrim belədir : şirkətlər gənclərə etibar edirlər. Amma… Özünü inkişaf etdirən, “ali təhsilim və diplomum var” deyən və imtahandan imtahana oxuyan deyil, həqiqətən oxuyub biliklər alan və bu biliklərlə yetinməyərək özünü inkişaf etdirən gənclərə.

 

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *