15726615_1408073175869533_7497366282850973721_n
Fexri YOL

Kitab haqqında Fərhad Əlinin RƏYİ

     Həvəskar aktiv həyat yolçuluğumda Facebookun günümüzdə yaratdığı imkanlar içində təsadüfən tanış oldum Fəxri müəllimlə. Köhnə dostları görüşə çağırdığım paylaşımına yazdığı yorumdan yeni tanışlığımız başladı. 29 May, 2013 cü il.
     Müəllim, İdarəçi , təlimçi olduğunu öyrəndim və bununla yanaşı sağlam yaşam haqqında bloqunun olduğunu da vurğuladı. Çox sevindim bu tanışlığa . Xahiş etdim ki ” Zamanın yönləndirilməsi ( idarə olunması) ” təlimi mənə maraqlıdır və açıq təlim olarsa məni də yaddan çıxartmasın ( o zaman Fəxri müəllim açıq təlimlər vermirdi) 
5 mart , 2014 cü il bu ismarıcla
” Salam Fərhad bəy. Necəsiniz?

     8 may-da oteldə mənim seminarım olacaq. “Zamanın İdarə edilməsi” mövzusunda. Daha sonra isə eyni oteldə bütün iştirakçılarla bərabər şam yeməyi olacaq. Maraqlı insanlar olacaq. İştirak etmək istərdinizmi? ”
məni sevindirmişdi.
3 il əvvəl bu seminar yaşamımın dönüş nöqtəsi oldu.

     Fəxri müəllimin birinci kitabı “Saxla zamanı gələr zamanı “ haqqında onu demək olar ki milli dildə və ruhda yazılan ilk motivasiya və zamanın yönləndirilməsi , dolayısıyla yaşamın yönləndirilməsi haqqında yazılan birinci güclü kitab oldu. Bu da öz sırasında Azərbaycan gələcəyinə gərəkli bir ərmağan oldu. (Bu kitab haqqında Fərhad bəyin RƏYİNİ bu linkdən oxumaq olar)

     İkinci kitab ” Fəxri yol” kitabının özəyində sağlam yaşam durur.

     Birinci kitabın davamı olaraq Fəxri müəllim vurğulayır ki uğurlarımıza çatmaq , başqa sözlə uğura gələn yolda məqsədyönlü olmaq və zamandan səmərəli yararlanmaq üçün mütləq şəkildə sağlam bir bədəndə olmalıyıq. Müəllif öz dəyişimini bütün aşamalarıyla , anbaan və bütün ayrıntılarıyla göstərmişdir. Bu kitabda təcrübədən keçirilmiş və real nəticəsi olmuş bir yolu yazmışdır, Fəxri müəllim.

     Ən sevdiyim bölümlər ” Mənim marafonum” və ” Məsləhətlərim ” bölümlərri oldu. Bu bölümlərin bitirəndən sonra qaçış idmanında gözlənilməz nəticələr aldım. Bir il yarım idiki 5 km dən artıq qaça bilmirdim ağır çəkili olduğum üçün. Və ilk 1/4 marafonu ( 11km) qaçdım. Yeməklə bağlı məsləhətlərlə birlikdə qaçışı davam etdim . 3 həftə sonra 18km qaça bildim və çəkim 115 kq dan 109 kq a düşdü.

     Bu kitabdan sonra dəyişiməmək mümkünsüzdür. Həyatınızın dönüş nöqəsini tapacaqsınız.

     Var olun Fəxri müəllim!

Fərhad Əli

CELT Colleges Bakıxanov Direktoru

15726615_1408073175869533_7497366282850973721_n

Kitabı əldə etmək üçün bu nömrə lə əlaqə saxlayın : 070.280.96.91

 

 


 

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *