человек_кости_ситуация_домино
Düşüncələrim Məqalələrim

BİZnesimiz BİZik

Biznes, ölkədə insanların həyat tərzi, dəyərləri və baxış açılarının birbaşa göstəricisi və nəticəsidir.

Orta statistik Azərbaycanlı səhhətində sıxıntı olanda “qonşunun xalası qızının qarnı ağrıyanda bu dərmanı içdi”,  “boş şeydi hamısı”, “müalicə yoxdur – pul tələsidir”, “mən özüm bilirəm nə etmək lazımdır”  prinsipi ilə müalicə olunur.

Eyni insan həkimin yanına nə zaman gedir? Komaya girəndə aparırlar ki, həkim onu müalicə etsin  – tibbin çarəsiz qaldığında isə deyirlər “həkimlər pisdir”.

BİZNESİMİZ də eynidir :  sən biznesində HR və daxili həvəsləndirmə, marketinq və PR, müştəri xidmətləri və müasir idarə etmə sistemini qurma, qarşında dans etməyə və bel əyməyə hazır olan, hər sözünə “bəli” deyən və səni məth edən biliksiz, boş və az maaşa razı olan insanlarla işlə və özünü ağıllı hiss et, sonra da “imkan vermirlər də işləməyə” deyə şikayətlən. 

человек_кости_ситуация_домино

Leave a Reply

Your email address will not be published. Required fields are marked *