чашка_зёрна_кофе_доски_пол
Məqalələrim

Qəhvə fincanı və HƏYAT

     Müvəffəqiyyətli karyera qurmuş nüfuzlu universitetin məzunları  yaşlı professorlarını ziyarət edirlər. Görüş əsnasında söhbət işdən gedir və məzunları çox çətinliklər və həyat problemlərindən  şikayət edirlər.

     Qonaqlarına qəhvə təklif edən professor mətbəxə gedir və müxtəlif fincanlarla geri dönür : çini, şüşə, plastik, xrustal. Bəziləri bahalı, digərləri isə çox sadə.

     Gənclər fincanları aldıqdan sonar professor  onlara deyir :

     – Diqqət edin, bütün gözəl fincanlar alındı, ancaq sadə və ucuzlar qaldı. Və du da  sizin üçün normaldır – özünüz üçün yalnız ən yaxşısını istəyirsiniz. Amma məhz elə bu da bütün problemlərinizin və stresslərin mənbəyidir. Anlayın ki, fincan kofeni daha ləziz etmir. Bəzi hallarda fincan bahalı olur, amma içdiyimizi də gizlədir. Əslində isə sizin istədiyiniz ancaq kofe idi, fincan deyildi. Siz isə şuurlu şəkildə ən yaxşı fincanları seçdiniz və daha sonra kimdə hansı fincanın olduğuna baxdınız.

     İndi isə düşünün : kofe – həyatdır, iş, vəzifəni, maddi imkanlarınız isə fincanlardır. Bunlara, həyatı təmin etmək üçün alətlərdir. Hansı fincana malik olmağımız HƏYAITNIZIN keyfiyyətini dəyişdirmir. Və bəzən bizlər ancaq fincana diqqət verdiyimizə görə əsl kofenin dadından zövq almağı unuduruq.

     Ən xoşbəxt olanlar ən yaxşılara malik olanlar deyil, sahib olduqlarından zövq ala bilənlərdir

 

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *