bloq5
A TƏLİM və KURSLAR

RƏHBƏRLƏR üçün İdarəçilik Təlimi İştirakçı RƏYLƏRİ

     19 yanvar tarixində üzərində uzun zaman işlədiyim layihənin ilk addımı atıldı və Rəhbərlər üçün İdarəçilik Təlimi keçirildi. 

     Bu təlim, məhz inkişaf etmək istəyən, gələcək karyeralarını düşünən, top menecer olmaq istəyən orta idarəçilər üçündür və onlara, bu günün effektivliyini və üst idarəçiliyə gedən yolu başa salacaq.

    10 nəfərdən ibarət ilk qrup üçün keçirilən təlim iştirakçılarının yazılı rəylərini böyük məmnuniyyət və fəxrlə paylaşıram. 

     Bu gun keçirilən təlim barede o qeder icimden gelen soz var ki inanin ki sozlerle ifade elemek mumkunsuzdu.sadece bunu deye bilerem cox boyuk stimul verdiz mene.ve bucun cavabini vermediyim sualin cavabini verim size.6dan indiye kimi fikirlesdim «idealim kimdi?» sualinin cavabi : Fexreddin Manafov hemise menim ucun esl azerbaycan kisisinin simvolu olub.bisness heyatimda ise idealim artiq sizsiz.Sizden en cox istediyim sizinle bir yerde cox vaxt kecirmek.tesefur ede bilmeyeceyiniz qeder menim gelecey kariyeramda cox boyuk rolunuz oldu ve olacaq insallah.uzun yazdim sadece icimden gelen kimi yazmaq istedim.?

     Murad Adışirinli

     Texnogallery şirkəti təsisçi və direktoru

     Təlim haqda məlumat almaq üçün bu linkə keçid alın (keçid almaq üçün yazını klikləyin) : İDARƏÇİLİK TƏLİMİ HAQDA MƏLUMATLAR

     İlk olaraq bayaq oxuduğum “İnsan istərsə” kitabında qarşılaşdığım nobel  mükafatlı alim Albert Achweitzerin bir statı ilə Fəxri bəyə minnətdarlığımı bildirirəm.

     “Hər kəsin həyatında bir an gələr, içindəki alov sönər. Sonra, bir başqa insanlarla qarşılaşınca alovlanar. Hamımız, içimizdəki ruhu yenidən alovlandıran o insanlara minnətdar olmalıyıq “ Mən hesab edirəm ki, Fəxri bəy də o statdakı “O” insanlardan biridir.

     Fəxri bəyi uzun müddətdir ki, tanıyıram. Bir çox seminarlarında iştiak etmişəm və iki kitabını da oxumuşam. 2 gün öncə Rəhbərlər üçün təşkil etdiyi  İdarəçilik təliminə mən də qatıldım. Nə yalan deyim təlimdən qabaq  biraz  tərəddüdlərim var idi ki, bəlkə eyni söhbətlər olar, səhərdən axşama kimi sıxılaram amma tamailə fəqrli oldu.

     Bütün səmimiyyətimlə deyə bilərəm ki, 8 saat sıxılmadan bir təlimdə sona kimi iştiak etməkdən böyük zövq aldım. Müxtəlif sahələrdən olan rəhbərlərlə peşəkar iş həyatımızda qarşılaşdığımız ortaq problemlərə hamının özlərinə məxsus prizmadan baxışları və fikirləri mənə çox maraqlı gəldi. Yeni tanışlıqlar və Fəxri bəyin 8 saat stabil enerji  ilə nitqi və iştiakçıları daim sinerjik şəkildə mövzuya cəlb etməsini çox bəyəndim.

     Bir sözlə hamıya könül rahatlığı ilə bu təlimlərdə iştirak etməyi tövsiyə edirəm. Təlimin digər bir başka faydası da Siz bu təlimlərdə iştirak etməklə iş adamları klubuna da birbaşa üzv olmuş olursunuz. İndiki zamanda da Networkig biznesin olmazsa olmazıdır.

     Tahir Məmmədov

     “New Baku Hotel” Direktoru

Təlimdə iştirak etmək istəyənlər fahriagayev@yandex.ru mail ünvanıma müraciət etməlidirlər

     Hörmətli Fəxri bəy.

     Sizə böyük fəxrlə və minnətdarlıqla salamımı çatdırıram.

     Sizin təşkil etdiyiniz Rəhbərlər üçün idarəçilik kursu məndə çox böyük təəsürat oyatdı. 

     Düzdü İdarəetmə ixtisasım olsa da və əvvəllər də təlimlərdə olsam da bu kurs məndə bir daha böyük motivasiya oyadaraq ikinci nəfəs verdi.

     Təşkil edilən istənilən elmi vəya praktik yığıncaq, kurs vəya təlimlər ola bilməz ki insanlara davam etdiyi yolda işıq salmasın. 

     Sizə kursda göstərdiyiniz təşkilatçılığa görə, hər mövzuya müsbət emosiya ilə yanaşmanız məni çox təsirləndirdi. 

     Sanki qarşımda  yeni əsrin  Zərdabisini görürdüm.  O necə əyalətləri gəzib savadlanmaq istəyən insanlara kömək edirdisə, sizi də artıq belə yadda saxlamalı olacam.

     Kurs barədə onu deyimki, bütün mövzular maraqlı və dəyərli idi. Lakin bir neçəsini qeyd edəcəm.

  1. İdarəetmə piramidasında orta rəhbərlərin ali rəhbərliklə  sıravi işçilər arasında çox ciddi körpü və məsuliyyətli olması.
  1. İdarəetmədə çalışan şəxs həm şəxsi inkişafa və brendləşməyə ciddi fikir verməlidir.
  1. Natiqliyin inkişaf edilməsi və bu barədə ədəbiyyatlar oxunması, məşqlərinin edilməsi.
  1. Vaxtın idarə edilməsi və dəyərləndirilməsi.
  1. Gənc kadrlarla rəqabətdə daim irəli olmaq bacarığı.
  1. Sağlamlığa ciddi riayət və idmanı adət edilməsi.
  1. İdarəetmə sahəsində ən son yeni tətbiqlərə və yanaşmalara fikir verilməsi.
  1. İnformasiya və yayım kanallarının infişaf edilməsi. 

     Bir daha  sizin gördüyünüz işdə sizə çoxlu müvəffəqəyitlər arzu edirəm.

 

     Bayramov Vasif.

     Yeni Həyat Holdinq, Müştəri Xidmətləri rəhbəri

 

 İlk öncə təlimdə iştirak üçün fürsət verdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Təlimdə məndən təcrübəli daha peşəkar idarəçiləri tanımaq, onların fikirlərini dinləmək həmçinin öz fikirlərimi paylaşmaq mənim üçün cox faydalı oldu. Əlavə etmək istərdim ki, təlimə tək peşəkar inkişaf deyil həm də şəxsi inkişafa güclü təkanverici qüvvə kimi baxıram. Digər idarəçilərin təlimdə faydalanacağı daha bir müsbət cəhət idarəçi olaraq özlərində olan çatışmazlıqları görmə və onları aradan qaldırmaq üçün yolların müzakirəsidir. Hər bir idarəçiyə, orta və ya yuxarı səviyyəli təlimi məsləhət görürəm, çünki hər bir halda təlim inkişafa sövq edir. 

     Cəmil Qarunov

     AZ-Mirvari şirkəti – satış üzrə menecer 

 

     İlk öncə rəhbərlər üçün keçirdiyiniz idarəçilik təliminə və bizim üçün çəkdiyiniz əziyyətə görə Sizə təşəkkür edirəm.

     Təlim hər bir idarəçinin öz bacarığını artırmaq və idarəçilikdə yeni texnikalar öyrənmək üçün kifayət qədər mükəmməl bir yerdir. Mən təlimdə peşəkar fəaliyyətimdə qarşıma qoyduğum hədəflərin necə analiz etməyin əsasları ilə bağlı məlumatlar əldə etdim və bununla yanaşı öz şəxsi həyat fəaliyyətimdə qarşıma konkret hədəflər qoymağın vacibliyini anladım. Özüm peşakar fəaliyyətimdə 2 sahədə çalışdığım üçün (həm İşçiyəm həm İdarəedici), təlim mənə verdiyi biliklərlə öz rəhbərimlə necə davranmağı və öz işçilərimlə necə davranmağı öyrəndim. İş adamlarının günədlik fəaliyyətinin digərlərindən fərqləndirən faiz nisbətinin çox təsirli olması məni düşündürmüyə bilməzdi və bu izahı Sizdən eşitdikcə artıq özümdə dəyişiklik etməyin zamanı gəldiyini anladım. Təlimdən sonrakı 1 gün ərzində qərara gəldim ki bu il öz şəxsi inkişafım və sağlamlığım üçün hədəf təyin etməliyəm  

     Əlavə olaraq bildirim ki, gündəlik planlarımı 19.01.2019-cu ilə qədər ancaq yaddaşımda saxlayırdım. Artıq vaxtımın səmərəli istifadə edilməsi üçün gündəlik planlarımı yaddaşımda yox onu yazılı olaraq app-də saxlamağa üstünlük verəcəyimi planlaşdırdım.

     Anar Həsənov

     Azercell, Hüquq departamenti

 

     19.01.2019-cu il tarixində keçirmiş olduğunuz Rəhbərlər üçün idarəçilik təliminin iştirakçılarından biri idim. İlk dəfə idi ki, belə bir tədbirdə iştirakçı olurdum. Təlim gözlədiyim kimi maraqlı müzakirələrlə keçdi. Maraqlı fikirləri fərqli insanlar tərəfindən eşitmək söz süz ki, xoş idi. Etiraf edim ki, bu kimi tədbirlərdə iştirak etməyin zamanını bir xeyli ötürmüşəm, ama gec də deyilmiş. Profisional biznes həyatında mütləqdir ki, inkişafa dogru ilk addımları məhz bu cür təlimlərlə atasan. 

     Təlimin ilk saatında iştirakçılar barədə qısa zaman kəsiyində müəyyən məlumatlar almaq üçün vermiş oldugunuz suallar toplusunda statusla baglı da  bir hissə var idi. Statuslar, aforizimlər, atalar sözləriləni mütamadı oxumağıma baxmayaraq, həmin an ağlıma gələn və səsləndirəcəyim bir misal olmadı, ama təlimin sonunda artıq o statusun nə olduğun anlamışdım. Hansı müdriyə aid oldugunu bilmirəm, iş ortağım tərəfindən səslənəndə eşitmişdim, “Həyatda qazanılan ən bahalı şey Təcrübədir”, 9 saatlıq bu təlim mənə bir daha sübut etdi ki, həyatda əldə edilən bir çox uğurun kökündə dayanan təcrübə üçün gərək sözün tam mənasında xəsislik etməkdən uzaq olasan. Sizin bu bir günlük təliminiz mənim üçün şəxsi inkişaf yolunda oldugca gərəkli bir nüans oldu. Bəli, təcrübə qazanmaq baxımından bu kimi tədbirlərin və təlimlərin rolu danılmaz bir  fakt imiş.

     Davamlı olması ümidilə Sizin Sahibkarla bağlı təlimlərinizdə iştirak etmək qərarımı elə təlimdəcə bildirdim. Dəvətinizi gözləyəcəm.

     Elçin Tağıyev

     BEST TECH MMC, Təsisçi və Direktoru

 

Təlim haqda məlumat almaq üçün bu linkə keçid alın (keçid almaq üçün yazını klikləyin) : İDARƏÇİLİK TƏLİMİ HAQDA MƏLUMATLAR

Təlimdə iştirak etmək istəyənlər fahriagayev@yandex.ru mail ünvanıma müraciət etməlidirlər

bloq bloq1 bloq2 bloq3 bloq4 bloq5

     Təlim haqda məlumat almaq üçün bu linkə keçid alın (keçid almaq üçün yazını klikləyin) : İDARƏÇİLİK TƏLİMİ HAQDA MƏLUMATLAR

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin