pit1
A TƏLİM və KURSLAR

RƏHBƏRLƏR ÜÇÜN İDARƏÇİLİK TƏLİMİ

     Uzun zamandır üzərində işlədiyim yeni bir layihəni bu ildən etibarən başladım və artıq 3 qrup üçün təlim keçirilmişdir.

     Azərbaycanda biznesin müxtəlif sahələrində artıq formalaşmış güclü RƏHBƏRLƏR və ORTA İDARƏÇİLƏR var. Bu insanların qarşılarında 2 MÜHİM MƏQAM-PROBLEM var :

  • Top menecer olmaq üçün yaş və zaman gəlib, olmaq istəyirlər – amma nəyi necə edəcəklərini və hansı istiqamətdə gedəcəklərini bilmirlər;
  • Ciddi təzyiq hiss edirlər – xaricdə təhsil almış, daha gənc, daha müasir biliklərə malik, daha enerjili və dinamik, yaşlarına görə böyük öhdəlikləri olmayan və buna görə də daha çox və daha az maaşla işləməyə hazır insanlar var.

     Bu təlim, məhz top menecer olmaq istəyən, inkişafını düşünən, gələcək karyeralarını planlaşdıran rəhbərlər və orta idarəçilər üçündür və onlara, bu günün effektivliyini və üst idarəçiliyə gedən yolu başa salacaq.

     BU TƏLİMİN MƏNƏ FAYDASI NƏ OLACAQ? sualınız varsa, daha öncəki təlimdə iştirak edən rəhbərlərin FİKİR və RƏYLƏRİNİ aşağıda qeyd edilən linklərdən oxuya bilərsiniz (keçid almaq üçün yazının üstünə klikləyin) :

     Birinci qrup RƏYLƏRİ

     İkinci qrup RƏYLƏRİ

     Üçüncü qrup RƏYLƏRİ 

 Təlimin ÜSTÜNLÜKLƏRİ

  • Verilən HƏR məlumatın arxasında bu real və praktiki təcrübələrimdən misallar verilir;
  • Təlim, 25 illik peşəkar karyera və 17 illik rəhbər təcrübələrinin nəticəsidir;
  • Təlimdən sonra istəyən hər iştirakçıyla 1 saatlıq özəl görüş olacaq və peşəkar inkişaf və karyera mövzularında məsləhətlər veriləcək;
  • İştirakçıların şirkətlərinin problemləri bir yerdə müzakirə edilir və həlli yolları düşünülür.

Təlimdən sonra ƏN VACİB məqam isə budur

  • Təlim iştirakçıları avtomatik olaraq İDARƏÇİLƏR KLUBUNUN üzvləri olacaqlar və aylıq iclaslarda, tədbirlərdə və görüşlərdə fərqli şirkətlərin orta idarəçiləri ilə görüşmə və ünsiyyətdə olma imkanı əldə edəcəklər;
  • Klub üzvləri üçün xüsusi 12 aylıq əlavə peşəkar inkişaf proqramı var və klub üzvləri bu proqramda iştirak edirlər

     İştirak etmək istəyənlər fahriagayev@yandex.ru mail ünvanına yazılı şəkildə müraciət etməlidirlər

İDARƏÇİLİK TƏLİMİ MÖVZULARI :

  • İdarəçiliyin əsasları;
  • Karyera planlaması;
  • Müasir idarəçi xüsusiyyətləri;
  • Top manager kimdir + nələri bilməlidir  + nələr etməlidir;
  • Daimi inkişafın əhəmiyyəti;
  • Peşəkar və şəxsi inkişaf yolları və texnikaları;
  • Peşəkar karyera və riskləri;
  • Bu gün orta idarəçi nə etməlidir ki, üst idarəçi vəzifələrinə qədər yüksəlsin?
  • Ünsiyyət bacarığı;
  • Sahibkar-rəhbərlə doğru əlaqələrin qurulması

     Təlim haqda ƏLAVƏ məlumatlar

  • İştirak edəcək insanlar müsahibə nəticəsində seçiləcək;
  • Təlim ödənişlidir;
  • Təlim 1 günlükdür. 09.00-19.00 saatları arasında keçiriləcək;
  • Bir qrupda maksimum 10 nəfər iştirak edəcək.

ff

Təlimi keçirən insan haqda

FƏXRİ AĞAYEV

Ali təhsili Türkiyədə, Mərmərə Universiteti, İktisadiyyat və Biznesin İdarə Edilməsi fakultəsində alıb.

     Peşəkar idarəçidir: 17 il Azərbaycanda və xaricdə beynəlxalq və yerli şirkətlərdə rəhbər vəzifələrdə işləyib.

     Biznes konsultantdır. Müasir idarəçilik sistemlərinin tətbiqi mövzularında şirkətlərə konsultasiya xidmətləri təqdim edir.

     Məqalələri biznes, idarəçilik, peşəkar fəaliyyət kimi mövzularda Azərbaycanda və xarici mətbuatda dərc edilir. 

     2 kitab müəllifi və idmançıdır

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin