55847287_10156576893298649_7794170902597337088_n
A TƏLİM və KURSLAR Məqalələrim

Sahibkarlar üçün İDARƏÇİLİK kursu iştirakçıları RƏYLƏRİ – 13.cü qrup

     30-31 mart tarixlərində Sahibkarlar üçün idarəçilik kursunu artıq 13.cü qrup üçün keçirildi. Ənənəyə sadiq qalaraq yenə də minimum sayda və ancaq sahibkarlardan ibarət bir qrup toplandı. 18 saat ərzində müştərilərlə doğru ünsiyyətin qurulması, komandanın toplanması, şirkət strategiyası və sahibkarın və rəhbərin fəaliyyəti və funksiyaları kimi mövzularda danışdıq. Kurs bitdikdən sonra iştirakçılardan rəylərini, fikr və düşünələrini istədim və burada onları paylaşıram.

    Elçin Tağıyev 

    BEST TECH MMC, Təsisçi və Direktor

     Dəyərli Fəxri bəy,

     Dəyərli 13-cü qrup üzvləri – Fatimə xanım, Samir bəy, Cəmşid bəy və Tural bəy,

     Kurs haqqında düşüncə və rəylərimi,kursun faydaları və niyə digər sahibkar və rəhbərlərin belə bir kursda iştirak etmələri haqqında fikirlərimi bölüşmədən öncə, Sizlərlə tanış olmağıma çox şad olduğumu bildirmək, Fəxri bəyə də Sizin kimi insanlarla dost və işgüzar münasibətlərin yaranmasına səbəb verdiyi üçün ayrıca minnətdarlığımı ifadə etmək istəyirəm.

     Bu kurs mənə gözəl bir şəkildə aydın et ki, mütləq şəkildə eyni tərz düşünən insanlarla ünsiyyətdə olmaq gərəkir. Problemlər eyni, həlli düyünlənmiş məsələlər eyni, niyyətlər eyni və bunun kimi daha sadalamadığım nə qədər nüanslara eyni cürə yanaşma, eyni formada  çözüm yolları axtarma səyləri, gərgin müzakirələr, çatışmayan tərəflərinin üzə çıxması və sənə bəlli olması, üzərində uzun uzun düşündüyün və bir türlü qəbul edə bilmədiyin qərarların alınmasında qətiyyətlilik. Möhtəşəm bir atmosferə düşürsən, fərqli sahələrdən olan insanlarla səni birləşdirən məqsədlər, amalların olması ayrıca bir ruh yüksəkliyi yaradır, işinə 4 əllə sarılmalı oldugunu anlayırsan. 

     Mənim üçün  fərqli insanların fərqli təcrübələrilə tanışlığım xüsusilə əhəmiyyətli oldu. Taktikalar, çevik manevrlər, dogru qərarların doğru anlarda qəbulu və daha nə qədər bunun kimi şəxsi inkişafda müstəsna rolu “alətlərlə” tanışlıq. Sadalamaqla bitməyəcək qədər çox şey öyrənmək, özünküləşdirmək olarmış,bugün bunun səslənişi gözəl kəlimələr olmadığına əmin oldum.

     İki günlük kurs olduqca inanılmaz xoş təsüratlar yaratdı, davamlı olmasını gözləyirəm. Yüz eşitməkdənsə, sahibkarlarımızın mütləq şəkildə heç olmasa bir dəfə belə bir kursda iştirak edib kursun faydasının nədən ibrarət olmasını öz gözlərilə görməli oldugunu düşünürəm. Fəxri bəyə bol enerji və saglam həyat arzu edirəm ki, davamını gətirsin. İnşallah 

     İdarəçilik kursu haqda məlumat almaq üçün bu linkə keçid alınİDARƏÇİLİK KURSU         

     Tural Mecidzade

     PRINT-PARK sirketinin direktoru

     Men bir daha size kecen heftesonunu bizlere ayiraraq verdiyiniz mohtesem telim ucun tesekkur edirem. Sizinle sexsen tanis olmaq cox xosdur ve umid edirem gelecekde de sizinle mutemadi gorusmek imkanimiz olacaq.

     Verdiyiniz telimin her deqiqesinde yeni bir melumat,informasiya, neinki is adami ucun,hetta  insan ucun vacib olan meseleler yer aldigindan bu telim haqqinda cox genis yazmaq olar. Calisacam cox qisa sekilde dusunduklerimi qeyd edim:

     Fexri beyin telimine yaxin bir dostumun siddetli tovsiyyesi ile qatildim ve tebiiki onunla tanis oldugum ve telimine qatildigim ucun cox sadam.

     18 saat erzinde onun verdiyi melulatlar,onunla edilen muzakireler cox onemli idi ve ondan oyrendiklerimizin is heyatimizda donus noqtesi olacagina eminem. Fexri bey telimi muddetinde oz tecrubesinden, bir idarecinin qarsilasdigi ve qarsilasma ehtimali olan problemlerden ve onlarin helli yollarini cox ince detallarina qeder izah edir. 

     O yalniz is heyati ile bagli yox, saglam heyat terzi,cemiyyet ucun lazimli,positiv insan kimi yasamagin ne qeder onemli oldugunu da insanlara asilayir.

     Gorduyu butun bu gozel isler ucun ona bir daha tesekkur edirem!

     Samir İbadullayev

     Az-Tex-İmport, Təsisçi və Rəhbər

     Hörmətli Fəxri müəllim və həmkarlar,

     İlk öncə sizinlə tanışlığıma çox şad oldum. 

     Təlimlə bağlı ona deyə bilərəm ki, biz iştirakçılar hər birimiz bəlli bir müddətdə həm işçi kimi, həm də rəhbər kimi fəaliyyət göstərmişik. Eləcə də müəyyən təlimlərdə iştirak etmişik. Bütün bunların nəticəsində bizdə müəyyən peşəkar və qeyri peşəkar vərdişlər, davranışlar, qərar vermə qabiliyyəti, biznes fikirləri formalaşıb. Fikrimcə bu təlim sadaladığım yuxarıdakı ünsürlər üzrə beynimizdə olan qarışıqlığı aydınlaşdırmağa, daha da sistematikləşdirməyə, səhvlərimizin fərqinə varmağa, düzlərimizə sevinməyə münbit bir şərait yaratdı. Əlbəttə ki, yeni öyrəndiklərimiz də bir az da bizi təkmilləşdirdi. 

     Fəxri müəllim, bir daha sizə təşəkkürlər. Fürsət olduqca sizin təlimləri tanıdıqlarıma məsləhət görəcəm ki, daha da maariflənmiş bir ətrafım formalaşsın. 

     Cəmşid Sərdarlı

     Alliance Law & Consulting, Təsisçi və Rəhbər  

     Fəxri Ağayevlə tanışlığım təxminən 3 il öncəyə təsadüf edir.  “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində, Almaniya Fedarativ Respublikası “Beynəlxalq Akademiya” Tədris Mərkəzinin məzunları üçün keçirilən növbəti tədbirlərin birində, yaxın dostum həmçinin həmin görüşün təşkilatçısı olan Cehun Aşurov tərəfindən dəvət olunan qonaqlar arasında Fəxri Ağayevdə var idi.

     Daha doğrusu Fəxri Ağayev həmin görüşə təlimçi olaraq dəvət olunmuşdu və proqrama uyğun olaraq bir-neçə dəqiqəlik çıxış etməli idi.

     Çıxış üçün söz Fəxri Ağayevə verildik də, bir anda qarşımızada, alışdığımız ənənəvi Azərbaycanlı iş adamı və idarəçi obrazından tam fərqli, böyük enerjiyə malik, çox pozotiv şəxs dayanmışdı. O, öz peşəkar həyatı, iş təcrübəsi və iştirakçıları maraqlandıran digər mövzularla bağlı çox böyük həvəslə danışır və suallara cavab verirdi.  

     Sözügedən tədbirdə iştirak edən iştiraşçıların böyük əksəriyyətinin, müxtəlif xarici ölkələrdə təhsil almalarına, müxtəlif beynalxalq təlim və seminarlarda iştirak edən rəhbər və idarəçilər olmalarına baxmayaraq, hərkəs Fəxri müəllimin çıxışını diqqətlə dinləyir, jest və davranışlarından isə onun nəqədər əzimkar, zəhmətsevər və uğurlu insan olduğunu aydın şəkildə hiss edə bilirdilər.  

     Böyük Britaniya və Almaniyada iştirak etdiyim beynəlxalq təlimlərdən sonra, Azərbaycanda iştirak edəcəyim hər-hansı təlimin məndə maraq doğura biləcəyinə ciddi şübhələr olsa da, Fəxri Ağayev mənim bu fikirlərimi alt-üst etməyi bacarmışdı.

     Fəxri Ağayevlə bağlı diqqətimi cəlb edən əsas məqam isə, onun uzun illər rəhbər vəzifələrdə çalişmış şəxs olaraq,  şəxsi təcrübəsi üzərində qurulmuş maraqlı çıxışı, şəxsi nümunə anlyışını özündə əks etdirməsi və sağlam həyat tərzi uğrunda apardığı mübarizəsi idi.

     Düşünürdüm: Görəsən Fəxri müəllim bu işləri (özünü inkişaf, idman, qidalanma, təlimlər, püşəkar karyera və sairə) necə çatdırır?

     Mən tədbirin bitməsini səbirsizlilklə gözləyib, onunla tanış olmaq fürsəti tapdım, Fəxri Ağayevə öz təşəkkürümü bildirməklə yanaşı biraz söhbətlərşdik və bir neçə dəqiqəlik maraqlı söhbətdən sonra o, (yəyqin ki, görüşümüz fəxri müəllim üçündə maraqlı olmuşdu) şirkətimizi ziyarət edəcəyini bildirdi və biz sağollaşdıq.

     Tədbirdən çox yaxşı təsuratla ayrımağıma səbəb olan şəxslə virtual dostluğumuz isə bir neçə gün sonra başladı və mən davamlı olaraq onun video, məqalə və çıxışlarını izləməyə başladım.

     Hələlik Fəxri Ağayevlə yaxın dost münasibətlərində olmamağıma baxmayaraq,   tam əminliklə deyə bilərəm ki, onunla hər mövzuda rahat danışmaq olar, o ətrafında olan insanlar qarşı çox pozitivdir və daim insanlara müsbət enerji verir.

     Təxminən iki həftə öncə Fəxri Ayğayev tərəfindən mənə hədiyyə olunan kitabı  oxumağa macal tapmamış, Fəxri müəllimdən, onun sahibkarlar üçün təşkil etdiyi  növbəti idarəçilik kursuna dəvət aldım və təbii ki, mən böyük həvəslə həmin təlimdə iştirak etməklə bağlı razılıq bildirdim.

     Fəxri müəllimin böyük həvəs və peşəkarlıqla keçirdiyi iki günlük təlim həmişəki kimi çox səmərəli və məhsuldar oldu. Belə ki, daha öncədən tanımadığım və müxtəlif sahələrdə fəaliyyət göstərən dəyərli sahibkarlarla bərabər biznesin əsasları, komandanı birləşdirən dəyərlər, strategiya, müştəri, satış və digər mövzularla bağlı geniş məlumat və biliklər əldə etməklə yanaşı, maraqlı müzakirələr aparmaq şansımızda oldu. Növbəti təlimlərdə görüşmək ümidi ilə Fəxri Ağayevə dərin təşəkkürümü və ehtiramımı bildirirəm.

     Mən  hesab edirəm ki, məhz əlçatmaz görünən hədəfə daha asanlıqla nail olmaq üçün getməli olduğumuz yollardan biri, məhz Fəxri Ağayevin gedtiyi Fəxri yoldur. Yolunuz daim işıqlı olsun! 

    Fatimə Baxşalıyeva

    Porland Porselen Azərbaycan, Təsisçi və Rəhbər

Fəxri Ağayevin bizler üçün teşkıl etdıyı “Sahibkarlar üçün idareçilik kursu “ artıq bir neçe gündür ki, başa çatıb.. Amma hele de kursun tesirinden çıxa bilmemişem! Semimi ortam, praktık bilikler, biznesin bilmediyimiz incelikleri .. Kursda Mehz bunları öyrenmeye çalışdıq.. Çox sevindirici haldır ki, öz işini seven ve biznes biliklerini paylaşa bilen Fexrı Agayev kimi işadamları var.. Hele sizden öyrene bileceyimiz çox şeyler var, sebirsizlıkle növbeti təlimlərinizi gözleyirik

     İdarəçilik kursu haqda məlumat almaq üçün bu linkə keçid alınİDARƏÇİLİK KURSU         

55847287_10156576893298649_7794170902597337088_n 55564471_10156573966898649_2677777801133686784_n 55608096_10156573966948649_8596535651791273984_n 55719530_10156576896283649_8007475595745165312_n 55901823_10156576896138649_4710695928112087040_n 55901958_10156576896248649_2248658826792271872_n 56157335_10156576895943649_3285832968521646080_n 56157700_10156576207518649_8236025588842758144_n 56189923_10156573966793649_6591618422365224960_n

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *