12963946_998705780215921_5768009941120153527_n
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Məltəm Talıbzadənin RƏYİ

Fəxri Ağayevin  “Saxla zamanı, gələr zamanı” kitabını təəssüflə qeyd edirəm ki, tez bitirdim. Kəşkə səhifələr daha çox olardı. Hər səhifəsindəki yeni mövzunu sanki müəllim üzbəüz müzakirə edirdik. P. s kitabı oxuduğum müddətdə bir neçə dəfə Əhmədli əvəzinə, Həzi Aslanov metrosunda düşmüşəm :)
“Saxla zamanı, gələr zamanı” kitabı oxuyanda insan qeyri-ixtiyari mütləq özünü analiz etməyə başlayır. Əminəm ki, hər kəs kitabı oxuyanda eynən mənim kimi boşa keçirdiyim zamanın fərqinə varır. Ən əsas əlinə vərəq götürüb zamanının hesablamasını aparır. Etiraf edim ki, kitabın hər səhifəsini oxuyanda utanırdım. Çalışırdım oxuduqca müəllifə yanıldığını göstən bəhanələr təqdim edim. Amma Fəxri müəllimin faktları qarşısında bunu bacarmadım.

Xeyr, kitabda həm də öz müsbət tereflerimi gördüm.
Kitabı xüsusən tələbələr, mütləq oxuyun. Kitabdan sonra həyatımda ən böyük varlığın Zaman olduğu bir ömürlük təsdiqini tapdı. Kitabın səhiflərində həm özünüzü böyük iş adamı, həm də çoxlu uğursuzluqları olan şəxs kimi görəcəksiniz.
Kitab həm də ona görə maraqlıdır ki, bunu yazan öz iradəsinə qalib gəlib. 3 ay ərzində 120 kiloqramdan 70-ə enməyi bacarıb, uzun illər siqaret çəkmək vərdişini kənara atıb.

Qısacası, əsasən də tələbələr, kitabı mütləq oxuyun. Vaxtınızı nə qədər əlavə şeylərə xərcləyərək gələcək məğlubiyyətinizi əvvəlcədən görüb tez bunun qarşısını alın. Həm də kitabda çox faydalı xarici ədəbiyyat siyahısı var. Fexri müəllim, gələcəkdə Bronnie Ware-nin “Ölən insanların 5 arzusu” kitabına düşməməyimə ( ümid edirəm) yardım etdiyiniz üçün təşəkkürlər!

Məltəm Talıbzadə

Xəbərlər.az, Redaktor 

12963946_998705780215921_5768009941120153527_n

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *