20160302_201030
Sual və cavablar bölməsi

ilk nədən başlamaq lazımdır ki, doğru zamanda doğru yerdə olmağı bacaraq?

02.03.2016 tarixində Odlar Yurdu Universitetində Maqistratura tələbələri üçün keçirdiyim Seminarda verilən sualların içində seçilən 3 qalibin sualları və mənim cavablarım aşağıdadır. 

Maraqlı suallar verdiklərinə görə hərkəsə təşəkkür edirəm, qalibləri isə təbrik edirəm. Qaliblərə mükafat olaraq mənim kitabımın verilməsi üçün görüşə dəvət ediləcəklər.

 

SUAL : Bu gün buradan yüksək motivasiya ilə çıxdıqdan sonra  ilk nədən başlamaq lazımdır ki, doğru zamanda doğru yerdə olmağı bacaraq?

MÜƏLLİF : Məmmədv Tural, Odlar Yurdu

Cavab : Məqsədlərimiz hansı sahədə olursa olsun və bizimlə o məqsədlər arasında məsafə nə qədər uzun olsada, unutmamaq lazımdır ki, bu yol kiçik addımlardan ibarətdir. Heç bir mövzuda kəskin və ani addımların və cəhdlərin tərəfdarı deyiləm.

Bu gün mən səhər 10 km məsafəni rahat qaçıramsa, bu mənim uzun müddət ərzində bu göstəriciyə tədricən gəlməyimin nəticəsidir. 6 il öncə idmana başladığım ilk gün ancaq 150 metr qaça bilmişdim və özümü çox pis hiss edirdim. Bir gün sonra bu oldu 160 metr, daha sonra 250. Tədricən məsafəni artıraraq mən bu gün 10 km qaça biləcək potensiala gəldim.

Bütün işlərdə biz vacib iki məqamı ağlımızda tutmalıyıq : birinci növbədə kiçik addımlar atmaq lazımdır, ikincisi isə bu addımlar mütəmadi olmalıdır.

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq mən bu seminardan sonra hərkəs ardıcıllıqlar bunları etməyi məsləhət edərdim :

  • məqsədlərini müəyyən etmək. Bütün sahələr üçün : peşəkar həyat və karyera, sağlamlıq, şəxsi inkişaf vs.;
  • 1 il sonra bu sahələrdə hansı nailiyyətləri əldə edəcəyinizi müəyyən edin;
  • Bütün bu sahələrdə inkişaf etmək üçün özünüzə gündəlik plan tərtib edin və BAŞLAYIN.

Yazdıqlarım üçün bir misal verim :

Məqsəd 1. Bir il sonra ingilizcə söz xəzinəmin 7.000 artması (olması)

Gündəlik plan : hər gün 20 söz öyrənmək. Bunun üçün isə maksiumum 20 dəqiqə zaman lazımdır.

Əslində bu məqsəd çox sadə görünsə də, heç də yüngül deyil.

Çətinlik məqsədin çətinliyi və ya mürəkkəbliyində deyil – aldadıcı sadəliyindədir.

 

SUAL : kitabın nəşrində hansısa böyük çətinliyiniz oldu mu?

MÜƏLLİF  : Nurlan Zeynallı

Cavab : Ümumiyyətlə istər şəxsi, istər peşəkar həyatımda bütün mövzulara “mükəmməlçi” formatında yanaşdığıma görə kitabın nəşrində bütün mərhələləri bir bir kontrol edirdim. Kitabın adı, qapaq səhifəsi dizaynı, kitabı daxili dizaynı, sətirlər arası olan məsafə, seçilən kağızın keyfiyyəti, istifadə edilən hərflər və ölçüləri – bütün bu məhrlələrdə ən yüksək keyfiyyət əldə etmək üçün çalışdım.

Hansısa mərhələrinin ən çətin və ya böyük çətinlik təşkil etdiyini vurğulamaqda çətinlik çəkirəm, çünki bütün böyük işlərdə “mükəmməl” nəticə əslində detalların hər birinin ən üst səviyyədə olmasına bağlıdır.

 

SUAL : Böyük nailiyyət əldə etmək üçün hansı keyfiyyəti inkişaf etdirmək lazımdır?

MÜƏLLİF : Məmmədquliyeva İnarə

Hesab edirəm ki, seçdiyiniz peşə sahəsindən asılı olmayaraq böyük müvəffiqyyətlərin bünövrəsi – disiplin, iradə gücü, zəhmətkeşlik, əzmkarlıq, uğursuzluqlar qarşısında ruhdan düşməməkdir. Bu xüsusiyyətləri güclü olan insan istər şəxsi, istərsə də peşəkar həyatda bütün məqsədlərinə çata biləcəkdir.

Böyük nailiyyətlərin bünövrəsi məhs bu xüsusiyyətlərdir. Bir çox insan tam bünövrəni hazırlamadan qısa müddətdə müvəffəqiyyət əldə etmək istəyir.

Peşəkar həyatda insanın karyerası heç bir zaman bitmir. Karyera uzun bir yoldur və həyatımız boyunca davam edir. Bu yol boyunca bizim texniki və sahəvi biliklərimiz nə qədər güclü olursa olsun, bu xüsusiyyətlər olmadığı müddətcə bizim yüksəlişkimiz mümkün deyil.

Bir insan düşünün – marketinq sahəsində peşəkar olmaq istəyir. Bu sahədə nəzəri və praktiki bilikləri almaq, bu bilikləri işlədiyi müddət ərzində tətbiq etmək üçün insan zəhmətkeş olmalıdır, disiplinli və iradəli olmalıdır ki, özünü hər gün inkişa etməyə məcbur etsin, bu yolda qarşılaşdığı maneələr və problemlərə görə ruhdan düşməməlidir və bu yolu davam etməsi üçün əzmkar olmalıdır.

 20160302_201030

Leave a Reply

Your email address will not be published. Required fields are marked *