12819450_10153637071893649_7211945017506938131_o
Sual və cavablar bölməsi

Planlı yaşamaq insanı yormur?

04.03.2016 tarixində Slavyan Universitetində tələbələr üçün keçirdiyim Seminarda verilən sualların içində seçilən 2 qalibin sualları və mənim cavablarım aşağıdadır. 

Maraqlı suallar verdiklərinə görə hərkəsə təşəkkür edirəm, qalibləri isə təbrik edirəm. Qaliblərə mükafat olaraq mənim kitabımın verilməsi üçün görüşə dəvət ediləcəklər.

 

SUAL : Aylar öncəsinə həyatınızı planlaşdırdığınızı dediniz. Bəs bu qədər planlı yaşamaq insanı yormur mu?

MÜƏLLİF : Lalə Osmanova, Slavyan Universiteti

Cavab : Düşünürəm ki, planların öncədən bilinməsi insanı yormur, əksinə – bizi psixolojik və emosional olaraq əslində plansızlıq yorur. Bir orta statistik insanın gündəlik və aylıq həyatını düşünün.          

          Bir insan gün, həftə və ay ərzində peşəkar həyatı, inkişafı, şəxsi həyat kimi fərqli sahələrdə onlarla məlumatı və görəcəyi işləri məqsədlərinə uyğun olaraq planlaşdırmasa, həyatı xaosa çevriləcək.

          Bizim beynimizin də kompyuterlərdə olduğu kimi əməliyyat yaddaşı var. Biz öz yaddaşımızda olması gərəkən işləri dəqiq planlaşdırmasaq, işlərdə və məqsədlərimizdə çatmaqda qarışıqlıq olacaq.

          Sadə misal. Bir insanın 2016.cı il üçün bir neçə sahədə məqsədləri var.

  1. Marketinq sahəsində özünü inkşaf etdirmək.
  2. Idmanla məşğul olmaq.
  3. Universitet dərslərini oxumaq və imtahanları vermək
  4. Xarici dil öyrənmək.

Bu əsas məqsədlərdir. Bir də bunlara əlavə olaraq gündəlik və həftəlik şəxsi həyat və universitetdə olan gözlənilməz və planlaşdırılmayan işləri düşünün.

2016.cı il üçün bu planları olan insan bu gündən etibarən özü üçün bu qərarları alacaq :

– hər gün ortalama olaraq 1 saat zaman marketinq sahəsində ədəbiyyat oxumaq;

– hər gün 30 dəqiqə idmanla məşğul olmaq;

– hər gün universitet dərslərinə 30 dq – 1 saat, imtahan öncəki dövrlərdə 4-6 saat zaman ayırmaq;

– hər gün xarici dil öyrənməyə 1 saat ayırmaq.

Belə bir planı olan insan hər ay sonunda geriyə baxanda bir öncəki ayla müqayisədə öz gələcək planları üçün nə qədər zaman ayırdığını görəcək və öz inkişafını ölçə biləcək. Məqsədlərimizi arzularımızdan ayıran əsas xüsusiyyət məhs planların olmasıdır.

Planlı yaşamaq yormaz – insanın həyatını dəyərlərinə və məqsədlərinə görə tənzimləyər.  

 

SUAL : Bir çox işə qəbula baş vuran insanlar bacarığa baxmayaraq işə alınmır. Səbəbsə işə qəbul edənin öz tanışını işə alması olur. Belə problemlər isə həvəsi olanların ümidini qırır.

MÜƏLLİF : Bayramov Əliyar

Birinci bunu qeyd edim ki, həvəsiniz və motivasiyanız başqaların mənfi addım və işlərinə bağlı olmamalıdır.

Doğrudur, işə götürmə sahəsində nöqsanlar var. Ancaq tam məsuliyyətlə deyirəm ki, şəxsən onlarla HR mütəxəssisləri tanıyıram : onlar ancaq və ancaq peşəkar meyyarları nəzərə alaraq insanları işə götürürlər.

Buna əlavə olaraq yüzlərlə və minlərlə insan şəxsən tanıyıram ki, ancaq və ancaq öz bilik və bacarıqları sayəsində karyera qurublar.

Belə və buna bənzər problemlər heç bir zaman insanı ruhdan salmamalıdır. Istər peşəkar, istərsə şəxsi həyatımızda qarşımıza müxtəlif maneələr çıxa bilər və çıxacaq. Biz bu maneələrə baxmayaraq öz məqsədlərimizə doğru yolumuzu davam etməliyik.

Digər vurğulamaq istədiyim vacib məsələ : özünüzü diqqətlə analiz edin, peşəkar xüsusiyyətlərinizi, sosyal vərdişlərinizi, özünüz haqqınızda verdiyiniz məlumatların dolğun olub olmamasını. Çox bacarıqlı və bilikli insanlar tanıyıram ki, iş tapmaqda onların yeganə maneəsi şəxsən özləridir.

Özünüzə bir neçə sual verin :

  • İş üçün müraicət edərkən digər yüzlərlə namizəddən məni fərqləndirən nədir?
  • Mən özüm haqqımda yadda qalacaq şəkildə, dolğun və sistemli məlumat verə bilirəm mi?
  • Mən bir şirkət nümayəndəsi ilə görüşdən çıxdıqdan sonra o məni necə yadında saxlayacaq? Saxlayacaq mı?

İndiyə qədər iş tapa bilməyən görüşdüyüm insanların böyük hissəsində iş tapmamaq səbəbi bu insanların özlərində olub : ya tez təslim olublar və ruhdan düşüblər, ya da ki, axtardıqları işlər üçün kifayət qədər hazır olmayıblar.

12819450_10153637071893649_7211945017506938131_o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *