Fəxri Ağayevin bloqu

Haqqımda yazı

Bu yazı 5 Noyabr 2009.cu ildə mənim “Subaru Azerbaijan” firmasında rəhbər işlədiyim zaman komandamda mənimlə bərabər işləyən Kənan Məcidov tərəfindən yazımışdır. Yazını olduğu kimi bura kopyalayıram.

Mətnin oriqinalı bu linkdədir : http://www.eylence.az/blogs/index.php/maybach/best_boss

3 ili geride qoyduğum hazırda işlediyim şirketdeki direktorum sayca 3-cüsü olub digerleri arasında en yaxşısıdır. Dünyanın en prestijli universitetlerinin birinde bakalavr ve magistr tehsili almış bu rehberime çox böyük hörmetim var.

> Her zaman ve her şeraitde edaletin terefdarıdır, ne olursa olsun.

Ciddi ve telebkar olduğu üçün şirket işçilerinin böyük ekseriyyetinin sevmediyi, ancaq bir direktorda olması gereken özelliye sahibdir.

> Sözün esl menasında gece ve gündüz şirketin menafeyi üçün işleyir, bayramlar daxil heftenin her günü herkesden önce gelir, herkesden sonra gedir.

> İster müşterilerin, isterse de şirket emekdaşlarının problemlerini hell etmek üçün elinden geleni edir. Texniki problemlerin hellinde şirketde fealiyyet gösteren çox az sayda olan mütexessislerin fikrini her zaman öyrenir ve o yönde qerarlar verir.

> Olmasaydı eger krizis periodundan çıxacağı şübhe altında qalacağı şirketimizin ireli getmesi, reqiblerden her zaman üstün olması üçün mövcud imkanlar ve şertler daxilinde bütün işleri görür.

Razılaşmadığım bir ceheti – ailesine ve istirahetine yox sayılacaq qeder az zaman ayıraraq bütün vaxtını şirkete hesr etmesidir ki, bu xüsusiyyete sahib ola bilmeseydi belke de şirket sahibinin minlerle namized arasında onu seçib şirketimize getirmezdi.

Bu özelliklerin sayını daha da çoxalda bilerdim; göresi işlerim olduğu üçün burada saxlayıb postu publish edim artıq. Uzun illerdir peşekar foto-reportyor ve serbest fotoqraf olaraq fealiyyetim ile yanaşı öz ixtisasım olan mühendislik sahesinde işlediyim bu şirketden bir gün çıxdıqdan sonra başqa bir şirketde işleyeceyime emin deyilem; böyük ehtimalla ancaq foto sahesine davam edib insanların en gözel günlerini xatirelere çevirmekle meşqul olacağam. Amma, öten heftelerde şirketde fealiyyetin effektliyini, gösterilen xidmet ve teklif edilen mehsul keyfiyyetini artırmaq üçün bizi telime gönderen, telimi uğurla bitiren emekdaşlara bu çetin iqtisadi şeraitde bir de mükafat veren rehberime hörmetimin ve peşekar yönden heyranlığımın biraz daha artdığı bu günde ona bir teşekkür etmek istedim…

P.S. Şirketde blogumun olmasını kimse bilmir. Odur ki, rahat yazıram :)

best boss

Leave a Reply

Your email address will not be published. Required fields are marked *