atu1
Sual və cavablar bölməsi

Nələrə əməl etmək lazımdır?

16.03.2016 tarixində Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində tələbələr üçün keçirdiyim Seminarda verilən sualların içində seçilən  qalibin sualı və mənim cavablarım aşağıdadır.

SUAL :  Gələcəkdə nümunə olaraq “yerli insanlara” (məsələ özümü) göstərmək üçün əsas nələrə diqqət və əməl etməliyik?

Müəllif : Ruslan Bağırov, Azərbaycan Texnologiya Universiteti

Ölkəmizdə yaşda böyüklərlə gənclər arasında kommunikasiyada əsas sıxıntı odur ki, böyüklər tənqid etdikləri mövzularda dediklərini özləri əməl etməkdə çətinlik çəkirlər.

Yaşca böyüklərin gəncləri tənqid etməsi tarix boyunca bütün ölkələrdə baş verən normal hadisədir. Amma tənqdi etməklə bərabər gənclərə tənqid mövzusunda məsələnin çıxış yollarını göstərmək lazımdır. Ancaq məsləhət vermək, tənqid və tövsiyyələr etmək çox sadə və yüngül işdir. Amma deyilən sözlərin və verilən məsləhətlərin güclü təsir bağışlaması üçün bunları dilə gətirən insan birinci birinci növbədə özü dediklərinə əməl etməlidir. Bir insanın bizim ölkəmizdə nümunə olması üçün, düşünürəm, birinci növbədə bu insanın dedikləri ilə etdikləri üst üstə TAM düşməlidir.

Ikincisi, bu insanın hansı peşə və karyera sahəsini seçməsinə baxmayaraq, o bəzi ÇOX vacib mənəvi dəyərlərə sahib olmalıdır : dürüst olmalıdır, sözünün sahibi və məsuliyyətli. Dürüst olmaldır : “dürüst” sözünün TAM və DOLĞUN mənasında. Bir insanın niyəti pis və dəyərləri səhv olanda, o haqqı olmayan maddiyatı almaq üçün ona müxtəlif adlar düşünə bilər.

Üçüncüsü, bu insan bu ölkənin, bu Vətənin inkişafı haqqında danışmaqla bərabər bu mövzuda ciddi addımlar atmalı və canını, enerji və zamanını bunlara xərcləməlidir.

Çox sevdiyim ata sözlərindən biri budur : “Övladlarınıza tərbiyyə verməyin, çünki onlar onsuzda Sizin etdiklərinizi edəcəklər”.

IMG_77861

Leave a Reply

Your email address will not be published. Required fields are marked *