SDU
Sual və cavablar bölməsi

Bəxt haqqında sual

15.03.2016 tarixində Sumqayıt şəhərində Sumqayıt Dövlət Universitetində tələbələr üçün keçirdiyim Seminarda verilən sualların içində seçilən  qalibin sualı və mənim cavablarım aşağıdadır.

SUAL :  Dediniz ki, bəxt yoxdur. Böyük ehtimalla şans da sizin üçün yoxdur. Məsələn mən Azərlotereya bileti aldım və mən bileti yoxladım, maşın udmuşam. Mənim bəxtim gətirməyib bəyəm?

Müəllif : Ayxan Səfərov, Sumqayıt Dövlət Universiteti

Cavab : sualı bir neçə hissəyə bölərək cavab vermək istəyirəm ki, biri birindən ayrı mövzular qarışmasınlar.

  • Bəxt yoxdur. Bəli, bəxt yoxdur. Amma şans var.

Sadə misal ilə bunu göətirəm. İki nəfər insan düşünün. Bu insanlardan hər biri gələcəkdə biznes sahəsində işləmək və HR olmaq arzusundadır. Hər ikisi də diplom sahibidir.

Birinci gənc diplomuna güvənərək iş axtarır, hər yerdə HR olmaq arzusunu bildirir, müraciətlər edir, müsahibələrə gedir, CV göndərir. Amma bütün bu dedikləri ancaq kiminsə ona virtual bir bəxtə bağlı olmaqla bərabər bir çox addımları intuitive məntiqi addımlarla edir.

CV hazırlamaq haqqında bir məqalə oxumayan bu gəncin CV-də müxtəlif səhvlər və CV göndərdiyi qurumlarda mütəxəssislər bir baxışda bu insanın digər, iş üçün müraiciət edən yüzlərlə gəncdən heç bir fərqinin olmadığını görürlər.

Müsahibələrdə HR olmaq arzusu xaricində heç bir əlavə məlumat verə bilməyən, bu günə qədər arzusuna nail olmaq üçün xəyal qurmaqdan başqa bir addım atamamış insan olduğunu nümayiş etdirir.

Ikinci gənc iş axtarmaqla bərabər anlayır ki, iş axtarış prosesinə ciddi yanaşmaq lazımdır və buna görə də CV hazırladıqdan sonra müxtəlif saytlardan CV hazırlarkən nələrə diqqət etmək lazımdır mövzusunda məqalələr oxuyur və CV-ni sistemli və maraqlı hazırlayır.

Müsahibələrə getmədən öncə dəvət edildiyi şirkət haqqında əlavəməlumatlar əldə etməklə bərabər həm də görüş əsnasında nələrinecə demək lazım olduğunu bilir – o bu mövzuda mütəxəssislərlə məsləhətləşib və əlavə ədəbiyyat oxuyub.

Bütün bunlara əlavə olaraq o HR sahəsini NİYƏ seçdiyini çox yaxşı bilir, bu mövzuda ölkədə tanınan mütəxəssisləri təqib edir, onların məqalə və bloqlarını oxuyur.

Eyni şirkətə iş görüşməsinə dəvət edilən bu iki gəncdən təbii ki, ikinci gənc işə götürüləcək. İndi isə mənə kimsə bu məsələnin bəxt ilə əlaqəli olduğunu desin.

Buna görə mən daim seminar və çıxışlarımda deyirəm : bəxt yoxdur, ancaq məqsədlər, əzmkarlıq, planlı zəhmət və çalışma, disiplin və iradə gücü var.

  • Lotereyada qalib olmaq mövzusu. Hesab edirəm ki, əlinə təsadüfi hallar nəticəsində böyük maddi imkanlar keçən və bu vəziyyəti psixolojik olaraq “həzm etməyə” hazır olmayan hər bir insan üçün bu “şans” bəladan başqa heç nə demək deyil. 

Bir insan qarşısında çıxan xoş anlara və imkanlara da təcrübə, disiplin və psixolojik olaraq hazır olmalıdır.

Bu mövzuda xarici ölkələrdən bir neçə missal vermək istəyirəm.

 

Bu xanım, Callie Rogers, 16 yaşında 3 milyon lotereyada udmuştur. Bu məbləğin hamısı 6 il ərzində əyləncə və geyimlərə xərclənib. indi bu xanımın 22 yaşı var, iki dəfə özünü öldürmək istəyib. Hərkəs kimi işləyir.

 rt

“Jack” Whittaker Jr, ABŞ tarixində ön böyük uduş qazanan insan, 4 il ərzində 114 milyon dollar və AİLƏSİNİ itirmiş..

4 il sonunda ailəsiz qalan bu işadamı müxbirlərə “kaşki o bileti cırsaydım” açıqlamasını verdi.

rt1

Insanın öz halal zəhməti və əməyi xaricində əldə etdiyi hərhansısa  formada qazanc ona fayda verməz. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *