bloq
Sual və cavablar bölməsi

Saxladığınız zamanın vaxtının nə vaxt gəldiyini necə bilirsiniz?

12.03.2016 tarixində Sumqayıt Gənclər Evində keçirdiyim seminarda qalibin suaları və cavabım.

SUAL : Kitabın adı “Saxla Zamanı, Gələr Zamanı”dır. Saxladığınız zamanın vaxtının nə vaxt gəldiyini necə bilirsiniz? (istifadə üçün vaxtın gəldiyini)

Müəllif : Əliyev Şamil, Sumqayıt Gənclər Evi

Cavab : İlk öncə istərdim ki, “saxladığımız zaman” termini haqqında məlumat verim. “Zamanı saxlamaq” burada zamanın doğru, effektiv və bizi məqsədlərimizə aparacaq şəkildə istifadəsi mənasındadır.

Saxladığımız zamanın vaxtının nə zaman gəldiyini anlamaq çox sadədir – məqsədlərimizə çatdığımız anda demək ki, zamanı gəlmişdir.

Bunu bir misal ilə nümayiş etmək olar : bir insan düşünün, xarici şirkətdə işləmək istəyir, ancaq ilk şərtlərdən biri ingiliscə bilməkdir. Bu insan üçün məqsəd şirkətdə işləməkdir.

Bir il ərzində bu dili mükəmməl öyrənməyi planlaşdıran gənc hər gün 4 saat zamanını ancaq bu işə ayırır : kurslara gedir, axşamları ədəbiyyat oxuyur, yolda gedərkən audio kitablar dinləyir, sözlər əzbərləyir. Hər keçən gün, hər keçən saat onu məqsədinə kiçik bir addım da olsa, amma yaxınlaşdırır.

Bir il keçir, bu insan müsahibəyə gedir və işə qəbul edilir.

Düşünürəm ki, saxladığımız zamanın nə vaxt gəldiyini məqsədlərimizə çatdığımızda anlayırıq.

bloq

Leave a Reply

Your email address will not be published. Required fields are marked *