32
Məqalələrim

Motivasiya Divarım – Sam Walton

     10.05.2017 tarixində kabinetimdə “Motivasiya Divarım” paylaşımını etdikdən sonra çox sayda insanlardan yazılar aldım. Qalereyama niyə məhz orda olan insanları seçdiyimi soruşulduğuna görə, divarda olan insanlar haqqında qısaca məlumatları, mənim onlarda bəyəndiyim xüsusiyyətləri və sitatlarını yazmağı qərar verdim.

     Sam Walton, illik dövriyyəsi bu gün 400 milyard olan WalMart hipermarketlər şəbəkəsinin qurucusu.

014

     İlk iş həyat addımları

     İlk retail mağazaçılıq fəaliyyətinə «Ben Franklin» adlı mağazalar şəbəkəsinin franşizasını almaqla     başladı.

     Nyuport şəhərində (Arkanzas) yerləşən «Ben Franklin» mağazası qısa müddət ərzində çox məşhur olur. Bu mağazanın uğurlu olmasının sirri çox sadə idi : Sem şəxsən mağazanın girişində hər müştərisini qarşılayırdı. Və müştəridə elə təəssürat yaranırdı ki, o sıradan bir mağazaya yox, ona individual və özəl xidmət göstəriləcək bir otelə gəlib.

     İlk uğursuzluq

     Mağazanın hər il artan satışlarının görən mülk sahibi 5 illlik müqavilə müddəti keçdikdən sonra müqavilə müddətini uzatmır və mağazanı Semdən alır. Mağazanın yerləşdiyi yerin uğurun sirri olduğunu düşünən mağaza sahibi, özü mağaza işlətməyə başlayır.

     Bu, Sam Walton.un həyatında ən böyük ilk uğursuzluğu olur. Kitabında, həyatının bu dövrü haqqında o belə yazır : “tamamən əzilmişdim və başıma gələnlərə inana bilmirdim. Bu, qorxulu bir yuxu kimi idi mənim üçün : olduqca böyük zəhmət və güc sərf edərək bölgənin ən yaxşı mağazasını qurdum və indi də onu itirdim”.

     Uğurlarının sirri

     Sam Walton.un ən vacib xüsusiyyətlərindən biri o idi ki, o daim ön cəbhədə olurdu. Şəxsən bütün mağazaları ziyarət edirdi, əməkdaşları dinləyirdi. O səmimi olaraq inanırdı ki, mağazalarla əlaqədar ən yaxşı fikirlər məhz elə şirkət əməkdaşlarından gəlir. Bəzən Sem gününü hansısa bir əməkdaşla keçirməyə qərar verirdi : bir yük avtomobilinə otururdu və bütün gününü sürücü ilə keçirirdi. Belə səyahətlərdə ən maraqlı fikirləri yanında gəzdirdiyi dəftərinə qeyd edirdi.

     Wal-Mart şəbəkəsiin ən böyük uğuru xərclərin azaldılması üzərində apardığı işdir.

     Kitabında, əməkdaşlarla əlaqələr haqqında bu sözləri yazır :  nə qədər çox əməkdaşlarınızla gəlirlərinizi paylaşsanız, o qədər şirkətin də mənfəəti artacaq. Niyə? Çünki rəhbərliyin əməkdaşlarla davrandığı tərzdə, onlar da müştərilərlə davranacaqlar. Biznesdə gəlirin mənbəyi məhz bu yanaşmadır. Və bizim müştərilər bizə ona görə sadiqdirlər ki, bizim partnyorlarımız olan əməkdaşlarımız onlarla, digər mağazalarda olandan daha yaxşı xidmət göstərirlər.

     Kitabından : ticarət haqqında olan araşdırmalardan birində mən oxumuşdum ki, 100 aparıcı mağazalar şəbəkələrinin 76-sı iflas olmuşdur. Və mən, onları batıran və bizi ayaqda tutan səbəbləri düşünməyə başladım. Hər şey, bir məqamda cəmlənir : müştərilərə qarşı olan qayğının və yaxşı davranmanın olmaması, və buna da səbəb, şirkət tərəfindən əməkdaşlarına heç bir qayğının olmaması idi.

     Qızıl qaydaları

     90-cı illərdə Sam Walton öz həyatı haqqında kitab yazı və bu kitabında 10 qızıl qaydalarını açıqlayır.  

  1. Biznesinizə etibarlı olun
  2. Partnyorlarınızla mənfəəti bölüşün
  3. Partnyorlarınızı motivasiya edin
  4. Partnyorlarınızla problemləri müzakirə edin
  5. Partnyorlarınızın etdiklərini dəyərləndirin
  6. Müvəffəqiyyətləri qeyd edin
  7. Hər partnyoru dinləyin
  8. Müştərilərinizin gözləntilərindən çoxunu verin
  9. Xərclərə nəzarət edin
  10. Axın üzərində üzün

     Diqqət edin, 5 maddədə “partnyor” sözü keçir. Sem, şirkətinin BÜTÜN ƏMƏKDAŞLARINI özünə partnyor olaraq görür. 

 

     Ən çox sevdiyim sitatlarından biri :  Şirkətdə bir boss var – müştəri. O müdirdən fəhləyə qədər hərkəsi şirkətdə işdən çıxara bilər, çünki pulunu başqa yerdə xərcləməyə qərar verə bilər.

 

     Sıfırdan böyük və nümunəvi biznes quran, çətinliklər, maneələr və problemlər qarşısında ruhdan düşməyərək və nəticə çıxararaq yoluna davam edən, böyük zəhmət və əzmkarlıqla uğurlar əldə edən bu insanın həyat tərzi, dünyaya baxış bucağı, qaydaları həqiqətən də insana çox faydalı və motivasiya vericidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *