18516425_10154860469903649_702162545_o1
Məqalələrim

Motivasiya Divarım – Viktor Frankl

     Kabinetimdə “MOTİVASİYA DİVARIM”da olan yeni bir insan

     VIKTOR FRANKL – dünyaca məşhur avstriyalı psixiatr, psixoloq, psixoterapevt, filosof, ekzistensial psixoterapiyada yeni metod olan  loqoterapianın qurucusu.

     26 Mart 1905.ci ildə Vyana şəhərində yahudi ailəsində anadan olur. Vyana universiteti nevrologiya faultəsində təhsil alır. 1933-1937.ci illərdə Venada bir klinikada süiqəsdlərin qarşısının alınması bölümündə işləyir. İkinci dünya müharibəsi başladıqdan sonra almanlar onu həbs düşərgəsinə göndərirlər.

     Həbs düşərgəsində olduğu müddət ərzində orada olan insanlara psixolojik kömək və dəstək göstərir.

18516425_10154860469903649_702162545_o

     Bu insanda məni cəlb edən və çox sevdiyim xüsusiyyəti – şərtlərə baxmayaraq ruhdan düşməməsi, böyük məqsədlərə inanması, həyat sevgisidir. Həbs düşərgəsində bütün ailəsini və sevdiyi həyat yoldaşını itirən insan digərlərinə kömək etmək üçün daxilində güc tapmaqla bərabər, müharibədən sonra da fəaliyyətinə davam edir. Yazdığı 31 kitab onlarla dillərə çevrilir.

     Kitablarından bir neçə maraqlı məqamı tərcümə edərək bura yazıram.

     “Kilometrlərlə yol gedirik, qarda bataraq, biri birimizə dəstək verərək və almanlardan təhqirləri eşidərək. Heç kim artıq bir söz belə demir, ancaq bilirik : hərkəs öz həyat yoldaşını düşünür. Ara-sıra yuxarı baxıram və buludlar arasında səhər günəşinin şüalarını görürəm. Amma gözlərimin önündə sevdiyim insan durur. Fantaziyam onu mənə çox canlı yaşadır. Xanımımla söhbət edirəm , ona sullar verirəm və o da mənə cavab verir. Onun gülümsəməsini, dəstək verici baxışlarını görürəm, və onun baxışı real olmasa da, o mənim üçün o anda çıxan günəşdən daha parlaqdır.

     Və bir anda bir fikir beynimdən keçir : məhz elə indi mən,əsirlərcə müdrik insanların iddia etdiklərini və şairlərin şerlərində yazıdqlarını anladım :  bizim yaşamımızı dəstəkləyən və ona məna verən, bizi gücləndirən yeganə qüvvə məhəbbətdir.

     Və sən saatlarla torpaqda işləyirsən, və yenə səni ələ salan alman əsgəri yaxınlaşır, və sən yenə də sevdiyin insanla dialoqa davaç edirsən. Və onun sənin yanında olduğunu daha yaxşı anlayırsan. Sənə elə gəlir ki, əlini uzatsan, onun əlinə toxunacaqsan”

     Həbs düşərgəsində insanların daxili mübarizəsini görən Viktor Frankl, bu haqda belə yazır.

     “Həbs düşərgəsində insanın hər şeyini əlindən alırdılar və ala bilmədikləri yeganə bir şey var idi : qarşısında çıxan şərtlərə qarşı insanın davranma azadlığı. Və hər gün hər insana həbs düşərgəsindən minlərlə bu kimi seçimləri verirdi.

     Nəticədə isə mən anladım ki, insanın kimə çevrilməsi onun özünün daxili qərarının nəticəsidir. Hər insan özü qərar verirdi ki, dəhşətli şərtlər altında şəxsiyyətini qorusun və ya azadlığını belə itirmiş düstağa çevrilsin.”

 

     MƏQSƏDLƏR və bunların əhəmiyyəti haqqında yazan və bunu daim vurğulayan Viktor Frankl belə yazır :

     “Yadımdadır, bir səhər düşərgədən çıxmışdım, və artıq aclığa və soyuğa dözə bilmirdim. Ayağım şişmişdi, güclü ağrı vardı, donmuşdu və içindən çirk axırdı. Vəziyyətim tam ümidsiz kimi gəlirdi mənə. Və mən özümü böyük, isti, işıqlı və gözəl  bir zalda təsəvvür etdim – mən insanlar qarşısında “Həbs düşərgəsində psixoterapevtik təcrübələr” mövzusunda çıxış edirdim. Inanın mənə, mən o anda belə bir günün gələcəyini belə düşünmürdüm.”

     Onunla bərabər həbs düşərgəsində olan insanları müalicə edirdi : gələcəklərini düşünməyə kömək etməklə. Düşərgədə olan insanların gələcəkləri nəinki dumanlı və qeyri müəyyən idi – o yox idi. Ancaq sabah haqqında fikirlər olmadan olmaz. “Gələcəyə inamını itirən düstaq artıq məhkum olurdu. Inamını itirən insan mənəvi gücünü də itirir. Həyatının mənasını, məqsədlərini görməyən insanın, bu həyatın çətinliklərinə dözməyə də mənası qalmırdı və yaxın zamanda o insan ölürdü”

     Sevdiyim sitatları

     İnsan şərtlərdən azad deyil. Ancaq o şərtlərə qarşı yanaşmasında azaddır. O özü şərtlər qarşısında təslim olmağa qərar verir. Və ya, şərtlər üzərində belə yüksələ bilər.

     Həyatı, səhifələri çıxan təqvimə bənzədirdi. Pessimist keçən günlərin səhifələrini çıxarır və atır, optimist isə onları səliqəli şəkildə yığır və onlar üzərində gündəlik qeydlər aparır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *