11
Məqalələrim

“MƏĞLUB olmaq” və “TƏSLİM olmaq” arasında FƏRQ

     İlk öncə “məğlub olmaq” və “təslim olmaq” arasında fərqi izah etmək istəyirəm. Məğlub olmaq o deməkdir ki, insan məqsədlərinə doğru onu aparacaq işə başlayır, ancaq ilk və ya bir neçə uğursuzluqda artıq bir daha eyni işə davam etmir, çünki bacarmadığı iə barışır, zəif və gücsüz olduğuna inanmağa başlayır.
     Təslim olmayan insan isə dəfələrlə məğlub olmasına və müvəffəqiyyətsizliklərlə qarşılaşmasına baxmayaraq yenə də öz işlərinə, öz yoluna davam edir, mübarizə aparır və bu müddətdə həm də güclənir, çünki insanları gücləndirən məhz elə mübarizədir.
 
     Bunu sadə bir MİSAL ilə nümayiş edim.
     Bir firmada eyni vəzifədə işləyən iki insan düşünün. Şirkət tərəfindən xaricə səfərə ezam olunurlar, fərqli ölkələrə. Bu əməkdaşlara eyni tapşırıq verilir : ezam olunduğu ölkədə bir həftə ərzində əsas 3 şəhərin geyim mağazaları şəbəkələrinin iş sistemini araşdırmaq və məlumat vermək.
     Bir həftə sonra hər iki əməkdaş da geri dönür və şirkət rəhbərliyi qarşısında apardıqları iş, əldə edilən məlumatlar və çıxarılan nəticələr haqqında təqdimat keçirirlər. Heç birinin təqdimatı bəyənilmir. Rəhbərlik həm aparılan işin mahiyətini, həm də təqdimat tərzini kəskin şəkildə tənqid edir və bunu ciddi uğursuzluq kimi dəyərləndirərək, şirkət vəsaitlərinin qeyri effektiv xərcləndiyini qeyd edir.
     Hər iki əməkdaş üçün bu vəziyyət o an üçün məğlubiyyətdir.
     Birinci əməkdaş bu uğursuzluğun qarşısında özünü əzik hiss edir və tam həvəsdən düşür. Mövcud vəziyyətə tam emosional yanaşan bu insan, daim beynində bunu bir müvəffəqiyyətsizlik kimi tutur və özünü zəif və uğursuz hiss edir.
     İkinci əməkdaş ilk sarsıntıdan və məğlubiyyət hissindən sonra addımlarını təhliil etmək və nəticələr çıxarma qərarını alır.
     İlk öncə aparılan işi bir neçə hissəyə bölür.
     – Ezamiyyətdən öncə rəhbərliyin ondan konkret nə gözlədiyini araşdırmalı idi. Araşdırmamışdır, soruşmamışdır. Ona elə gəlirdi ki, rəhbərliyin nə istədiyini bilir; rəhbərliyə isə elə gəlirdi ki, bu gənc onların nə istədiyini bilir;
     – “Effektiv iş” meyyarlarını rəhbərlik üçün nə olduğunu hər işdə dəqiq təyin etmək lazım olduğunu anladı;
     – Apardığı araşdırmanın daha dolğun olması üçün, daha çox sayda mağazaları ziyarət etməsi gərəkdiyini, bunun üçün də mağazaların siyahıları, ünvanları, aralarında olan məsafələri getmədən öncə müəyyən etməsi gərəkdiyini anladı ki, zaman itkiləri olmasın;
     – Araşdırmanın nə qədər keyfiyyətli olmasına baxmayaraq, təqdimatın tərzinin, axıcılığı, sistemli olmasının çox vacib olduğunu anladı;
     – Öz təqdimat bacarıqlarının zəif olduğunu qəbul etdi və bu sahədə inkişaf etməsi gərəkdiyini, ədəbiyyat oxuması və təlimlərə getməsini anladı;
     – Daha sonra bir neçə daha təcrübəli, yaşlı və bu işlərdə müvəffəqiyyətli insanlara fikirlərini soruşur və fəaliyyət planı hazırladı.
     Yazdığım hadisə, rəhbərlik etdiyim şirkətlərdən birində baş vermişdir və olanların şəxsən şahidi olmuşdum.
     Hər ikisi də məğlub oldu, ancaq birinci təslim oldu və zəif qaldı, ikinci isə məğlub olmasına baxmayaraq təslim olmadı
 
     Peşəkar həyatımızda qarşımıza müxtəlif vəziyyətlər, sıxıntı və maneələr çıxa bilir. Vəzifəsindən, seçdiyi peşə və yaşından asılı olmadan hamımız bunlarla qarşılaşırıq. İnsanları fərqləndirən bu kimi vəziyyətlərə qarşı yanaşmaları, aldıqları qərarlar və atdıqları addımlardır.
     Hərkəsə məğlubiyyətlərdən dərs çıxararaq, mübarizə aparmağı, təslim olmamağı və güclənməyi arzulayıram!
 

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *