Düşüncələrim

MİLLİ MƏCLİS və SEÇKİLƏR

27.08.2015
Milli Məclis Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı.
Milli Məclisimiz xalqımızın nümayəndələrindən ibarət bir orqandır.
Milli Məclisdə deputat olmaq birinci növbədə millətimizə qulluq etmək deməkdir. “Qulluq etmək” sözü burada ümumi bildiyimiz mənada yox, rəsmən QUL olaraq QULluq etmək deməkdir.
Milli Məclisdə deputat olmaq və Millətimizi təmsil etmək bir insanın həyatında çata biləcəyi ən yüksək, ən uca nöqtə olmalıdır. Ora ÇOX əlçatmaz görünməlidir. Hərkəs cəsarət etməməlidir buna.
Elza Seyidcahan bir “sənət” adamı olaraq özü çox da diqqətə alınacaq bir insan deyil.
Milli Məclisə gedmək istəyi çox CİDDİ göstəricidir. Bu, Milli Məclisin bu tərz insanların “mən də gedərəm, nə var ki”, deyə biləcəyi bir yerə çevrildiyini göstərir.
Bu onu göstərir ki, Milli Məclis çox əlçatan və insanların istehza ilə qarşıladığı insanların girdiyi bir quruma çevrilib.
Millətimizin dərdini, qanunlarını, haqqlarını Milli Məclisdəki “nümayəndələrimiz” qorumasa, kim qoruyacaq?
İstəməzdim ki, bu seçkilər də klounadaya və sirkə çevrilsin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *