Gördüklərim, eşitdiklərim

XATİRƏLƏRİM

Təxmini 3 il öncə Atam, mən və iki qardaşım bağda olanda qonşu bağa getdik, o bağın sahibi ilə Atam danışırdı, biz üç qardaş isə sakitcə dinləyirdik. Əsas yolun yanında, bağın qapısı önündə dayanmışdıq.
Bir anda gördük ki, 3 dənə yekə it qaçırlar, amma nə qaçırlar. Mən indiyə qədər belə qaçan it görməmişdim – elə sürətli qaçırdılar ki, ayaqları yerə dəymirdi, sanki havada uçurdular. Ilk iki it öndə idilər, arxadakı isə gec qaldığına görə uçurdu sanki. Atamın diqqəti söhbətdə olduğuna görə görmədi, biz üçümüz isə biribirimizə təəccüblə baxdıq. Qaçan itlərin arxasınca böyük toz duman qalxdı.

Niyə belə olduğunu 1 qədiqə sonra anladıq. Tində bir gənc xanım (12-13 yaşlarında) və yanında da it gəlirdilər. It dediyim əslində it deyildi. Pələng də deyildi. Dinozavrla şirin və pələngin qarışımı bir şey idi. Bu qədər dünyanı gəzmiş görmüş üç qardaş – biz belə bir yaratıq görməmişdik. qızın əlinə zəncirlə bağlı idi – böyük halqaları olar dəmir zəncir. Sanki o qaçmaq istəsə qız onu tutabilər. It yanımızdan keçəndə mən gözlərimlə çıxa biləcəyim ağac axtarmağa başladım. It təhlükəli görünmürdü – it özü təhlükə sözü idi. Ağır addımlarla yanımızdan keçdi və biz tərəf heç baxmadıda. O anda “mən niyə qarışqa deyiləm” və “mən bura bir daha gəlmərəm” kimi fikirlər ağlımdan keçirdi. İtin bədənindən təhlükə dalğaları yayılırdı ətrafa. Əminəm ki, o ümumi bir “hav” etsəydi, üçümüz da hasar və ağaclara çıxardıq. Iti görüb şok olmuşduq, amma onun yanında onun haqqında danışmamağa çalışdıq – sadəcə göz qaş etdik biri birimizə.

Yadımıza havada uçaraq qaçan itlər gəldi və o anda ortancıl qardaşım Ülvi “Mənim də dalımca belə it gəlsəydi məndə elə qaçardım” dedi 🙂

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *