Ramin
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Ramin Fərəcullayevin RƏYİ

Fəxri Ağayevi IB Clubun“Kəpənək effekti” layihəsində yer alan spiker olaraq tanımaq şansım oldu.Bu günə qədər Müvəffəqiyyətli karyera,Zamanın idarə olunması kimi mövzularda keçirilən seminarlarda  4 dəfə iştirak etmək nəsib olub.Bu seminarların kifayət qədər faydalı olduğunu düşünürəm. Fəxri Ağayevi Azərbaycan üçün uğurlu insan hesab edirəm və Azərbaycanın uğurlu gənclərinin çox olmasında, faydalı işlər gördüyünü minnətdarlıqla bildirmək istəyirəm. 

Fəxri Ağayev  ilə söhbətlərimiz zamanı yorulmadınmı seminarlarıma gəlməyə soruşanda cavabım: bəzən məqsədimdən hədəfimdən stress (yorğunluq) və ya yaşadığım uğursuzluqlarım məni demotivasiya yaşadaraq uzaqlaşdırır amma təsadüf nəticəsində ən çox motivasiyaya ehtiyac olduğu həmin dövrdə keçirilən seminarlarda iştirak  etməyim məqsəd və hədəflərimi xatırlamağa və ondan daha möhkəm yapışmağa imkan verir.

Bu kitabdan öyrəndiklərim

Bu kitabı oxuyarkən müvəffəqiyyətə gedən yolda məqsədimi bir daha gözden keçirdim və məqsədimə çatmaq üçün daha planlı şəkildə,şəxsi effektivlik texnikalarından istifade ederək,komfort bölgəsindən biraz daha uzaqlaşmağı,zaman oğrularını vaxtında təsbit etmək lazım olduğunu və zaman oğrularını minumumlaşdırmaq və ya optimallaşdırmaq lazım olduğunu öyrəndim.

“Cəmiyyətimizdə cəzalandırılmayan yeganə oğrular zaman oğrularıdır” Napoleon Bonapart

 

Kitabı oxuduqdan sonra aldığım qərarlar

Müəllifin istərsə verdiyi seminarları və həmçinin yazdığı bu kitab sayəsində məqsədimi bir daha xatırlamağa və bu məqsədimə çatmaq üçün daha əzmkar,disiplinli,çalışqan olmağı hədəflədim.

  

Kitabda Ən çox xoşuna gələn bölüm.

BÖLÜM X – MƏSLƏHƏTLƏRİM

Kitabda ən çox xoşuma gələn fikirlər.

1.Müvəffəqiyyətə gedən yol min pilləkənlərdən ibarət olan bir yoldur.Bu yol hansı istiqamətdə gedəcəyimizi bilmək üçün məqsədin müəyyən olunması ilə başlayır.Bizim yatan ruhumuzun oyanması məhz məqsədlərin müəyyən edilməsindən başlayır,çünki ruhumuzun gücü bizim fiziki imkanlardan daha vacibdir

2.Komfort bölgəsi – bizim yerimizdə irəli getmədən sürüşdüyümüz yerdir; geriyə baxanda görürük ki, irəliyə getməmişik.

3.Dürüstlük həyat tərzidir və  insan zaman-zaman dürüst ola bilməz:dürüstlük sizin mahiyyətiniz olmalıdır.Hər bir insan keçə bilməyəcəyi son həddi özü üçün müəyyən edir.

 Niyə bu kitabı oxumalıyam ?

1.Bu kitabı oxumalısınız çünki,yazılanlar müəllif tərəfindən dəfələrlə sınanmış, bu gündə həyatında icra etdiyi texnikaları və ya bu gündə əzmkarlıqla daha böyük uğurlar əldə etmək istəyini oxumağa ehtiyacınız var.

2. Əgər bu günə qədər məqsədlərinə çatmaq üçün yetəri qədər əzmkarlıq göstərdiyini , yetərincə çalışdığını düşünürsənsə amma yenədə tam istədiyin nəticəni əldə edə bilmirsənsə ,burada səbəb düzənsizlik,plansızlıq və ya lazım olan texnikalardan istifadə etməmək ola bilər və ya bu deyimlə ümumiləşdirsək: Problemi həll etməkdə ən böyük səhv eyni yolla dəfələrlə cəhd etməkdir.Bu yaşadığım problemə ən böyük töhvəni kitabda geniş izah olunan “Fil Texnikası” önəmli dəstəyi verəcək.

3.Bu kitabı oxumalısınız çünki, hədəfinizə gedəcək yolda güclü motivasiyaya ehtiyacınız var və bunu bu kitabda tapacaqsınız…

Ramin Fərəcullayev,

Odlar Yurdu Universiteti tələbəsi 

Ramin

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *