ff1
Məqalələrim

ATU və Gəncə şəhərində Beynəlxalq Simpozium

Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığım 6 ay öncə başladı. O gündən etibarən bu universitetdə aparılan böyük, kəskin müsbət dəyişiklikləri canlı şahidiyəm. 6 aylıq çox qısa bir müddət ərzində “Azərbaycanda bu mümkündür mü?” dedirdəcək formada aparılan dəyişikliklər nəticəsində universitetdə Texnoparkın qurulması başlandı, onlarla yerli və xarici şirkətlərlə memorandumlar imzalandı və real əməkdaşlıq başlandı, ölkədə tanınmış iş dünyası nümayəndələri master klaslar vermək üçün dəvət edildi, gənclər istehsalar sahələrinə praktikaya göndərildi. Ən əsası isə – universitetdə BÖYÜK şəffaflıq başlandı.  atu

Gəncə şəhərində beynəlxalq simpoziumun keçiriləcəyini və məni də spiker olaraq çıxış etmək üçün dəvət edildiyimi mənə deyəndə dərhal müsbət cavab verdim.

Simpozium haqqında məlumatlar bunlardır :

Mövzu  : “Universitet-sənaye əlaqələrinin müasir problemləri”

İştirakçılar : 7 ölkədən spiker və qonaqlar dəvət edilmişdir

Bu simpoziumda çıxış üçün “Azərbacyanın İqtisadi İnkişafı üçün Elm və İş Dünyasının Əməkdaşlığı” mövzusunu seçdim və çalışmalara başladım.

Simpozium 30 aprel tarixində keçiriləcəkdi və 1 gün öncədən Gəncəyə gəldim. Hər ziyarətimdə bu şəhəri bir az daha çox sevirəm. Düşünürəm ki, 1 il daha bu kimi ziyarətlərim olsa, mən Gəncəyə köçəcəm :) Xan bağı, ölkənin tarixi binaları, şəhərdə sakitlik, sadə və səmimi insanlar, yaşıllıq.

g

Gəncədə hər ziyarətimdə ancaq RAMADA otelində qalıram və hesab edirəm ki, ölkədə bir çox 5 ulduzlu otellərə nümunə ola biləcək bir məkandır RAMADA. Gəncədə yerləşən Ramada oteli məni hər zaman çox yüksək xidmət keyfiyyəti ilə təəccübləndirmişdir. Bu dəfə də elə oldu. Bu otel haqqında ayrı bir məqalə yazacam bloqum üçün. 

Tədbirdə çox maraqlı insanlar çıxış edəcəkdi və zamanın məhdud olduğuna görə hər insana 10 dəqiqə kimi zaman ayrılmışdı.

Çıxış edənlərin siyahısı :

  • Akif Süleymanov – Azərbaycan Texnologiya Universitetinin rektoru
  • Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Milli Məclisin komitə sədri
  • Hamlet İsaxanlı – Xəzər Universiteti, direktorlar və qəyyumlar şurasının sədri
  • Teymuraz Babunaşvili – Gürcüstan Biznes Elmlər Akademiyasının Prezidenti
  • Sema Erentürk – İstanbul Texniki Universitetinin professoru
  • Nodar Papukaşvili – Tbilisi Açıq Universitetinin rektor

 13087065_544181102421356_8291848938518616144_o

Mənim çıxışımın mətni aşağıdadır :

Hörmətli Qonaqlar, Dəyərli Elm və İş Dünyası Nümayəndələri, Xanımlar və Cənablar!

Müxətlif auditoriyalar qarşısında çıxışlarım olur : işadamları klublarında şirkət sahibləri və üst idarəçiləri, şirkətlərdə orta idarəçilər, müxtəlif dövlət qurumlarında, universitetlərdə tələbə və gənclər qarşısında.

Bütün çıxışlarımda Azərbaycanın gələcəyinin ancaq elm, bilik və maariflənmədə olduğunu vurğulayıram

Azərbaycanın İQTİSADİ inkişafı üçün isə elm və iş dünyası birləşməlidir. 

Mənim bu gün çıxışım məhz elə bu mövzudadır : Azərbaycan iqtisadiyyatının inkişafı üçün ali təhsil ocaqları və iş dünyasının əməkdaşlığı.

Çıxışıma başlamadan öncə Azərbaycanın iqtisadi inkişafı ilə bağlı bir neçə məqamları çatdırmaq istəyirəm :

  • Mən mütləq şəkildə əminəm ki, ölkəmizin iqitsadi inkişafı ancaq və ancaq elmin və sahibkarlığın əməkdaşlığı ilə mümkündür ;
  • Hesab edirəm ki, qeyri neft sektoru məhsullarımızla biz beynəlxalq bazarlara çıxmalıyıq ;
  • Beynəlxalq bazarlara beynəlxalq rəqabətə dözəcək məhsul və xidmətlərimizi təqdim etdikdən sonra ölkədə stabil və möhkəm iqtisadi inkişaf mümkün olacaq.

Azərbaycan ölkə, iqtisadiyyat və cəmiyyət olaraq bu gün gələcəyinin həll ediləcəyi çox vacib və uzun bir yol qarşısındadır. Bu yolda ölkənin bir bütün olaraq gücü birləşdirilməlidir.  Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının gücləndirilməsi üçün ölkədə istehsal edilən məhsullar ölkə daxili tələbatı ödəməklə bərabər bunların dünya bazarlarında satışa çıxarılmaları da çox mühim məsələdir.

İnkişaf etmək və güclü olmaq istəyən hər bir dövlətdə 2 əsas intellektual sərmayə var : elmi və biznesi; alimlər və sahibkarları. Məhz bu 2 gücün birləşməsi ölkə miqyasında nəticə verə bilər. Bir yerdə böyük güc təşkil edən bu tərəflərin təkliklə fəaliyyətləri effektiv olmur.

Biznes və sənayenin qarşısında çıxan məsələləri həll etmək üçün elmi bazası olmamaqla bərabər, universitetlərə də bu mövzularda geniş fəaliyyət göstərmələri üçün doğru istiqamətləndirmə, praktiki məlumatlar lazımdır və  maddi dəstək lazımdır.

Beynəlxalq rəqabəyin aparılması ilə əlaqədar dünya bazarlarında olan tendensiyalara baxsaq, bir neçə əsas məqam diqqətimizi çəkəcək :

  • Müasir dünyada sermayənin olması və istehsalatın təşkil edilməsi artıq həl edici faktor deyildir. Qlobal və sürətli beynəlxalq rəqabətin inkişa etməsi ilə mu meyyarlar yetərli olmamaqdadır ;
  • Beynəlxalq biznesdə müvəffəqiyyətli olmaq üçün daim innovasiyalar izlənməlidirlər və bütün əlaqədar yeniliklər rəqabət gücünün qorunması üçün zamanında təhlil, həzm və tətbiq edilməlidirlər ;
  • Dünya bazarlarında rəqabətin aparılması üçün sənayə və biznesimiz bütün sahələrdə yüksək standartlara uyğun olmaldır. Heç bir sahədə müvəffəqiyyətin ancaq bir meyyara bağlı olmadığı kimi, burada da məsələ ancaq məhsulların keyfiyyətli istehsal edilməsi deyil.  

Beynəlxalq bazarlarda uğurlu rəqabətin aparılması üçün iş dünyamız bütün sahələrdə təkmilləşdirilməlidir.

  • Keyfiyyətli məhsul istehsal etməklə yanaşı məhsulların rəqabətcil qiymətlə  təqdim edilməsi də  Keyfiyyətli məhsul istehsal etmək vacibdir, amma yetərli deyildir. Rəqabətcil qiymət haqqında danışdığımız anda müasir idarəetmə sistemləri, əməyin məhsuldarlığı, xəclərə nəzarət, maliyyət analizi, əməkdaşların ayrılıqda və istehsalatın və şirkətin ümumilikdə effektivliyi, müasir maddi və qeyri maddi motivasiya sistemləri kimi məqamlar da ön plana çıxırlar.
  • İstehsalatın, anbar sistemi, loqistika və keyfiyyətin idarə edilməsi sahəsində six sigma, lean production, TPS kimi sistemlərin dərin analizi və Azərbaycan şərtlərinə adaptasiya edilərək tətbiq edilməsi  lazımdır.
  • Məhsulların yüksək keyfiyyətdə olması və rəqabətcil qiymətdə satılması mühimdir, amma kifayət etməyəcək – bu məhsullar doğru zamanda doğru auditoriyaya doğru şəkildə təqdim edilməlidirlər. Bunun üçün müasir marketinq, reklam, merçendazyinq və dizayn mövzularında mövcud məlumatların təhlili və tətbiqi və bu sahələrdə rəqiblərdən bir addım öndə olmaq üçün yeniliklərə ehtiyac var.

bloq1

Bu əməkdaşlıq tərəflərə və ölkəyə nələri verəcək?

  • Universitetlərdə oxuyan gənclər nəzəri biliklərlə bərabər həm də praktiki təcrübə toplamış olacaqlar və beləliklə peşə və iş həyatına daha yaxşı hazırlanacaqlar ;
  • Universitetlərdə aparılan araşdırmalar birbaşa sənaye və biznes tərəfindən ehtiyac hiss edilən istiqamətlərdə aparılacağına görə tədqiqat nəticələri daha real, praktiki və faydalı olacaqlar ;
  • Uinversitetlərdə aparılan elmi araşdırmaların maddi dəstək alması ilə ali təhsil ocaqlarının texniki baza və nəzəri bazaları – kitabxanaları da təkmilləşəcək və güclənəcək.

Bu əməkdaşlığın iş dünyası üçün faydası birinci növbədə ən müasir idarəçilik və biznes mövzularında nəzəri biliklərin alınması ilə birlikdə həm də fərqli mövzularda mövcud və potensial bazar, məhsul, rəqib və müştəri araşdırmaları sifariş etmə imkanını verəcəkdir.

Son

Halıhazırda Azərbaycan çox ciddi, vacib və məsuliyyətli  iqtisadi inkişaf yolundadır.   Bu gün Azərbaycanın daxili istehsalat, sənayə, biznes və müasir idarə etmə sistemlərini qurulmasına böyük ehtiyacı var.

Bununla bərabər ölkə iqtisadiyyatının inkişafı və milli valyutanın güclənməsi kimi stratejik məsələlər ölkədə istehsal edilən məhsulların ixracatına birbaşa bağlıdır.

Ölkə sənayesinin gücləndirilməsi və müasirləşməsi üçün bir neçə əsas məqama ehtiyac var

  • Dərin, geniş və dəqiq araşdırmaların daim aparılması;
  • Texniki yeniliklər və müasir idarəçilik sistemlərinin öyrənilməsi və tətbiq ediməsi ;
  • Nəzəri və praktiki biliklərə malik mühəndis, mütəxəssis və idarəçilər.

Mənim çıxışımı bir cümlə ilə bu şəkildə ifadə etmək olar :

 bloq 

Hesab edirəm ki, belə beynəlxlaq simpoziumun keçirilməsi Azərbaycan Texnologiya Universitetinin növbədi, ancaq artıq beynəlxalq uğurudur. Mən bir Azərbaycanlı olaraq həqiqətən də fəxr edirəm ki, Gəncə şəhərində  ATU kimi sürətlə inkişaf edən və şəffaf olan universitetmiz var. Arzu edirəm ki, ATU bu sürəti qorunsun və nümunəvi işləri davam etsin.

Universitet Rəhbərliyi, idarə heyəti və təşkilatçı komandaya elm və iş dünyası nümayəndələrini bir araya gətirmək kimi mühim təşəbbüslərinə görə dərin təşəkkürümü bildirmək istəyirəm.  

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *