20160506_13065512
Məqalələrim

Lənkəran Dövlət Universitetində Seminar, 06.05.2016

Lənkəran Dövlət Universitetində seminar keçirməyi uzun zamandır planlaşdırırdım amma bu mənim üçün nədənsə “bir gün mütləq getmək lazımdır” tərzində işlərdən idi. Türkcə desək, “bir türlü” alınmırdı. Əlaqə quracağım insanları tapmaqda da çətinlik çəkirdim, tapanda iş və fəaliyyət zamanımla uinversitetdə sərbəst zaman dövrlərini üst üstə gətirə bilmirdim.

Aprel ayında tələbələrdən bu universitetdə seminar keçirmək təklifi alanda May ayı üçün təsdiqi verdim. Lənkəranda çox olmuşam, amma bir işadamının hansısa şəhər və ya ölkə üçün “olmuşam” deməsi o demək deyil ki, oraları gəzib və görüb. Mənim üçün bir çox hallarda “olmuşam” o deməkdir ki, gəlmişəm otelə, iclaslarda və görüşlərdə iştirak etmişəm və dərhal geri dönmüşəm – iş həyatı sürətlidir, dinamikdir və hər saatın böyük dəyəri və hesabı var. Seminara başlayanda bu sözləri dedim : “mən indiyə qədər Lənkərana çox gəlmişəm, amma heç olmamışam”. Lənkəranda olmuşam, amma Lənkəranı görməmişəm :)

Təəssüf ki, bu dəfə də elə oldu : 05.05 tarixində səhər bir layihəm üzərində 5 saat durmadan işlədim, sonra bir tədbirdə həkimlər üçün master klas keçirdim, və axşam saat 8.də Bakıdan avtomobillə çıxdım və saat gecə 24.00-da çatdım Lənkərana. Səhər gənclərlə 2 saat görüş, 13.00-15.00 arası seminar, və yenə də geri, Bakıya :)

Səhər məni oteldən alan gənclər ilk öncə məni tələbələrin və məktəb şagirdlərinin rəsim və əl işləri sərgisinə apardılar. 2 il öncə Qafqaz Universitetində mənim ən böyük seminarımı təşkil edən bir tələbəni görmək məni çox sevindirdi.

Daha sonra gənclərlə bərabər Lənkəran tarix muzeyinə getdik. Zəngin tarixi olan Lənləranın qədim və yaxın tarixi haqqında ÇOX maraqlı məlumatlar aldıq və eksponatları gördük. Ordan çıxanda muzey nümayəndəsi məndən “Qonaq kitabını” imzalamağımı xahiş etdi.

20160506_10315612 

13153275_587306538102109_1871967500_n111

Lənkəranda məşhur “Boranı” kafesinə getdik. Mən hər zaman olduğu kimi, “amerikano” sifariş etdim.

20160506_12160312Kafedən sonra universitetə getdik və ilk öncə Rektor Nizami bəylə görüş oldu. Bu görüşdən ÇOX müsbət enerji aldım. Elmi sahədə böyük müvəffəqiyyətləri olan Nizami müəllimin həm də eyni anda peşəkar idarəçi olması, hesab edirəm ki, universitet üçün çox böyük üstünlükdür. Nizami müəllim Lənkəran Dövlət Universitetində edilən və planlaşdırılan dəyişikliklər haqqında çox maraqlı məlumatlar verdi və mən anladım ki, bu universitetimiz də əmin əllərdədir və maksimum bir il sonra bu universitetdə edilən yeniliklər və dəyişikliklər ciddi səs gətirəcək.

20160506_13065512

13173071_493065434226877_8766669084323604561_o

Seminar salonuna gələndə salonun tam dolu olduğunu gördüm – 350-dən çox insan vardı zalda. Çıxışım “Müvəffəqiyyətli Karyera” mövzusunda idi.

Hər zaman olduğu kimi, gənclərlə bir neçə əsas mövzuda fikirlərimi paylaşdım :
– Mən mütləq şəkildə əminəm ki, Azərbaycanda müvəffəqiyyətli olmaq olar;
– Mən inanıram ki, bu salonda oturan hər bir insan 5 il sonra seçimlərinin mükafatını alacaq və ya hesabatını ödəyəcək;
– Hər birimizin gələcək xəyallarınız və bu gün olan vəziyyətiniz arasında ancaq və ancaq əzmkarlığımız, iradə gücümüz və disiplinimiz var;
– Müvəffəqiyyət əslində çox sadə və onu ancaq biz özümüz mürəkkəbləşdiririk;
– Azərbaycanın gələcəyi ancaq və ancaq elm, təhsil və maariflənmədədir. Və bu bütün sahələrə aiddir;
– Ali təhsil vacibdir, amma kifayət etmir. Insan daim özünü inkişaf etdirməlidir və ali təhsillə bərabər bizim inkişafımız durmamalıdır.

Seminardan sonra gənclərin verdikləri çox maraqlı sualları cavablandırdım və gənclərlə diskussiyalarım oldu.
Mənim çıxışımdan sonra Rektor Nizami bəy gənclərə müraciət etdi və öz dəyərli fikirlərini söylədi. Sözünü bitirən Nizami bəy tam yanımdan keçərkən onu durdurdum və xahiş etdim ki, bütün zal fonunda, bütün gənclərlə bərabər “müasir insanlar olaraq” selfi çəkək :)

20160506_143958(0)

Zamanını dəyərləndirmək üçün bu yazını Lənkəranda avtovağzalda yazmağa və bir polis zabiti məni tanıdığını söylədi :) Ölkədə müsbət mənada tanınmaq çox xoş hissdir.

Fərqli sahələrdə və gərgin iş rejimimə baxmayaraq mən ölkəmizin müxtəlif şəhərlərində universitetlərdə yüzlərlə kilometr yol gedərək tələbələrimiz və gənclərimiz üçün bu çıxışları etməyimin yeganə məqsədi Azərbaycanın gələcək inkişafıdır. Bizlər bu gün gənclərimizə dəstək olmalıyıq, onlara doğru mənada və real nümunə olmalıyıq : sözlərlə yox, əməllərimiz və davranışlarımızla, əxlaqımız və tərzimizlə.

Lənkəran səfərimin sonunda isə qeyd etmək istəyirəm ki, sözün əsl mənasında fəxr edirəm ki, ölkəmizdə təhsil sahəsində Gəncə şəhərində Azərbaycan Texnologiya Universiteti və Lənkəran şəhərində Lənkəran Dövlət Universitetində bu kimi müsbət dəyişikliklər baş verir. Məhz belə insanların sayəsində ölkələrdə böyük dəyişikliklər olur. Bu insanların ölkənin gələcəyi üçün xərclədikləri səylər, zaman və enerjiləri üçün təşəkkür edirəm və onların, müəllimlərin, peşə və zəhmətlərinin həqiqətən də ÇOX BÖYÜK ƏHƏMİYYƏT daşıdığını vurğulayaraq onlar qarşısında baş əyirəm.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *