nigar1
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Nigar Nağıyevanın RƏYİ

Rəy yazmağa başlamadan əvvəl bir şeyi etiraf etməliyəm.

Mən də bir çoxumuz kimi məqsədsiz, nə istədiyini bilməyən bir insandım.      

“Alis və dovşan”ın dialoqundakı Alis mən idim. Hara getdiyimi bilmədən bir yola çıxmışdım. Plansız proqramsız. Nəticə də bəlli deyildi. Xəyallar vardı ama məqsədli deyildi. Bir dəfə də olsun əlimə qələm alıb bir məqsədimi bir planımı yazmamışdım.

Taa ki, Fəxri müəllimi tanımayana kimi. Bu insanın həyatını izləmək mənə güc , iradə verdi. Məqsədlərim nədir? Əslində mən nə istəyirəm ? Suallarına cavab axtardım. Təlimlərindəki çıxışlarında da auditoriyaya ünvanladığı bu suallar mənə sanki sillə kimi təsir etdi. 5 il sonra özüvü harda hörürsən? Məqsədlərin nədir? 5 il sonra oxuduğun kitabların cəmisən və s. Bu siyahını daha da uzatmaq olar . Mənim həyatıma bir yön bir istiqamət oldu. Kitabının nəşri haqqında eşitddiyim ilk gündən isə necə sevinmişdim təsəvvür edin. Həyatımda məimi tapmağımda ilk Müəllim, ilk Nümunə idi mənə Fəxri bəy. Kitabını oxumaq üçün böyük səbirsizlik içində idim. Kitab haqqında yazmaqla bitməz. Bir dəfə oxundu bitdi kimi kitab da deyil biləsiz))) bir dəfə oxudunuz mu bir də görəcəksiz ki bağımlısı olubsuz))))

Kitabı oxuduğum vaxtlardan ən çox məndən soruşulan suallara cavab yazmaq istəyirəm.

Saxla Zamanı,Gələr zamanı Kitabından nə öyrəndin və nə qərarlar aldın?

1. Zamanımın və sağlamlığımın nə qədər dəyərli olduğunu və zamanımdan necə səmərəli  istifadə edə bilməyi öyrəndim.  Sən demə zamanı idarə edə bilmək mümkündür. Vaxtım olsaydı kitab oxuyardım, vaxtım olsaydı idmanla məşğul olardım, xarici dil öyrənməyə vaxtım yoxdu deyirdim.Bu kitabdan sonra her şeyin necə SADƏ olduğunu  anladım.

2. Bəzən dərs və işin ağırlığından ailəmlə vaxt keçirə bilmirdim. Mənim sahib olduğum ən dəyərlim olan, mənim ailəmdir. Bu kitabdan sonra hər şeyi planladığım üçün artıq onlarla münasibətdə üzülərək “vaxtım yoxdur ” dəmək kimi bir problemim də qalmayıb. Hər səhər  hər zamankından ən azı 1 saat tez oyanıram. 20-20-20 dəqə hissələrə bölərək həm idman edir, kitab oxur, həm də xarici dil öyrənirəm ))

3. Uğursuzluqlar hamıda olur, hamı zirvəyə gedən yolda ayağı büdrəyə və ya yıxıla bilər. Uğursuzluqlar hələ son demək deyil. Əksinə yeni qələbənin başlanğıcıdır. Güclü məqsədlərin, hədəflərin olmalıdır ki , Səni yıxalan zaman ayağa qaldırsın.  Məqsədlərimi oturub yenidən yazdım. 20 il sonrasında kimi özümü harda necə görürəmsə qeyd etdim. Ola bilsin 1-ci cəhddən 100-cü cəhddən də alınmasın məndə ,amma mən səmimi olaraq inanıram ki, bir gün o məqsədlərim  GERÇƏK olacaq. Nə olur olsun AYAĞA QALXMALISAN !!!

Ən çox hansı bölüm yaxşıdır, xoşun gələn bölüm hansıdır ?

Şablon səslənsə də deyəcəm )) Bir kitabda ki Fəxri Ağayev imzası varsa orda maraqsız və ya xoşum gəlməyən nəsə ola bilər ki? )) Hər bölüm maraqlı idi və hər bölüm xoşuma gəldi əlbətdə. Kitabı tam sona qədər oxumağınızı şiddətlə tövsiyyə edirəm ))

1. Həyatımız bölümü. 1000 top nəzəriyyəsi və Həyatdan real nümunələr çox maraqlıdır.

2. Zamanın idarə olunması və Zamanın idarə olunmasının sütunları bölümləri. Zamanımızdakı boşluqları,planlama ilə necə dəyərləndirə biləriksə və ən əsası hər planında və hər addımında karyeran, məqsədlərin haqqında özün düşünəcəksən, qərarların məqsədlərinlə qətiləşəcək və planlama ilə irəliləyəcək )) Bu bölülərdə n sonra planlamanın həyatımdakı əhəmiyyətini görüm və indi də davam edirəm.

3. Müvəfəqiyyət və Şəxsi effektivlik texnikaları bölümləri.

Bu bölümlər bir birini tamamlayan və məni motivasiya burulğanına salan bölülərdir))) .  Uğursuzluğu uğura çevirməklə bir çox tanınmış iş adamlarının hansı zəhmətlərdən , əziyyətlərdən sonra qazandıqları uğur haqqındadır.  Bir daha əmin oldum ki, bütün təkrar edirəm bütün uğur əldə edənlər ən ağır əziyyətlərdən möhkəm iradə gücünün nəticəsində keçib, məqsədlərinə çatmaq üçün dayanmadan , ruhdan düşməyərək sonuna qədər çalışıb- vuruşub istədiyini əldə ediblər. Amma bununla da tükənməyib arzu , istəkləri. Yeni uğur və yeni məqsədlər təyin ediblər özlərinə. Hədəflərinə çatana kimi dayanmadan əzmkarlıqla çalışıblar.

“Bu kitabı niyə oxuyaq ki?” deyən dostlarım da oldu.

Həyatda hamının arzusu olur amma motivasiya əskikliyi yaşayır. Hardan və necə başlamalıdır ? bilmir. Arzularının güclü məqsədə çevrilməyini və hədəfi dəqiq nişan almaq üçün ehtiyacın olan motivasiyanı alacaqsan bu kitabdan. 

Xoş mütaliələr, əziz oxucu.

Nigar Nağıyeva,

Azərbaycan İqtisad Universiteti MBA tələbəsi

nig

 

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *