library_hard_cover_books_wood
Sual və cavablar bölməsi

Hansı kitabları oxuyaq?

Daim aldığım sual : “Fəxri müəllim, hansı növ ədəbiyyat və kitabları oxumağı bizə tövsiyyə edirsiniz?”

Hesab edirəm ki, hər bir insan balanslı və hərt tərəfli inkişaf etmək üçün aşağıda qeyd etdiyim müxtəlif mövzularda kitabları oxumalıdır.

1. Peşəkar ədəbiyyat. Dünya böyük sürətlə inkişaf edir və seçdyimiz peşə hansı olursa olsun, biz hər ay və hər il inkşaf peşəkar olaraq inkişaf etməliyik. Bu fikrimi mən hər zaman sadə bir misalla dəstəkləyirəm : Mərmərə Universitetində təhsil aldığım dövrdə mənə o zamanın ən güclü və ən müasir biliklərə malik müəllimləri dərs deyiblər. O zaman aldığım biliklərin böyük hissəsi artıq köhnəlmişdir.

Peşəkar biliklərin inkişaf etdirilməsinə əlavə olaraq, insanın karyerasında uğurlu olması üçün ancaq texniki biliklər və təcrübə kifayət etmir : biz çox vacib sosyal vərdişlər, kommunikasiya texnikaları, insan psixologiyası kimi vacib digər biliklərə də malik olmalıyıq.

2. Məşhur insanların həyatlarını bioqrafiya və avtobioqrafiya şəklində oxumaq. Riçard Nikson ABŞ kimi dövlətin prezidenti olubsa və bu qüdrət dövləri illərlə idarə edibsə, demək bu onun bildiyi və mənə faydalı ola biləcək məlumatlar vardır. Iş dünyasında böyük uğurlara imza atmış şəxslər, məşhur idmançılar və alimlərin həyat hekayələrini oxumaq həm güclü motivasiya mənbəyi, həm də mühim məlumatların əldə olunması kömək ola bilər insana.

Mendeleyevin cədvəlini yuxuda görməsi əfsanəsini hərkəs bilir, amma bu həqiqətən də olub mu, və ya olubsa, necə və hansı şərtlərdə, hansı həyat tərzindən sonra olub?

Arnold Şvartsnegger üçün istedad deyirlər – amma istedadlı mı olub, yoxsa onun yaşıdları futbol oynarkən, o saatlarını idman zallarında mı keçririb? Bu insanlar müvəffəqiyyət əldə edənə qədər hansı yolardan keçiblər, nələrlə və necə mübarizə aparıblar, ruhdan düşdüklərində kimdən və necə dəstək alıblar?

3. Sağlamlıq və şəxsi inkişaf mövzularında ədəbiyyat. Zamanında sağlamlığına şəxsən kontrol etməyən insan daha sonra tibbə müraciət etmək məcburiyyətində qalır. Tam əminəm ki, insanlar zamanında öz səhhətləri mövzusunda doğru biliklərə malik olaraq sağlamlıqlarını qidalanma, fiziki aktivlik və idmanla qorusalar, həm ömrümüz uzanar, həm də uzanmış ömrümüz gözəlləşər və həyat və yaşam keyfiyyətimiz artar.

Məqsəd ancaq uzun illər yaşamaq olmamalıdır – məqsədimiz bu illəri həm də gözəl və sağlam yaşamaq olmaldır. Bunun üçün də birinci növbədə bilik əldə etmək lazımdır ki, daha sonra bu bilikləri icra edək.

Vacib məqam budur ki, sağlamlıq deyəndə biz nədənsə fiziki sağlamlığı nəzərdə tuturuq, amma əslində bizim psixoloji sağlamlığımız, iş və özəl həyatımızda qarşımıza çıxan streslə mübarizə edə bilməyimiz bəzi hallarda fiziki sağlamlıqdan daha da vacib olur.

Iş həyatı mübarizə, rəqabət, anlaşmazlıq və problemlərlə dolu olur; bununla bərabər bəzən şəxsi həyatımız da istədiyimiz kim olmur. Buna görə bu mövzularda bizim bililərimizi artıracaq ədəbiyyatı da oxumalıyıq.

4. Bədii ədəbiyyatın oxunub oxunmaması haqqında sualın belə olmasını səhv sayıram, çünki bu ədəbiyyat növü ruhumuzun qidasıdır.

Bütün çıxışlarımda daim oxumaq haqqında danışıram və ana mesajım budur : “oxuyun, oxuyun, oxuyun”, özünüzü inkişaf etdirin, peşəkar nəzəri və praktiki biliklərinizi artırın, dünya görüşünüzü genişləndirin.

Öz peşəkar fəaliyyətim ilə əlaqədar olaraq müxtəli yaş qrupları və sosyal təbəqələrdən olan insanlarla müsahibələr keçirərkən verdiyim bir suala 90 % hallarda açıq və aydın cavab ala bilmirəm : “özünüz haqqınızda 2 dq istədiyiniz məlumatları verin və danışın”.  

Sözsüz ki, bədii ədəbiyyat oxumağın bizə ən vacib təsiri bizim mənəvi dünyamıza müsbət təsiridir : ideallarımızın və dəyərlərimizin formalaşması, söz xəzinəmizin genişlənməsi, fikirlərimizi sistemli, məntiqli və ardıcıl başa sala bilmə bacarığının güclənməsi.

 

Sonda isə ən çox sevdiyim bir cümləni yazmaq istəyirəm :

“Müdrik olmaq üçün 10 kitab oxumaq kifayət edir. Bu doğru 10 kitab tapana qədər isə 1000 kitab oxumaq lazımdır”

Hər birimizi müdrik edəcək 10 kitabı tapana qədər oxumağı hərkəsə arzu edirəm!….

99px_ru_wallpaper_50817_ogni_nochnogo_megapolisa_dishashij_svejestu_massiv_morskoj_vodi 

 

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *