Ismayil Mammadov
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Kamran Kərimlinin RƏYİ

Mən Fəxri müəllimi təxminən 3-4 il olarki tanıyıram və tanıdığım ilk gündən etibarən mənə həmişə ruh yüksəkliyi və pozitiv enerji verir. Hətta belə bir şey etiraf edim, bəzən moral olaraq çökmüş olanda Fəxri müəllimə mesaj yazırıdım “necəsiz? Fəxri hocam” deyə,O da hər dəfə mənə “super” deyə cavab verəndə mənə inanılmaz pozitiv enerji verirdi)).

İndi isə kitabı ilə daima yanınmda mənə pozitiv enerji verəcək bir “Fəxri müəllim” var sanki amma kitab formasında, hansı ki  nə zaman istəsəm açıb oxuyuram və həmin pozitiv enerjini alıram. İstəyirəm aşağıdakı sıralamalarla bu kitaba fikrimi daha ətraflı izah edim:

1. Mən bu kitabdan əslində bir çox şeyin öz əlimdə olduğunu öyrəndim, yəni bəhanələrə yox deməyi, hər uğuru və uğursuzluğun səbəbini də özümdə axtarmağı öyrəndim. Əslində uzun zamandır bir kənara atdığım səhhətimin nə qədər önəmli olduğunu bir daha kəşf etdim. Effektiv şəkildə vaxtı necə idarə edə biləcəyimi əslində mən istəsəm 24 saatı necə 2-3 dəfə daha səmərəli istifadə edə biləcəyimi öyrəndim.

2. Mən bu kitab vasitəsilə zamanınımı doğru istifadə etmək və sağlam həyat yaşamaqla bağlı bir çox qərarlar aldım hər gün səhər idmanı bunlardan sadəcə biridir.

3. Əslində indi gərək bütün bölümləri bir sayam ki, bu bölümü bu səbəbdən digərini isə filan səbəbdən sevdim deyə ancaq sırf bir bölüm deyəsi olsam deyərdim: Zamanın idarə olunması və Biznes yəni 5ci bölümü çünki burada zamana şirkət səviyəsində də yanaşılır ondan öncki bölüm isə olduqca praktikdir.

Ən bəyəndiyim 3 söz isə aşağıdakılarla ifadə edim:

– “Öz bədənini və nəfsini idarə edə bilməyən insana heç kim şirkət və insanların idarə olunmasını etibar etməz”.

– “Mən təəssüf edirəm ki, məndən gözlənilən kimi yox, məhz mənim üçün doğru olan həyatı yaşamaq üçün cəsarətim olmadı.”

– “Digər insanlara “Bəli” deyəndə əmin olun ki, özünüzə “Xeyr” demirsiniz.”

Bu kitab niyə oxunmalıdır:

1 Bu kitab zamanı idarə etməyi öyrənmək və effektiv həyat tərzi üçün oxunmalıdır.

2 Bu kitab kokorani təzrdə gənc yaşda hədəfsiz qalmamaq üçün oxunmalıdır.

3 Bu kitab sadəcə gedəcəm böyük vəzifə sahibi olacam fikri ilə deyil həqiqetən nə olmaq istədiyini kəşf etməyə motivə olmaq üçün oxunmalıdır.

Son olaraq tam məsuliyyətimlə təklif edirəm ki, bu kitab Universitetlərdə tələbələrə təmin edilsin və dərslik kimi oxudulsun. Məncə ən böyük dərs elə bu kitab olacaqdır. Əziz dostlar xüsusilədə yaşca kiçik olanlar (tələbələr və tələbə olmayanlar) Sizin hansı fakultəni oxuduğunuz, TQDK balınız, Diplomunuzun rəngi və ya ümumiyətlə “ali təhsil” alıb almadığınız önəmli deyil, önəmli olan nə olmaq istədiyinizi bilməyiniz və bu yolda planlı addımlarınızdır. Bu sözlərim hər birimizə aiddir, mən öz adıma özümə nəsihət etmiş olum, faydalı olsa Siz də yaralanın!

Kamran Kərimli,

İnsan Resurslarının İdarə Edilməsi üzrə mütəxəssis

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *