Light_at_end_of_tunnel
Düşüncələrim Məqalələrim

Azərbaycanda biznes ölür mü?

Əslində “Azərbaycanda biznes ölür”, “Ölkədə biznes ağır vəziyyətdədir” kimi sözlər doğru deyil. Səbəbi isə çox sadədir : olmayan varlıq ölə bilməz. Azərbaycanda indiyə qədər biznes olmayıb.

Biznesi alverdən fərqləndirən yeganə xüsusiyyət odur ki, biznesdə elmi-analitik yanaşma var. Alverdə bu yoxdur. Ölkədə biznesi biznes edən meyyarlar, amillər yox idi.  

Bizim ÇOX pulu olan, bahalı geyimlər geyinən və biznesmen kimi görünən, amma daxildə yenə də elə alverçi qalan  böyük işadamlarımız  çox sadə bir həqiqəti anlamırdılar : kitab ala bilərsən, amma bilik ala bilməzsən, yataq ala bilərsən, amma yuxu ala bilməzsən.

Bu qayda biznesdə də təsirlidir. Əsl alverçi kimi indiyə qədər gözəl binalar, bahalı mebellər və müasir avadanlıqların amalarına baxmayaraq biznesin ruhunu ala bilmirdilər. Biznesi biznes edən onun ruhudur

Azərbaycanda biznes ölmür, çünki o yox idi. Tam tərsi baş verir – biznes dirilir, dünyaya gəlir. Ölən isə illərlə “biznes” adı ilə ortalıqda gəzən süni varlıqlardır.  

Çox ümid edirəm ki, bu böhran REAL rəqabət ortamında müştəri və əməkdaşlarına əhəmiyyət verən REAL bizneslər və ƏSL işadamlarınızın ön plana çıxmasına səbəb olacaq

Leave a Reply

Your email address will not be published. Required fields are marked *