природа_солнце_море
Düşüncələrim Məqalələrim

İş həyatında effektivlik – GÖRÜŞLƏR

İŞ DÜNYASINDA ən böyük zaman itkiləri görüşlərdə olur.

GÖRÜŞLƏRİ bir neçə mərhələyə bölmək olar :

– Giriş hissəsi. “Nə var nə yox? Vəziyyət necədi? İş güc?

– Əsas mövzu. Mövzuya keçilir.

– Sonluq. Mövzunu bir daha çeynəyirlər.

– “Ən son” sonluq. Hər tərəf də görüşü durdurmağa utanır. “Uşaqlar necədi? Yayda nə edəcəksən? İnşAllah bir gün görüşək, çay içək”

Əslində hər tərəf ayrılmaq istəyir və işləri gücləri də çoxdur, amma qarşı tərəfə qarşı sərt və kobud görünməmək üçün görüş uzanmalı olur.

Buna görə də mənimlə işləyən işadamlarına əsas tövsyyələrim bunlardır :

– Öncədən görüş üçün müddət müəyyən edin. Görüşdən öncə qarşıdakı insana “Görüşümüz üçün 20 dq bəs edər mi?” sualını verin.

– Görüşə başlarkən “20 dəqiqəmiz var” qısa cümləsi ilə yada salmaq 

– 20 dəqiqə keçdikdən sonra əgər həqiqətən də müzakirə mövzusu olan məsələlər danışıldı və qərarlar alındısa, kənar mövzulara girmədən görüşü mədəni, etik, amma qəti şəkildə bitirmək “Çox gözəl, tam zamanında bitirdik, görüş və zaman ayırdığınız üçün təşəkkür edirəm” sözləri ilə sağollaşmaq olar.

 

Uzun və qısa görüşləri müqayisə edəndə görmək olur ki, eyni mövzular müzakirə edilsə də, müzakirə edilən məsələlərin yadda qalma ehtimalı azalır, çünki əlavə və lazımsız məlumat görüş zamanı çox olduğuna görə diqqət və konsentrasiya yayılmış olur. 

Bununla bərabər, qısa görüşlər tək insanın özündə yox, həm də ətrafda olan insanlarda “görüş effektivlik standartı” yaradacaq. 

Hər gün 3 görüş keçirən və hər görüşə 30 dəqiqə əlavə BOŞ keçən zaman xərcləyən insanın gün ərzində 1.5 saat zamanı boşa keçirir.

Daha sonra da şikayət edir ki, “8 saat mənə bəs etmir, gec saatlara qədər qalıb işləməliyəm, ailəmə zamanım çatmır, idmana vaxt ayıra bilmirəm”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *