elnur quliyev
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Elnur Quliyevin RƏYİ

 

     İlk olaraq onu qeyd edim ki, bu kitab son iki il ərzində əlimə keçən və bir gün ərzində oxyub bitirmək istədiyim yeganə kitabdır. Şəxsi effektivlik və zamanın idarə olunması mövzusunda bir çox kitab və ya məqalələr oxusamda öz həyatında bunları təqəbiq edən və şəxsən tanıdığım insan kimi Fəxri bəyin yazdıqları mənə daha səmimi və inandırıcı idi. Kitabda ailə, karyera, sağlamlıq və şəxsi inkişafla bağlı çox dəyərli məsləhətlər var.  

Kitabda ən çox bəyəndiyim bölüm:  Zamnın idarə olunması və biznes.

Bu bölmə konkret olaraq mənim iş həyatımda qarşılaşdığım məsələlər ilə bağlı idi. Bəzən bildiyimiz lakin fikir vermədiyimiz xirda detallar belə müəyyən müddətdən sonra böyük uğursuzluğa gətirə bilər. Bu cəhətdən bu bölməni xüsusi maraqla oxudum və tabeliyimdə olan işçilərimə də oxutdurdum. Tutdugu vəzifəsindən aslı olamyaraq hər bir işçi öz işinin məsuliyyətini anlamalı və işini vicdanla yerinə yetirməlidir.

     İş təcrübəsi ilə bağlı Fəxri bəyin qeydləri xüsusilə maraqli və ibrətamizdir. Bir insan  illərlə eyni vəzifədə eyni işi görə bilər lakin bu o demək deyil ki, o inkişaf edərək öz təcrübəsini artırır. Bu o deməkdir ki, həmin işçi fiziki olaraq həmin vəzifədə mövcud idi və artıq mexaniki fəaliyyətinə görə maaş alırdı. 

    Fikrimcə təcrübənin artması ən azından “keçən il”-ə baxdıqda özündə olan bilik və ya peşəkar bacarıqların nə qədər artıgını hiss etməkdir.  Əgər bunu insan  hiss etmirsə demək ki,  illərdi yerində sayır və bun da səbəbkar ilk növbədə özüdür. 

Ən çox bəyəndiyim üç cümlə:

1. Ən böyük xoşbəxtlik qarşılığında heç nə tələb etmədən verməkdir; elə ki, heç sənin adını da bilməsinlər.

2. Sevdiyi restoranı və ya yeməyi olan, ancaq xoşladığı müəllifi və ya kitabı olmayan insanlara acımaq lazımdır. Bu insanlar bədənlərini doyura bilirlər ancaq beyinləri qidasız qalır və  buna görə də paslanırlar.

3. Zamanı kontrol edə bilmək həyat üzərində nəzarətin qurulması deməkdir.

Kitab nə üçün oxunmalıdır?

      Hələ də məqsədi olmayan ancaq universitetdə konkret ixtisas üzrə oxuyan hər bir tələbə, faktiki çalışdığı iş yerində özünə yer tapa bilməyən hər bir işçi və ya ümumiyyətlə özünü inkişaf etdirmək istəyən hər bir insan  üçün motivasiya edici bir kitabdir. Sadəcə kitab deyil, buna illərlə sinaqdan keçmiş öz təcrübəsini paylaşan Azərbaycanlı yazarın kitabıdır.

    Kitabdakı mövzular hazırda kifayət qədər aktualdır və hesab edirəm ki, yaşından və statusundan aslı olmayaraq hər bir şəxs üçün lazımlı bir vəsaitdir. Bu mövzulara toxunduğu və şəxsi təcrübəsi ilə bizimlə paylaşdığı üçü Fəxri bəyə minnətdaram!

Elnur Quliyev

Bank Standard. Filial direktoru

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *